İbrahimov Ə.
“Misrosoft” korporasiyası
Rusiyadan “Böyuk Şərqə”dək ərazini
əhatə edəcək elektron informasiya mərkəzini
Azərbaycanda yaratmaq istəyir
Bu barədə
Azərbaycan Prezidenti İlham Əliyevlə
görüşündə şirkətin tədqiqat və
strategiya üzrə direktoru Kreyq Mandi bildirmişdir
Xəbər verdiyimiz
kimi, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev yanvarın 23-25-də İsveçrə
Konfederasiyasının Davos şəhərində
ənənəvi keçirilən Dünya İqtisadi Forumunda
iştirak etmiş, 20-yə yaxın səmərəli
görüşlər keçirmiş, ölkəmiz üçün
faydalı danışıqlar aparmışdır.
Belə mühüm
görüşlərdən biri də yanvarın 25-də Alp
dağlarının ətəyində yerləşən
kurort şəhərində dünyanın ən məşhur
"Microsoft" korporasiyasının tədqiqat və
strategiya üzrə direktoru Kreyq Mandi ilə olmuşdur.
Görüşünün əsas mövzusu Azərbaycan
hökuməti ilə "Microsoft" şirkəti
arasında strateji tərəfdaşlıq müqaviləsinin
müzakirəsi idi. Sənədin bu ilin yazında imzalanması
nəzərdə tutulmuşdur.
Müqavilədə
Azərbaycanda intellektual mülkiyyətin qorunması, proqram
təminatının leqallaşdırılması və
“Microsoft”un Azərbaycanda sərmayə layihələri həyata
keçirməsi əksini tapacaqdır.
Görüşdə
Azərbaycanın regionda tranzit informasiya mərkəzinə
çevrilməsi üçün “Microsoft”un həyata
keçirəcəyi bir sıra layihələr
müzakirə edildi, həmçinin Azərbaycanda
yüksək səviyyəli mühəndislərin hazırlanması
istiqamətində “Microsoft”un reallaşdıracağı
layihələr barədə fıkir mübadiləsi
aparıldı.
Kreyq Mandi dedi ki, bu
gün şirkətimiz dünyanın bir çox
yerlərində özünün elektron informasiya
mərkəzlərini yaradır. Biz artıq Rusiyadan
"Böyük Şərq"ədək ərazini
əhatə edəcək rnərkəz yaratmaq fikrindəyik
və hesab edirik ki, bu mərkəz Azərbaycanda yaradılmalıdır.
Bizim şirkətimizin Azərbaycanda insan resurslarının
inkişafı üçün planlarımız var. Bu gün
Azərbaycanda yüksək sürətli böyük
inkişaf gedir, amma ən vacib məsələlərdən
biri Azərbaycanda yüksək səviyyəli
mühəndıslərin yetişdirilməsidir. Bu
istiqamətdə "Microsoft" Azərbaycanda xüsusi layihə
həyata keçirmək arzusundadır. Azərbaycanın
səhiyyə sistemində də yeni texnologiyaların
tətbiqi üçün müəyyən işlər
görmək fikrindəyik.
Prezident İlham
Əliyev ölkəmizin bugünkü dirçəlişini
qeyd edərək vurğuladı ki, bizim əsas
məqsədimiz neft və qaz sektorundan gələn
gəlirlərin ölkəmizin gələcək
iqtisadiyyatının yaradılması üçün
istifadə etməkdir. Bu istiqamətdə informasiya texnologiyalarına
böyük diqqət, üstünlük verilir və bu bizim
prioritetimizdir. Biz Azərbaycanda təhsil sistemi ilə birgə
yüksək texnologiyaların vəhdətli
şəkildə inkişafını istəyirik. Bu istiqamətdə
"Microsoft" və digər şirkətlərlə
əməkdaşlıq etməyə hazırıq.
Dövlətimizin
başçısı Azərbaycan hökumətində
artıq müzakirə olunan Regional İnformasiya Zonası,
yəni xüsusi iqtisadi zonanın yaradılmasının
müzakirə olunduğunu və qərara
alındığını vurğuladı və dedi ki, bu
xüsusi iqtisadi zonanın yaradılması İKT üzrə
şirkətlərin fəaliyyətinə, inkişafına
yaxşı şərait yaradacaqdır.
Azərbaycanda iqtisadi sahədə
böyük inkişafın əldə olunduğunu, eyni zamanda
energetika sahəsində yüksək nailiyyətlərin
qazanıldığını önə çəkən
Prezident bildirdi ki, qeyri-neft sahəsinin inkişafına
böyük diqqət yetirilir, bu istiqamətdə informasiya
texnologiyaları prıoritet bir istiqamət kimi seçilmişdir.
Ümidvaram ki, "Microsoft" şirkəti ilə İKT
sahəsində gələcəkdə yaxından
əməkdaşlıq həyata keçiriləcək və
artıq bu sahədə Azərbaycanda konkret işlər
görülür.
Rabitə dünyası.- 2008.- 7 fevral.- S. 2.