Turizmin inkişafı üçün yeni layihələr

 

Avropa Spa Assosiasiyasının (ESPA) prezidenti Yoaşim Lieber həmin şirkətin baş mütəxəssisi doktor Kurt Von Stroc 30 iyun-3 iyul 2008-ci il tarixlərində Azərbaycan Respublikasına səfərdədirlər. Bildiyiniz kimi, Azərbaycanda qeyri-neft sektorunun inkişafı çərçivəsində turizm sahəsi böyük prioritetlərdən biridir onun müxtəlif növləri inkişaf etməkdədir.

Belə ki, Avropa Spa Assosiasiyasının nümayəndələrinin Azərbaycana səfərinin məqsədi müalicəvi turizmi tətbiq etmək, Naftalan, Qəbələ rayonlarında spa-mərkəzlərinə baxış keçirmək respublikamızda spa-turizmin inkişafı üçün yekun tövsiyələr, layihələrin hazırlanması Mədəniyyət Turizm Nazirliyinə təqdim edilməsidir.

İyulun 1- ESPA-nın nümayəndələri Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nümayəndələri ilə görüş keçiriblər. Mədəniyyət Turizm Nazirliyi tərəfindən respublikanın turizm imkanları, spa-turizmin hazırkı vəziyyəti barədə ətraflı məlumat verilmişdir.

Bundan əlavə, respublikamızda fəaliyyət göstərən istirahət spa-mərkəzlərinin, turizm şirkətlərinin nümayəndələri üçün ESPA-nın aliyyəti ilə bağlı təqdimat keçirilmişdir.

Həmçinin spa-turizmin inkişafı məqsədilə bu sahədə kadrların hazırlanması barədə müzakirələr aparılmışdır.

 

Respublika.- 2008.- 2 iyul.- S. 8.