Yaradıcı ziyalıların
bir qrupuna orden və fəxri
adların vəsiqələri
təqdim edilmişdir
İyulun 29-da
Mədəniyyət və Turizm Nazirliyində Azərbaycan
Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif
olunmuş ədəbiyyat və incəsənət
xadimlərinin bir qrupuna orden və fəxri adların
vəsiqələri təqdim edilmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
ümummilli lider Heydər Əliyevin mədəniyyətimizin
inkişafına diqqət və qayğısından
danışmışdır. Nazir qeyd etmişdir ki, ulu
öndərimiz xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə
mədəniyyət sahəsi də yeni inkişaf mərhələsinə
qədəm qoymuşdur. Azərbaycanı dərin böhrandan
çıxaran ümummilli lider elm, ədəbiyyat,
mədəniyyət və incəsənət ocaqlarını
müxtəlif siyasi qüvvələrin təsirindən xilas
edərək bu təşkilatlara öz missiyasını
yerinə yetirmək üçün hərtərəfli
şərait yaratmış, onların uzun illər
ərzində formalaşmış maddi-texniki bazasının
dağıdılmasının qarşısını
almışdır. Bu dahi şəxsiyyət həmişə
şair və yazıçıların, mədəniyyət
və kino xadimlərinin, ümumiyyətlə, yaradıcı
insanların əməyinə layiqli qiymət vermiş,
onların sosial və digər problemlərinin həlli
istiqamətində möhkəm hüquqi baza
yaratmışdır. Ulu öndər Heydər Əliyevin
yaradıcı insanlara dövlət qayğısını
Prezident İlham Əliyev uğurla davam etdirir.
Ə.Qarayev bildirmişdir ki, Prezident İlham Əliyevin
sərəncamlarına əsasən
yazıçı-publisist Əli İldırımoğlu
"Şöhrət ordeni" ilə təltif olunmuş,
Azərbaycan Dövlət Simfonik Orkestrinin violonçel
ifaçısı Eldar İsgəndərov xalq artisti,
kinoaktrisa Zemfira Sadıxova və nağara ustası Natiq
Şirinov əməkdar artist fəxri adlarına layiq görülmüşlər.
Nazir fəxri adların vəsiqələrini və
"Şöhrət ordeni"ni sahiblərinə təqdim
etmişdir.
Azərbaycan.- 2008.- 30 iyul.- S. 2.