Tovuzda tarixi
abidələr köçürülür
Tovuzun Qazıqulu
kəndində aşkarlanmış nekropolda - qədim
qəbristanlıqda arxeoloji araşdırma işləri
aparılır. 2 hektara yaxın ərazini əhatə edən
nekropolda qazıntılar AMEA-nın Arxeologiya və Etnoqrafiya
İnstitunun ekspedisiyası tərəfindən həyata
keçirilir.
Ekspedisiyanın
rəhbəri Şamil Nəcəfovun sözlərinə
görə, eramızdan əvvəl II-I minilliyə aid olan
qəbristanlıqda indiyədək 10 insan skeleti və xeyli
sayda xırda sümüklər, məişət qabları,
xəncər və ox ucluqları, eləcə də tunc və
muncuqdan hazırlanmış bəzək əşyaları
(üzük, qolbagı, boyunbagı) tapılıb. Qeyd
edək ki, bu ərazi uzun müddət yerli əhali tərəfindən
əkin sahəsi kimi istismar edildiyindən qəbirlərin
yerüstü əlamətləri itib. Bundan başqa,
ötən əsrin 80-ci illərinin sonunda süni yolla
salınmış Xunan çayının arxeoloji
araşdırma ərazisindən keçməsi də
müəyyən problemlər yaradıb. Şamil
Nəcəfovun sözlərinə görə, arxeoloji
işlərə xərclənən vəsait bu ərazidə
"Tovuzçay" su anbarını inşa edəcək
"Azərsu" SC tərəfindən ödənilir:
"Su anbarı ərazisinə düşən tarixi
abidələrin xilasetmə işləri
çərçivəsində nekropoldan 300 metr uzaqlıqda
yerləşən 200 yaşlı qəbristanlıqdakı 65
məzarın və iki türbənin də
köçürülməsi nəzərdə tutulub.
Zaman.- 2008.- 17-18 iyul.- S. 9.