Turkiyədə azərbaycanlı rəssamın
kitabı nəşr olunub
Türkiyənin Çanaqqala şəhərindəki 18 Mart
Universitetinin müəllimi
Vahid Novruzovun yeni kitabı çapdan çıxıb.
Kitaba onun yağlı boya, sulu boya və
pastel əsərlərinin
reproduksiyaları daxil
edilib. Bu, V. Novruzovun Türkiyədə
yaşayıb-yaratdığı
8 illik dövrün hesabatıdır.
Qeyd edək ki, 1964-cü ildə Tovuz rayonunda anadan olan Vahid Novruzov
Ə. Əzimzadə adına
Rəssamlıq Məktəbini
və İncəsənət
Akademiyasını bitirib.
2000-ci ildə Türkiyə
tərəfinin dəvəti
ilə 18 Mart Universitetində işləməyə
gedib. İndiyə qədər Türkiyənin
müxtəlif şəhərlərində və Avropada fərdi sərgilər açıb,
qrup sərgilərdə
iştirak edib.
Zaman.- 2008.- 3-4 iyul.- S. 9.