Nizami
məqbərəsi uça
bilər
Bakı
- Gəncə avtomagistral yolunun üstündə
yerləşən Nizami məqbərəsi barədə
çox az adam tapılar ki, məlumatsız olsun. 1991-ci ildə tikilmiş, ümumi sahəsi 10 hektara yaxın olan qoruğa hər il 12 min nəfərdən çoxu əcnəbi olan 35 minə yaxın ziyarətçinin
gəldiyi barədə
də dəfələrlə
fikirlər səsləndirilib.
Bu da həmin
abidənin nə qədər beynəlxalq təbliğat vasitəsi kimi əhəmiyyət daşımasından xəbər
verirdi. Lakin təəssüflər olsun
ki, 1 dəfə əsaslı, bir neçə dəfə isə cari təmir
olunmasına baxmayaraq,
həmin məqbərə
yenidən ciddi problemlə üzləşib.
Gəncə - Bakı, eləcə
də respublikamızın
digər şəhər
və rayonlarına, həmçinin əks istiqamətlərdə hərəkət
edən avtomobillərin
sürətinin tənzimlənməməsi
üzündən abidə-kompleksdə çatların
yaranması təhlükəsi
yaranıb. Onu da bildirək ki, Nizami məqbərəsi Qoruq Kompleksinin və Gəncə şəhər Mədəniyyət
və Turizm İdarəsinin rəhbərlikləri
Gəncə şəhər
Dövlət Yol Polisi İdarəsinin rəhbərliklərinə haqqında
bəhs etdiyimiz məsələ ilə əlaqədar dəfələrlə
müraciət ünvanlayıblar. Həmin
sənədlərdə vurğulanıb
ki, sözügedən
məkanda avtomobillərin
120-140 km/saat sürətlə şütüməsi
problemi daha da dərinləşdirə
bilər. Ona görə də həmin ərazidə sürəti azaldan, məsələn, 50-60 km/saat sürətlə sürülməsinə icazə
verən yol nişanlarının qoyulması
təklif edilib. Lakin bu günədək
həmin müraciətlərə
əməl olunmayıb,
təkliflərə məhəl
qoyulmayıb. Lakin sözügedən problemin
nə zaman çözüləcəyi, Nizami
məqbərəsinin gələcək
taleyinin necə olacağı kimsəyə
bəlli deyil.
Həftə içi.- 2008.- 8 iyul.- S. 6.