“Af Hotel –
Dünya birliyinə fəal inteqrasiya olunan Azərbaycan Respublikası
zəngin turizm potensialına malikdir. Son illər ölkənin turizm potensialından səmərəli istifadə
edilməsinə, turizm
sahəsində sahibkarlıq
hissinin gücləndirilməsinə
dövlət qayğısı
getdikcə artırılır.
Azərbaycanın zəngin təbii
gözəllikləri, əlverişli
iqlim və coğrafı şəraiti
ölkə ərazisində
müasir standartlara uyğun turizm obyektlərinin yaradılmasına
imkan verir. Dördulduzlu
"AF Hotel-Aqua Park" ailəvi-istirahət
kompleksi xidmətin səviyyəsi və cazibədarlığı ilə
daha çox seçilir.
Bu dördulduzlu
ailəvi istirahət kompleksi Bakı şəhərindən 21 kilometr
kənarda Novxanı qəsəbəsində, nadir müalicəvi
mineral duzlara malik olan Xəzər dənizinin sahilində inşa edilmişdir. "AF Hotel -
Hazırda kompleksin korpuslarında müştərilərin yerləşməsi
üçün 300 standart
- iki nəfərlik otaqlar vardır. Ailəvi dincəlmək
istəyənlər üçün
isə ərazidə
40 üçotaqlı lyüks
nömrələr (terassa
və dənizə çıxan panorama ilə)
və 16 ailəvi ikimərtəbəli lyüks
kotteclər (mətbəxi
ilə) fəaliyyət
göstərir. Bundan əlavə,
kompleksdə milli və Avropa mətbəxi üsulu ilə yüksək səviyyədə hazırlanmış
müxtəlif növ
yeməklər təklif
edən 7 restoran, bar,
sauna və massaj kabinələrinin xidmətləri
də müştərilərin
ürəyincədir.
"AF Hotel -
"AF Hotel-Aqua Park" ailəvi istirahət kompleksi konsertlər, müxtəlif növ şou proqramlar və biznes tədbirlərinin keçirilməsi
üçün də
əvəzolunmaz bir yerdir. Belə ki, kompleksdə
konfransların və biznes tədbirlərinin yüksək səviyyədə
keçirilməsi üçün
150 nəfərlik zal fəaliyyət göstərir.
Müştərilər həmçinin poçt,
beynəlxalq və peyk rabitəsi, eləcə də 24 saat ərzində
"WI-FI" internet növü
və kitabxana xidmətlərindən də
istifadə edə bilərlər.
Xalq qəzeti.- 2008.- 19 iyul.- S. 6.