Məmmədəova E.

 

Şəki Azərbaycanın turizm məskənlərindən birinə çevrilir

 

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki orijinal spesifik xüsusiyyətləri ilə fərqlənən nadir bölgədir. Şəhər özünün dünya ölkə əhəmiyyətli zəngin tarix memarlıq abidələri, əlverişli coğrafi mövqeyi, füsunkar təbiəti ilə seçilir.

Ölkənin ən iri muzey şəhərlərindən olan Şəkidə Azərbaycan milli memarlığının incisi Xan sarayı, dünya standartlar səviyyəsində bərpa olunmuş Kiş - Tarixi-Memarlıq Qoruq-Muzeyi, Tarix Diyarşünaslıq muzeyi, Xalq Tətbiqi Sənət muzeyi, M.F.Axundovun, R.Əfəndiyevin və S.Rəhmanın ev-muzeyləri, Dövlət rəsm qalereyası, habelə çoxlu sayda tarixi və arxeoloji mədəniyyət abidələri vardır. Burada xalq tətbiqi sənəti növlərinin şəbəkə, dulusçuluq, təkalduz, dabbaqlıq, misgərlik, bədii tikmə, sərraclıq, zərgərlik, papaqçılıq s. geniş yayılmışdır. Şəki həm bütün ölkədə şərq şirniyyatının yumorun vətəni hesab olunur.
Şəki
şəhərində turistlərə normal xidmət göstərilməsi üçün 8 uyğunlaşdırılmış mehmanxana mövcuddur. Buradakı yerlərin ümumi sayı 392-dir. Əlavə olaraq şəhər sakinlərinin mülkiyyətində olan 40 ev vardır ki, orada 198 nəfərə xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.

Şəkiyə turistlərin orta illik gəlişi 16850 nəfər təşkil edir.
Şəki muzeylərin sayına həmin mədəniyyət müəssisələrində mühafizə edilən eksponatların spesifik cəhətlərinə görə xüsusi çəkiyə malik bir bölgədir. Məhz bu səbəbdəndir ki, istər respublikamızda, istərsə xaricdə şəhərimizə həmişə böyük maraq var. Son illər şəhərimizə gələn qonaqların, o cümlədən əcnəbi vətəndaşların sayı böyük sürətlə artır. Turizmin inkişafı ilə bağlı qəbul olunmuş Dövlət Proqramının icrası çərçivəsində yaxın gələcəkdə Şəkiyə gələn turistlərin sayının daha böyük sürətlə artacağı, 2014-cü itldə bu rəqəmin 130 min nəfər təşkil edəcəyi proqnozlaşdırılır. Bütün bunları nəzərə alan Mədəniyyət Turizm Nazirliyi Şəkidə Turizm İnformasiya Mərkəzinin yaradılmasını məqsədəuyğun hesab etmişdir. Həmin mərkəzin ən yaxın gələcəkdə turizmlə bağlı bütün məsələlərin həllində aparıcı mövqe tutacağını güman edirik. Nazirlik atçılıq üzrə turizm mərkəzinin məhz Şəkidə yaradılmasını zəruri hesab etmişdir. Bütün bunlar Şəkidə turizmin gələcək inkişafı üçün geniş imkanlar açır.

Məlum olduğu kimi, bölgəmizə səfərdən sonra Prezident İlham Əliyev Şəki şəhərinin, Balakən, Qax və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən müəyyən edilmiş tədbirlər planında Aşağı Karvansarayın, Şəkixanovların evinin "Gələrsən-görərsən" qalasının bərpa olunması nəzərdə tutulmuşdur. Bu isə Şəkinin tarix mədəniyyət abidələrinin qorunub saxlanılmasına xidmət edir. Abidələrə yeni həyat verilməsi eyni zamanda qədim Şəkini daha da gözəlləşdirəcək, turizmin inkişafına təkan vercək.

Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyyətinin birgə təşəbbüsü ilə ötən ilin avqust ayının 26-da şəhərimizdə "İpək bayramı", bu ilin iyun ayında rayonda xalq sənətkarları bayramı keçirilmişdir. Sentyabr ayında isə "Qafqaz Albaniyası günü"nün təntənəli şəkildə qeyd edilməsi nəzərdə tutulmuşdur. Öz xarakterinə, miqyasına orijinallağına görə analoqu olmayan bu tədbirlər həm beynəlxalq əhəmiyyət kəsb edir. Həmin tədbirlərin keçirilməsində başlıca məqsəd Şəkini, onun qədim mədəniyyətini, adət-ənənələrini, etnoqrafiyasını, qədim xalq sənəti növlərini, o cümlədən Şəkinin məşhur ipəyinin beynəlxalq aləmdə tanıtmaqdan nəticə etibarilə ölkəmizə daha çox turist cəlb etməkdən ibarətdir.

Hazırda Şəkidə turizmin gələcək inkişaf perspektivləri ilə bağlı infrastrukturların yaradılması prosesi sürətlə davam edir. Bütün bunlar qədim şəhərimizin yaxın gələcəkdə Azərbaycanın mühüm turist mərkəzlərindən birinə çevriləcəyinə təminat verir.

Azərbaycan.- 2008.- 5 iyul.- S. 4.