Nəzərli T.

 

Oğuz tezliklə turizm mərkəzinə çevriləcək

 

Danılmaz faktdır ki, bu gün Azərbaycanın qazandığı bütün uğurların təməlində ümumilli lider Heydər Əliyevin fəaliyyəti dayanır. Ulu öndərin Azərbaycan rəhbərliyində olduğu dövrlərdə göstərdiyi fədakarlıq bu gün bütün sahələr üzrə öz müsbət nəticələrini göstərməkdə, bəhrələrini verməkdədir. Bu möhtəşəm siyasəti layiqincə davam etdirən Prezident İlham Əliyev qazanılan uğurları daha da artırır, Azərbaycanın sosial-iqtisadi inkişafı, hərbi qüdrəti, beynəlxalq nüfuzu naminə lazım olan bütün tədbirləri görür.
Bu gün Azərbaycan vətəndaşının yaşam tərzi yaxşılığa doğru dəyişir, müasirləşir, hər kəs özünün fərd olaraq müasir sivilizasiyanın bir daşıyıcısı kimi hiss etməyə başlayır. Ölkənin güclü iqtisadiyyatının yaratdığı sosial-psixoloji rahatlıq ovqatı işğal altındakı torpaqların düşməndən azad edilməsi ilə bağlı həyəcan sindromunu üstələməkdə, qələbəyə, torpaqlarımızn işğalçıdan təmizlənəcəyinə inamını artırmaqdadır.
Bu gün oğuzlular da məhz bu ovqatla yaradır, qurur, tikinti, abadlıq-quruculuq işləri ilə məşğul olurlar. Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası Oğuz rayonunun da infrastrukturunu tamamilə yeniləşdirir.
Dövlət Proqramının icrası çərçivəsində Oğuzda açılan 9300-dən çox yeni yerinin 2100-dən çoxu daimidir. Prezidentin tapşırığı ilə Oğuz şəhərində smeta dəyəri 6,5 milyon manat olan Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir. Kompleksin bu ilin oktyabr ayında istifadəyə verilməsi nəzərdə tutulur. Oğuz şəhərində tikilmiş 6 mərtəbəli mehmanxana binasında da son tamamlama işləri görülür. Bundan əlavə, "Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" dövlət başçısının 25 avqust 2008-ci il tarixli sərəncamında Oğuz rayonu üzrə nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq Oğuz-Xaldan avtomobil yolunun qalan hissəsinin əsaslı təmiri davam edir. Eyni zamanda, yeni mərkəzi xəstəxananın tikintisində son tamamlama işləri gedir. 16 mənzilli yaşayış binası isə əlil şəhid ailələri üçün tikilir. Qlükoza zavodunun tikintisində işlər qaydasında davam edir, Kərimli kəndində kərpic zavodunun tikintisinə isə torpaq sahəsi ayrılmışdır.
Rayonda sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir, yerli xarici sərmayəçilərin rayona cəlb olunması üçün müvafiq tədbirlər həyata keçirilir. Sahibkarlar tərəfindən Oğuz şəhərində sutkalıq istehsal gücü 5 ton olan yeni çörək çörək məmulatları sexi istifadəyə verilmiş, 20 nəfər işlə təmin olunmuşdur.
Prezident İlham Əliyev Oğuzun turizm imkanlarını qeyd etmiş rayonun tanınmış turizm mərkəzlərindən birinə çevrilməsi üçün müvafiq tapşırıq tövsiyələrini vermişdir. Hazırda bu sahə üzrə Oğuzda lazımi infrastrukturun yaradılması üçün tədbirlər görülür. Yeni layihələrə əsasən Oğuz şəhərində, Xalxal, Bayan, Calut, Baş Daşağıl, Bucaq, Qumlaq, Filfilli kəndlərində yeni turizm obyektləri, otellər, kotejlər tikilir.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Aydın Əlihüseynov söhbət zamanı qeyd etdi ki, nəzərdə tutulan işlər öz qaydasında getsə , görülməli tədbirlərimiz çoxdur. Buna görə vaxtdan səmərəli istifadə etməyə çalışırıq. Çalışırıq ki, Oğuz iqtisadi potensialı, təbii gözəllikləri, turizm imkanları ilə diqqəti daha çox çəksin ölkəmizə daha çox fayda versin.
Oğuzda sakinlərlə söhbət zamanı hər kəs aparılan abadlıq, tikinti-quruculuq işlərinə, firavanlığa görə ölkə rəhbəri İlham Əliyevə təşəkkürlərini bildirərək, onun qayğı diqqətini həmişə hiss etdiklərini xüsusi vurğuladılar.

Azərbaycan
.- 2008.- 8 iyul.- S. 15.