Cavadov S.

 

Lənkəran ərazisindəki tarix və mədəniyyət abidələri

 

Lənkəran Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində 87 tarix mədəniyyət abidəsi dövlət qeydiyyatına, habelə mühafizəsinə götürülmüşdür. Onlardan 21-i dövlət əhəmiyyətli arxeoloji, 53-ü yerli əhəmiyyətli memarlıq, 2-si bağ - park monumental xatirə, 9-u yerli əhəmiyyətli arxeoloji abidələrdən 2-si dekorativ - tətbiqi sənət nümunələrindən ibarətdir. Ölkə başçısı cənab İlham Əliyevin tarixi abidələrimizin mühafizəsi bərpası ilə əlaqədar sərəncam göstərişlərinə əsasən, rayonda ardıcıll tədbirlər görülür. Regionların sosial - iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, XVIII əsrin yadigarı olan Dairəvi qalada - "Zindan" tarixi abidəsində hazırda bərpa işləri aparılır. Bərpaçılar burada işi ilin sonuna kimi başa çatdırmağı qarşılarına məqsəd qoymuşlar. Qeyd etmək lazımdır ki, hazırda Lənkəranda genişmiqyaslı tikinti - quruculuq, abadlıq işləri həyata keçirilir. Tikilən, yaradılan hər obyekt öz mahiyyəti, məzmunu etibarilə gələcək nəsillər üçün tarixi abidə nümunəsidir. Bütün bunlar isə Lənkəranda turizmin inkişafına geniş imkanlar açır.


Seyid Xəlifə türbəsi

Ərəb xilafəti dövründə xəlifələrin təqibinə məruz qalmış bir sıra müqəddəs adamlar, alimlər seyidlər müxtəlif yerlərdə sığınacaq tapmışdılar. Onların bir qismi Azərbaycana pənah gətirmiş, o cümlədən Lənkəranın ərazsində məskunlaşmışdı. Həmin adamların məzarları ziyarətgah kimi qorunub saxlanılmışdır. Bunlardan biri Lənkəran ərazisindəki qədim Cil kəndindədir. El arasında "Se Xəlifə", yəni üçü xəlifə ya "Seyid Xəlifə" adlandırılan ziyarətgah da bura pənah gətirən müqəddəslərin məzarlarıdır. Deyilənlərə görə, bu, üç şəxsin: məşhur alim, filosof Seyid Camaləddinin, onun atası Seyid Mir Abbasın onun əmisi oğlunun məqbərəsidir. Lakin burada daha qədim dövrlərdə yaşamış seyidlərin məzarları vardır. Türbə indiyədək müxtəlif yerlərdən gələn insanlar tərəfindən müqəddəs yer kimi ziyarət olunur.

Kiçik Bazar məscidi

Yerli əhəmiyyətli memarlıq abidəsi olan Kiçik Bazar məscidi 1906- ildə inşa edilmişdir. Məscidin inşasına Tağı bəy, Ağa bəy, Molla Nəsir şəhər camaatı vəsait vermişdir. Məscidin nəqqaşı usta Rəhim onun atası olmuşdur. Məscid inşa edilərkən onun yanında Güldəstə adı ilə məşhur olan möhtəşəm minarə olmuşdur. Ötən əsrin 30-cu illərində sovet hakmiyyəti tərəfindən "dinlə mübarizə" şüarı altında bu əzəmətli minarə dağıdılmışıdır. Məscid özü indiyədək öz əvvəlki görkəmini saxlamış dövlət tərəfindən mühafizə olunur. Məscidin divarlarının uzunluğu 26 metr, eni 10 metr, hündürlüyü 8 metr, divarının qalınlığı 1 metrdir.

Mir Əhməd
xanın yaşayış evi

1913-cü ildə xan nəslindən olan Mir Əhməd xanın sifarişi ilə Avropadan dəvət olunan memarlar tərəfindən inşa edilmişdir. Burada işlədilən bütün tikinti materialları Bakıdan gəmi ilə gətirilmişdir. Bu möhtəşəm bina Lənkəranda ilk çoxmərtəbəli tikili olmuşdur. Binanın fasadı mifoloji fiqurlarla bəzədilmişdir. Burada hələ inqilabdan əvvəl ilk dəfə elektrik işıqlandırma istilik sistemi var idi. Hazırda bu möhtəşəm binada Lənkəran Tarix - Diyarşünaslıq Muzeyi yerləşir.

Lənkəran mayakı

1747-1786- illərdə tikilməsi ehtimal olunur. Lənkəran qalasının dayaq məntəqələrindən biri olmuşdur. Sonralar çar hökuməti tərəfindən Lənkəranın işğalından xeyli sonra bu tikilidən mayak kimi istifadə olunmağa başlanmışdır. Mayak Lənkəranın şimal - şərq hissəsində yerləşir. Mayakın hündürlüyü fanarla birlikdə 33,4 metrdir. Mayakdan onun oxşarı olan onunla eyni vaxtda inşa edilən Dairəvi Qalaya yeraltı yol olmuşdur ki, onun da qalıqları bu günə kimi durmaqdadır. Binanın divarlarının qalınlığı aşağı hissədən 2 metrdən artıqdır. Mayak hazırda Xəzər Dəniz Gəmiçilik İdarəsinin tabeçiliyindədir.

