İsmayılova X.
Elmi-məlumat, mədəni-maarif müəssisəsi olaraq kitabxanalar bir çox sahələr üzrə sistemli iş aparır. Tarixi-mədəni, ictimai-hüquqi,
ölkəşünaslıq, ekoloji, mənəvi-əxlaqi və əlbəttə ki, hərbi vətənpərvərlik
sahəsində kitabxanaların
rolu və vəzifəsi böyükdür.
Çünki bütün
bu sahələrin fəaliyyətində və
inkişafında kitabın
rolu müqayisəedilməzdir.
Kitabsız heç bir kitabxana uğurlu
iş apara bilməz. Kitabxanaçıların
əsas silahı kitabdır. Gəlin görək söhbət açdığımız hərbi
vətənpərvərlik mövzusunda kifayət qədər dəyərli
ədəbiyyat varmı?
Oxucu marağını
bilən, sorğularına
cavab axtaran mütəxəssis kimi deyə bilərəm ki, yoxdur. Azərbaycan
Yazıçılar Birliyində
bu işlə məşğul olan bir qrup yaradılmalıdır.
Bu mövzuda kitabların yazılmasına,
nəşrinə, onların
kitabxanalara yol tapmasına, təbliğinə
nəzarət edilməlidir.
Tədqiqatçı alimlər, tarixçilər,
yazıçılar toplanmalı,
ölkənin hərbi
tarixini, hərbçi
vətəndaşlarının həyat və fəaliyyətini, qəhrəmanlığını
əks etdirən ədəbiyyatın yaranması
təmin olunmalıdır.
Çünki gənclərin
belə kitablara ehtiyacı və marağı çoxdur.
Bu mövzuda mənim tanıdığım
ən yaxşı yazarlardan Şəmistan Nəzirlinin kitabları həmişə soruşulur
və oxunur. Əgər gənclərə
tariximizi öyrətmiriksə,
onlardan nəsə gözləməyə də
haqqımız yoxdur.
Kitabxanalar belə kitabların gənclər
arasında müzakirəsini
keçirməli, müxtəlif
mövzulu gecələr
təşkil etməlidir.
Orta və ali məktəblərdə,
ən əsası isə hərbi hissələrdə keçirilən
bu tədbirlər çox vacibdir, çünki gənclərin
döyüş ruhunun,
vətənpərvərlik duyğularının güclənməsinə
səbəb olacaqdır.
Gənclərlə keçirilən
hər görüş
onların dünyagörüşünün
genişlənməsinə və yazarların onların maraq dairəsilə tanışlığına
gətirib çıxara
bilər. Belə olan halda hər
iki tərəf bir-birindən bəhrələnər. "Gənclər
nə oxumaq istəyir?", "Hər bir gəncə
kitab", "Kitabxanalar
gənclərin xidmətində",
"Azərbaycanın hərb
tarixindən", "Azərbaycanın
milli qəhrəmanları",
"Vətən sizə
oğul desin" və digər mövzularda tədbirlərlə
gənclər arasında
məqsədyönlü iş
aparmaq olar. Kitabxanalar hərbi hissələrdə mütəmadi
kitab sərgiləri, müzakirələr, disputlar,
görüşlər keçirməlidir.
Nə qədər ki, torpaqlarımız işğal altındadır,
yurddaşlarımız evsiz-eşiksizdir,
hamımız güclü
təbliğatçı olmalıyıq.
Böyük türk dünyasının dahi oğlu İsmayıl bəy Qaspıralı deyib ki, "bir qələm min qılınca bərabərdir." Biz qələmlə qılıncın
gücünü mütləq
birləşdirməliyik.
Azərbaycan.-
2008.- 10 fevral.- S. 8.