Qadir T.

 

Tahir Salahov–80

O, daha çox "incəsənətin səlahiyyətli səfiri" kimi tanınır

Bu sənətkar haqqında söz demək, yaradıcılığından danışmaq olduqca çətin və məsuliyyətlidir. İlk olaraq onunla başlamaq istərdim ki, bu sənətkar Azərbaycan milli təsviri sənətinin inkişafı yolunda ən uca zirvələrdən birini tutur. Söhbət fırça ustası Tahir Salahovdan gedir.
Salahov Tahir Teymur oğlu 1928–ci il noyabr ayının 29–da Bakı şəhərində anadan olub. 1957–ci ildə V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu rəssamnəqqaş peşəsi üzrə bitirib. 1960–1961–ci illərdə Azərbaycan Rəssamlar Birliyində məsul katib vəzifəsində, sonra dossent vəzifəsini yerinə yetirən müəllim peşəsində, 1963–74– illərdə isə M.Ə.Əliyev adına Azərbaycan Dövlət Teatr institutunda professor vəzifəsində çalışıb. Sənətkar 20 il Rəssamlıq Atelyesinə rəhbərlik edib, 1980–1992–ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq kompozisiya kafedrasını idarə edib. Çoxillik pedaqoji fəaliyyətində Azərbaycan İncəsənət İnstitutu, eləcə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda gənc rəssamlar yetişdirib.

Onu müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi adlandırmaq daha düzgün olardı. Sevənləri, hər kəs onu realist rəssam kimi tanıyır. O elə bir sənətkardır ki, həyatın sərt məsuliyyətli məqamlarını kətan üzərində böyük ustalıqla canlandıra bilir. T.Salahov seçdiyi sənətdə fikrin, düşüncənin sözsüz ifadəsinin qüdrətini yarada bilir. Onun yaratdığı tabloları izlədikcə bir daha əmin olursan ki, sənətkar əsərlərini kətan üzərinə həkk edərkən sadəcə göz oxşayan, cəlbedici görünüşə üstünlük vermir. Daha çox əsərinin fəlsəfə ideologiyasının tamaşaçı tərəfindən ifadə olunduğu kimi qavramasına üstünlük verir. Bu səbəbdən T.Salahov mütəfəkkir rəssam adına layiqdir.

Boyakarlıq sənətinin parlaq nümayəndəsi, mövzu və janr zənginliyi, bədii forma əlvanlığı və estetik kamilliyinə görə bütün zamanlarda öz fərqliliyi ilə seçilib. Təsadüfi deyildir ki, bu gün sənətkarın bacarıqlı əllərinin məhsulu olan əsərlər dünyanın mötəbər muzeylərində qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılır.
Yaratdığı əsərlərlə milli mədəniyyətimizin təbliğinə özünəməxsus töhfələr verən görkəmli Azərbaycan rəssamı Tahir Salahovun 80 illik yubileyinin keçirilməsi haqqında bu yaxınlarda dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb.

Sənətinə dövlət qayğısı göstərilən bu böyük sənətkar saysız–hesabsız mükafatlar alıb. Fırça ustası Sovet İttifaqının ən yüksək təltifləri ordenlərinə layiq görülüb, Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın "Vətən qarşısında xidmətlərinə görə" ikinci üçüncü dərəcəli ordenlərinə, müstəqil vətənimiz Azərbaycanın ali mükafatı olan "İstiqlal" ordeninə, Bolqarıstan, Polşa, Monqolustan başqa ölkələrin ordenlərinə, müxtəlif medallara mükafatlara layiq görülüb. Mahir fırça ustasını öz sıralarında görmək arzusunda olanlar da az olmayıb. Belə ki, həmyerlimiz Rusiyanın MDB–nin bir çox ölkələrinin rəssamlıq akademiyaları ilə bahəm, Madriddəki SanFernando Kral İncəsənət Akademiyasının Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvüdür. Bundan başqa, Ölməzlər Akademiyası adlanan Fransa Zərif Sənətlər Akademiyasına SSRİ–dən cəmi üç nəfər üzv seçilib ki, onlardan biri həmyerlimiz Tahir Salahovdur. O, həm Amerika Birləşmiş Ştatlarının bir neçə şəhərinin Montana ştatının fəxri vətəndaşıdır.
Hazırda Moskvada yaşayan sənətkar Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin ən fəal məzunlarından biri olub. Təxminən 50 il öncə

ənətkarın Ümumittifaq Rəssamlıq Sərgisində nümayiş etdirilən iki əsəri – "Bəstəkar Qara Qarayevin portreti" və "Təmirçilər" zamanında yüksək dəyərini alıb. Bu qiymət həm Tretyakov qalereyasının ziyarətçisi olanların bəstəkarın portreti qarşısında ayaq saxlayıb uzun müddət rəsmi heyranlıqla seyr etməsidir. T.Salahov kətan üzərində daha çox sərt tünd rənglərin ahəngini yaratmağı sevir. Əsərlərini izlədikcə, özünü tabloda əks olunan mühitdə görməmək mümkün deyil. Birbirindən fərqli mövzulara müraciət edib, o fərqliliyi fırçaya alması isə tamaşaçının qəlbinə daha həlim yol tapır.