Dairəvi Qala
(Zindan)

Dairəvi Qala (Zindan) Lənkəran qalası ilə eyni vaxtda, təqribən 1747 - 1786- illərdə inşa edilmişdir. Qalanın peyki, oxşarı olan ikinci tikili Mayakdır. Bu iki qala ümumi Lənkəran qala sisteminin iki tərəfdən dayaq məntəqələrinə çevrilmişdir. Hətta Lənkəran qalasının ümumi sahəsi Bakı qalasından, demək olar ki, iki dəfə böyük olmuşdur. Bu qala 1869-cu ilə kimi burada baş verən müharibələrdə mühüm müdafiə dayaq məntəqəsi rolunu oynamışdır. Ərazinin rus qoşunları tərəfindən işğalından sonra ümumi qala divarları dağıdılmış hərbi qala ləğv edilmişdir. Dairəvi Qaladan isə həbsxana kimi istifadə edilməyə başlanılmışdır. Deyilənlərə görə, dustaqlar buraya Zindan ilə Mayak arasında olan gizli yeraltı yol ilə gətirilirmişlər. Bu da bura gətirilənlərin məxfiliyini təmin edirmiş. Dairəvi Qaladan 1970-ci ilə qədər həbsxana kimi istifadə edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında bu abidəyə xüsusi yer ayrılmış onun tam bərpası nəzərdə tutulmuşdur.

Bir binanın tarixi

Hələ inqilabdan əvvəl inşa edilmiş bu möhtəşəm bina Lənkəranda ilk çoxmərtəbəli tikililərdəndir. Avropa üslubunda inşa olunmuşdur.
Bu binanın tikilməsinin maraqlı tarixçəsi vardır. Belə ki, əslən bakılı olan İsa bəy xanın qızlarından birinə aşiq olur ona elçi göndərir. Ali savadlı həkim son dərəcə varlı olmasına baxmayaraq, Lənkəranda heç bir mülkü olmadığı üçün qızı ona vermirlər. Bu təqdirdə İsa bəy çox az bir müddətə xaricdən mütəxəssis gətirərək bu əzəmətli abidəni tikdirmiş özü Lənkərana köçmüşdür. Yalnız bundan sonra xan öz qızını ona ərə verməyə razı olmuşdur. İsa bəy Lənkəranda ilk ali savadlı həkim olmuşdur. Repressiya illərində sürgün edilmiş, əmlakı isə müsadirə olunmuşdur. Hazırda bu əzəmətli binada Lənkəran Dövlət Universitetinin əsas korpusu yerləşir.

Şeyx Zahid türbəsi

Bu türbə Şıxəkəran kəndinin qədim qəbiristanlığında yerləşir. Burada orta əsr Şərqində tanınmış alim, filosof din xadimi olan Şeyx Zahid ibn Şeyx Əmir Rövşən (1215-1300) dəfn olunmuşdur. Şeyx Zahidin əsl adı Tacəddin İbrahimdir. O, Əmir Rövşənin oğludur. Zahid ləqəbini isə ona bacarığına görə müəllimi təbrizli Seyid Cəmaləddin vermişdir. Şeyx Zahid dövrünün tanınmış şəxsiyyətlərindən olduğu üçün onun təkcə bu ərazidə yox, Orta Şərqin hər yerində böyük hörməti olmuşdur. Şeyx Zahid öləndən sonra onun vəsiyyətinə əsasən, o, Lənkəranın Siyavurd kəndində (indiki Siyavar kəndi) dəfn edilmişdir. Onun dəfn olunduğu yerdə Şeyx Heydər Səfəvi tərəfindən türbə ucaldılmışıdır. Sonralar bu abidə dəniz səviyyəsinin qalxması nəticəsində dəfələrlə suyun altında qaldığı üçün I Şah Abbas tərəfindən Hiləkəran kəndinə (indiki Şıxəkəran) köçürülmüşdür. 2006- ildə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun qayğısı ilə ziyarətgahda geniş təmir işləri aparılmış, həmçinin abidənin ətrafı da abadlaşdırılmış bura yol çəkilmişdir. Əhali ətraf rayonlardan da bura ziyarətə gəlir.

Ləm abidəsi

Lənkəran rayonunun Boladi kəndində yerləşir. XIX əsrdə yayda istidən qorunmaq istirahət etmək üçün inşa edilmişdir. Dörd tərəfi açıq olan sütunlar üstündə ikimərtəbəli bir guşədir. Bura hətta yay evi deyirlər. Ləmlər ümumən cənub zonasında XVIII - XIX əsrlərdə geniş yayılmışdır. İstilər düşdükdə insanlar daimi yaşayış evlərini müvəqqəti olaraq tərk edib, bu yay evlərinə köçərmişlər. Ləmin aşağı hissəsi - sütunları qırmızı kərpicdən, yuxarısı isə meşə ağacından düzəldilir müxtəlif əl işləri ilə bəzədilir. Bu da ləmə özünəməxsus gözəllik verir. Ümumiyyətlə, ləmlər respublikanın cənub zonasının spesifik tikililəridir ki, bunlara başqa yerdə rast gəlinmir.

Bəlləbur
qalasının qalıqları

"Cavahirnameyu - Lənkəran" əsərində göstərilmişdir ki, Bəlləbur qalası hələ IV əsrdə Sasani şahı II Şapurun tərəfindən inşa edilmişdir. Qala indiki Lənkəran şəhərindən 9 km uzaqda, hündür bir yerdə yerləşir.

Azərbaycan.- 2008.-  8 iyul.- S. 14.