"Göyərçin"
monumental abidəsinin açılış mərasimi
keçirilib
Mədəniyyət və Turizm Nazirliyinin məlumatına
əsasən, Sumqayıt şəhərində Nəsimi
adına Mədəniyyət və İstirahət Parkında
təmir-bərpa işlərinin başa çatması
ilə əlaqədar "Göyərçin" monumental
abidəsinin və Fontan-Şəlalə kompleksinin
açılış mərasimi keçirilmişdir.
"Göyərçin" monumental abidəsi həm
də yeni ailə quran gənclərin ziyarət yeri kimi
tanınır. Həmin ənənənin davamı olaraq
gəlin-bəy cütlüyünün mərasimə
gəlişini tamaşaçılar maraqla qarşıladılar.
El ağsaqqalı Dədə Qorqud gənclərə xeyir-dua
verdi. Tədbirdə iştirak edən şəhər icra
hakiimiyyətinin başçısı Vaqif Əliyev
parkın açılışı münasibətilə
sumqayıtlıları, ailə qurmaları münasibətilə
gəncləri təbrik etdi. 12 iyulun bundan sonra şəhərimizdə
"Gənc ailə quranlar günü" kimi qeyd olunacağını
bidirən V.Əliyev gəlin-bəy cütlüyünə
hədiyyələr təqdim etdi. Tədbirdə C.Cabbarlı
adına mədəniyyət evinin, musiqi məktəblərinin
özfəaliyyət kollektivlərinin ifasında
səslənən mahnılar, Break-Danse qrupunun
çıxışı tamaşaçıların
böyük marağına səbəb oldu və alqışlarla
qarşılandı.
Səs.- 2008.- 15 iyul.- S. 12.