Sənətkarın fırçasının məhsulları olan "Səhər eşelonu" və "Rezervuar parkı" adlı sənaye peyzajları, "Abşeron qadınları" və "Aydan" tabloları, əsrin taleyinə görə məsuliyyət daşıyan insanın fəlsəfi portreti adlandırılan bəstəkar Dmitri Şostakoviçin, şair Rəsul Rzanın, bəstəkar Fikrət Əmirovun portretləri də istər peşəkarlar, istərsə də sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Bu əsərlərin hər birində qəhrəmanların mənəvi zənginliyi, tutduğu ustalıq zirvəsindən asılı olmayaraq bir sadəlövhlüyü əks olunur.

Sənətkarın özünü rəssam kimi sınadığı ilk əsəri kətan üzərində əks etdirdiyi "Gecə növbəsindən qayıdanlar" adlı diplom işi olub. Sənətkarın məhz bu tablosu təsviri sənətdə "Sərt üslub" deyilən yeni istiqamətin ilk nümunələrindən biridir. Məhz T.Salahovun sözügedən əsərilə əmək mövzusu təsviri sənətə yol tapa bilmişdi. Rəssamın doğma diyara həsr etdiyi bir neçə əsərinin reproduksiyaları 2008–ci ildə buraxılan iki təqvimə daxil edilib. Söhbət "Köhnə Bakı", "Səhər ovu", "Nardaran qarpızları", eləcə Abşeron triptixi – "Atəşgah", "Xəzər bu gün" "Qız qalası" əsərlərindən gedir.

T.Salahovun son illərə aid işlərinə gəlincə, sənətkarın yaradıcılığında ayrıca bir dövr təşkil edən bu əsərlər onun portretlər qalereyasını daha da zənginləşdirib. Tahir Salahovun şah əsərlərindən biri müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin portretidir. İkinci əsər isə dünyaşöhrətli həmyerlimiz Mstislav Rostropoviçin monumental portretidir. Beləliklə, başqaları üçün açıq insan kimi görünən Tahir Salahovun əsərlərinin məğzini anlamamaq, ən azından, günahdır...

Artıq bir neçə ildir ki, Tahir Salahov Azərbaycan Rəssamlıq Akademiyasında bakalavrlar və magistrlər buraxılışı üzrə dövlət komissiyasına sədrlik edir. Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi üzrə Dövlət Komissiyasının, Heydər Əliyev Mükafatı Komissiyasının üzvüdür. Azərbaycan Ensiklopediyasının redaksiya heyətinə daxildir. Moskvada isə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri yanında Mədəniyyət Şurasının üzvü seçilib. Bakıda yaşadığı dövrdə isə Azərbaycan Rəssamlar İttifaqının sədri, respublika Ali Sovetinin deputatı, 1973– ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi seçilib. T.Salahov eləcə YUNESKO–nun nəzdində Millətlərarası Rəssamlar Federasiyasının vitseprezidenti, 1997–ci ildə Rusiya İncəsənət Akademiyasının vitseprezidenti seçilib. Elə buna görə , çox zaman onu "incəsənətin səlahiyyətli səfiri" adlandırırlar.
T.Salahov hamının sevib, dəyər verdiyi fırça ustası olmaqla yanaşı, bu gün doğma Azərbaycanımızı dünyaya özünəməxsus şəkildə tanıtmaqdadır. Vətəninin zəhmətkeşindən tutmuş, ziyalısına qədər əks etdirdiyi tabloların səmimiliyi gözəlliyi sayəsində dünyanın hər bir guşəsində olan sənət aşiqləri Azərbaycanı Tahir Salahovun fırçasından çıxan əsərlər ilə tanıyır sevir, necə ki, bu xalq onu sevir dəyərləndirir...

Bizə isə sadəcə olaraq bu böyük sənətkara can sağlığı və yeni–yeni rəngarəng uğurlar arzulamaq qalır.

 

Yeni Azərbaycan.- 2008.- 26 iyul.- S. 11.