Rafiqqızı G.
Göygöldə Anaid
məbədi dağılmaq üzrədir
Çaykənd
kəndindo təxminən XVI əsrə aid edilən Anaid
adlı alban məbədində çürümə və
daşların
tökülməsi müşahidə olunur. Çay
daşları və qum qarışığından inşa
cdilən tarixi abidədə mismarlardan istifadə olunmayıb.
Binada sovet dövründə əsaslı təmir
işləri aparılıb və kənd sakinlərinin
sayı nəticəsində bina müasir
dövrümüzə qədər qorunub saxlanıb. Abidə
hazırda baxımsızlıq ucbatından yararsız hala
düşsə də, maraqlısı budur ki, daşların
üzərində alban hərfləri ilə yazılan
sözlər və naxışlar hələ də öz
təravətini itirməyib. Lakin ermənilər bu alban
məbədini də öz adlarına çıxınaqdan
çəkinmirlər.
Göygöl rayon Mədəniyyət
və Turizm şöbəsinin müdiri Şərqiyyə
Hümb’tova ermənilərin bu iddialarının da uydurmadan
başqa bir şey olmadığını bildirdi:
"Ermənilər bu ərazilərə sonradan
gəlmədirlər. Mütəxəssislərimiz
Göygöl ərazisindəki bir çox xristian
mənşəli abidələrə baxış
keçirən zaman məlum olub ki, onların əksəriyyətinin
üzərindəki xaçları və xaç
naxışlarını ermənilər sonradan dəyişdirib
və özlərinin dininə məxsus formada xaçlar
çəkiblər. Bu, ermənilərin həmişəki
iyrənc əməllərindəndir".
O ki qaldı Anaid məbədinin
bərbad hala düşməsinə, Şərqiyyə Hümbətova
rayonda əksər abidələrin təmirə ehtiyacı
olduğunu bildirdi. Onun sözlərinə görə,
əksər abidələr uzun müddət diqqətdən
kənarda qaldığından tədricən bərbad hala
düşüb. O, tarixi abidələrin bərpası məqsədilə
dövlət proqramının hazırlandığını
bildirdi. Bu isə yaxın 2 ildə də məbədin
restavrasiya edilməyəcəyi deməkdir. Belə ki, növbəti
dövlət proqramı 2009-2013-cü illəri əhatə
cdəcək.
Ümumilikdə, Göygöl rayonunda 31 tarixi abidə var. Rayonda son bir neçə ildə dövlət tərəfindən
heç bir abidə təmir edilməyib. Ötən il isə
lüteran kilsəsi Almaniya hökuməti tərəfindən bərpa
olunub.
Ayna.- 2008.- 19 iyul.- S. 19.