"Dədə Qorqud" Festivalı davam edir

 

Festival iştirakçıları Dədə Qorqud türbəsini və Bayburt qalasını ziyarət ediblər.

Məlum olduğu kimi, Türkiyənin Bayburt şəhərində Beynəlxalq "Dədə Qorqud" Festivalı öz işinə i başlamışdır. Bu ənənəvi tədbirdə Azərbaycanı Azərbaycan Dövlət Rəqs Ansamblı, "Göygöl" Mahnı və Rəqs Ansamblı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının balet truppası, Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı da çıxış edir.

Festivalın açılışında Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan və baş nazirin müavini, dövlət naziri Cəmil Çiçək də festival iştirakçılarını salamlamışlar.

Festival iyulun 20-dək davam edəcəkdir.

Qeyd edim ki, festival çərçivəsində incəsənət ustalarımız qardaş ölkənin Niğdə şəhərində keçirilən festivalda da alqışlarla qarşılanmışlar.

 

Səs.- 2008.- 19 iyul.- S. 12.