Zümrüd

 

Mu­zey ida­rə­et­mə­si sa­hə­sin­də tre­ninq ke­çi­ri­lib

 

Əsas məq­səd MDB döv­lət­lə­ri­nin mu­zey iş­çi­lə­ri ara­sın­da əla­qə­lə­rin möhkəmləndirilmə­sin­dən iba­rət­dir

 

Sankt-Pe­ter­burq şə­hə­rin­də UNES­CO-nun Mosk­va bu­ro­su­nun və İKOM-un Ru­si­ya Mil­li Ko­mi­tə­si­nin təş­kil et­di­yi MDB döv­lət­lə­ri üçün mu­zey ida­rə­et­mə­si sa­hə­sin­də tre­ninq ke­çi­ri­lib. Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yin­dən al­dı­ğı­mız mə­lu­ma­ta əsa­sən, tre­nin­qin işin­də mə­də­niy­yət si­ya­sə­ti şö­bə­si­nin mu­zey işi sek­to­ru­nun apa­rı­cı məs­lə­hət­çi­si M.Va­ha­bo­va və Azər­bay­can İs­tiq­lal Mu­ze­yi­nin di­rek­to­ru F.Şəm­si iş­ti­rak edib­lər. MDB döv­lət­lə­ri üçün mil­li tre­ninq­lə­rin ke­çi­ril­mə­sin­də əsas məq­səd mu­zey­lə­rin ida­rəe­dil­mə­si im­kan­la­rı­nın ar­tı­rıl­ma­sı, mu­zey iş­çi­lə­ri­nə müa­sir me­nec­men­tin öy­rə­dil­mə­si, mu­zey top­lu­la­rı­nın qo­run­ma­sı və MDB döv­lət­lə­ri­nin mu­zey iş­çi­lə­ri ara­sın­da əla­qə­lə­rin möh­kəm­lən­di­ril­mə­sin­dən iba­rət­dir. Sankt-Pe­ter­burq dün­yə­vi mu­zey komp­lek­si ki­mi bu tip tre­ninq­lə­rin ke­çi­ril­mə­si üçün uni­kal şə­ra­it ya­ra­dıb. Bu­ra­da Ru­si­ya­nın apa­rı­cı mu­zey mü­tə­xəs­sis­lə­ri ça­lı­şır və on­la­rın bir ço­xu tre­ninq­də iş­ti­rak et­mək üçün də­vət alıb­lar. On­lar öz la­yi­hə­lə­ri ilə çı­xış­lar edib, təc­rü­bə­lə­ri ilə bö­lü­şüb, müa­sir mu­zey­lə­rin in­ki­şa­fı üz­rə mə­sə­lə­lər mü­za­ki­rə edib­lər. MDB döv­lət­lə­ri üçün "Mu­zey ida­rə­et­mə­si" sa­hə­sin­də YU­NES­KO-İKOM re­gio­nal tre­nin­qi YU­NES­KO və MDB-yə üzv iş­ti­rak­çı döv­lət­lə­ri üçün döv­lət­lə­ra­ra­sı hu­ma­ni­tar əmək­daş­lıq fon­du tə­rə­fin­dən mu­zey işi sa­hə­sin­də­ki sa­ziş çər­çi­və­sin­də ke­çi­ri­lib. Bu fond 2006-cı il­də ya­ra­dıl­mış, Azər­bay­can isə bu fon­da 2008-ci il­də qo­şul­muş­dur. Tre­ninq YU­NES­KO-nun Mosk­va bü­ro­su­nun ma­liy­yə və təş­ki­la­tı dəs­tə­yi ilə YU­NES­KO-nun Al­ma­tı klas­ter bü­ro­su və YU­NES­KO-nun Öz­bə­kis­tan­da­kı nü­ma­yən­də­li­yi ilə bir­lik­də mu­zey əmək­daş­la­rı­nın müa­sir me­nec­ment sa­hə­sin­də tə­li­mat­lan­dı­rıl­ma­sı və öy­rə­dil­mə­si məq­sə­di­lə, YU­NES­KO-nun və İKOM-un bir­gə iş­lə­nib ha­zır­la­dı­ğı mu­zey ida­rə­et­mə­si üz­rə dərs və­sai­ti, əmə­li rəh­bə­lik sə­nəd­lə­ri əsa­sın­da ha­zır­la­nıb. Res­pub­li­ka mu­zey­lə­ri­nin bey­nəl­xalq əla­qə­lə­ri­nin ge­niş­lən­di­ril­mə­si məq­sə­di­lə Azər­bay­can da bu tre­nin­qin işi­nə qa­tı­lıb. Tre­ninq Döv­lət Er­mi­ta­jın­da, Ru­si­ya Et­noq­ra­fik Mu­ze­yin­də, Rus Mu­ze­yin­də və Ru­si­ya Elm­lər Aka­de­mi­ya­sı­nın Bö­yük Pyotr adı­na Ant­ro­po­lo­gi­ya və Et­noq­ra­fi­ya Mu­ze­yin­də (Kuns­tka­me­ra) ke­çi­ri­lib. 6 gün ər­zin­də 40 mü­ha­zi­rə din­lə­ni­lib, prak­ti­ki məş­ğə­lə­lər ke­çi­ri­lib. İş­ti­rak­çı­lar 4 iri mu­ze­yin eks­po­zi­si­ya­la­rı, fond­la­rı, mü­ha­fi­zə sis­tem­lə­ri ilə ta­nış olub, müx­tə­lif sər­gi­lə­rə ba­xış