Faktaraşdırıcı missiya sentyabrda regiona gələcək
Azərbaycan mədəni irsə qarşı
törədilmiş vəhşiliklərin araşdırılmasında maraqlıdır
Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki,
Azərbaycan tərəfi mədəni irsə
qarşı törədilmiş vəhşiliklərin araşdırılmasında və əsl
həqiqətlərin üzə çıxarılmasında maraqlıdır. "Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irsimizə qarşı
təcavüz baş verib", Avropa Şurasının mədəniyyət, mədəni və
təbii irs üzrə
direktoru Robert Palmerin rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüşündə XİN-in Xarici Siyasətin Planlaşdırılması və Strateji Araşdırma İdarəsinin rəisi Tofiq Musayev
bildirib. Palmer görüşdə bildirib ki, Azərbaycan və Ermənistan mədəni irsə qarşı
hər hansı təcavüzün edilməməsi barədə öhdəlik götürüb.
Onun sözlərinə
görə, hər iki ölkə mədəni irsin
dağıdılması
ilə bağlı siyahı
təqdim etdikdən sonra bu siyahı yoxlanılacaq. Faktları Avropa Şurası Nazirlər Kabinetinin müstəqil missiyası
araşdıracaq. Palmer vurğulayıb ki, hər hansı problem yaranmasa, AŞ Nazirlər Kabinetinin missiyası sentyabrda regiona gələcək. Görüşdən sonra
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin
rəhbəri Səməd
Seyidov bildirib ki, AŞ rəsmilərinin
səfəri dekabrda Bakıda keçiriləcək mədəniyyət nazirlərinin konfransına hazırlıq məqsədi daşıyır. "Mədəni irsin dağıdılması gündən-günə aktuallaşır və Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən
mədəni irsin dağıdılması ilə
bağlı məlumatlar mütəmadi olaraq Avropa
Şurasına çatdırılır", Seyidov əlavə edib. Görüşdə qonaqlara Azərbaycanın mədəni abidələrinin dağıdılması
faktlarını özündə əks etdirən film nümayiş etdirilib.
Üç nöqtə.- 2008.- 9 iyul.- S. 3.