ke­çi­rib, re­gi­on­la­ra­ra­sı part­nyor­luq üz­rə təc­rü­bə top­la­yıb, ta­ma­şa­çı­la­rın qə­bu­lu və on­la­ra xid­mət işi, kol­lek­si­ya­la­rın uço­tu və sə­nəd­ləş­di­ril­mə­si işi, həm­çi­nin, müx­tə­lif mu­zey­lə­rin ida­rəe­dil­mə­si üs­lu­bu və qay­da­la­rı ilə ta­nış olub­lar. Tre­nin­qin proq­ra­mı YU­NES­KO tə­rə­fin­dən iş­lə­nil­miş "Mu­zey­lə­rin ida­rəe­dil­mə­si" ad­lı me­to­di­ki və­sa­it əsa­sın­da mu­zey iş­çi­lə­ri üçün ha­zır­la­nıb. Bu və­sa­it 2004-cü il­dən dün­ya­nın bir sı­ra öl­kə­lə­rin­də mu­zey işi­nin öy­rə­nil­mə­si üçün la­zım­lı dərs­lik və sor­ğu ki­tab­ça­sı ki­mi is­ti­fa­də edil­miş, mu­zey işi­nin mü­tə­xəs­sis­lə­ri üçün təh­sil kurs­la­rı­nın iş­lə­nil­mə­si üçün də xü­su­si və­sa­it he­sab edi­lir. Tre­ninq­lər­də MDB-yə üzv olan 9 öl­kə­nin mə­də­niy­yət na­zir­lik­lə­ri­nin əmək­daş­la­rı, mu­zey rəh­bər­lə­ri və iş­çi­lə­ri iş­ti­rak et­miş­lər. On­la­rın ha­mı­sı mu­zey sa­hə­sin­də mü­əy­yən təc­rü­bə top­la­mış iş­çi­lər­dir və mən­sub ol­duq­la­rı öl­kə­lə­rin xü­su­siy­yət­lə­ri və prob­lem­lə­ri ilə ya­xın­dan ta­nış­dır­lar. Müa­sir mu­zey­lə­rin işi çox­sa­hə­li­dir və bir çox is­ti­qa­mət­də mü­əy­yən ix­ti­sas­laş­dı­rıl­mış kadr­lar tə­ləb edir. Tre­ninq iş­ti­rak­çı­la­rı üçün müa­sir mu­zey­lə­rin bir sı­ra sa­hə­lə­ri və as­pekt­lə­ri, o cüm­lə­dən, pro­fes­sio­nal eti­ka prob­lem­lə­ri, təh­lü­kə­siz­li­yin tə­min edil­mə­si, mu­zey sə­nəd­ləş­mə­si­nin in­ki­şa­fı is­ti­qa­mət­lə­ri, el­mi təs­vir, kol­lek­si­ya­la­rın mü­ha­fi­zə­si və kon­ser­va­si­ya­sı mə­sə­lə­lə­ri üz­rə mü­za­ki­rə­lə­rin apa­rıl­ma­sı plan­laş­dı­rı­lıb. Bu­ra­da, həm­çi­nin, kol­lek­si­ya­la­rın in­terp­re­ta­si­ya­sı və sər­gi­lə­rin ke­çi­ril­mə­si, ta­ma­şa­çı­la­rın qə­bu­lu, mu­zey işi­nin hü­qu­qi as­pekt­lə­ri, qiy­mət­li mə­də­niy­yət əş­ya­la­rı­nın qa­nun­suz döv­ri­yə­si ki­mi mə­sə­lə­lə­rə ba­xı­lıb. İş­ti­rak­çı­lar təh­sil proq­ra­mı­nın ha­zır­lan­ma­sı və ap­ro­ba­si­ya­sı­nı öy­rə­nib, mil­li tre­ninq­lə­rin ke­çi­ril­mə­si üçün tək­lif­lər ve­rib, mu­zey təh­si­li­nin in­ki­şa­fı üçün pers­pek­tiv­lər mü­za­ki­rə edib­lər. Növ­bə­ti mər­hə­lə­də iş­ti­rak­çı­lar öz döv­lət­lə­rin­də mü­tə­ma­di təh­sil dərs­lə­ri­nin ke­çi­ril­mə­si­ni nə­zər­də tut­ma­lı­dır­lar. Bu tre­ninq MDB öl­kə­lə­ri mu­zey­lə­ri­nin in­ki­şa­fı və əmək­daş­lı­ğı üçün bö­yük zə­min ya­ra­da­caq­dır. Sankt-Pe­ter­burq tre­nin­qi ma­te­ri­al­la­rı­nın elekt­ron şək­lin­də bu­ra­xıl­ma­sı nə­zər­də tu­tul­muş­dur. Bu rus­dil­li nəşr­lər­lə ya­na­şı, mil­li proq­ram­la­rın ha­zır­lan­ma­sı və ix­ti­sa­sar­tır­ma kurs­la­rı­nın ke­çi­ril­mə­si üçün də is­ti­fa­də edi­lə­cək­dir. Re­gio­nal və mil­li tre­ninq­lə­rin ke­çi­ril­mə­si öl­kə­lə­rin mə­də­ni ir­si­nin in­ki­şa­fı­na, mə­də­ni irs üz­rə mü­tə­xəs­sis­lər üçün açıq kom­mu­ni­ka­si­ya sa­hə­si­nin for­ma­laş­ma­sı­na, mə­də­ni tu­riz­min in­ki­şa­fı­na yö­nəl­di­lə­cək­dir.

 

Səs.- 2008.- 17 iyul.- S. 12.