Qaliboğlu E.
Həyatdan nakam getmiş
xalçaçı-rəssam Arzu Haşımova
O, qısa və
mənalı həyat yaşadı
Qarşımda həyatdan nakam getmiş,
yaradıcılıq qabiliyyətini hələ
istənilən səviyyədə aşkrlaya bilməmiş
bir rəssamın - Arzu Haşımovanın kataloqu var. Jurnal-kataloq boyunca çoxsaylı şəkilləri
əsərlərinin ardından
boylanır: qəribədir,
bu şəkillərdə
dərin nisgillə yanaşı həyata sonsuz inam da
sezilir. İnsan təəssüf ki, özünü tam ifadə edə bilmir. Heyləyəsən
ki, ölüm var. Amma gerçəkdir
ki, ölüm olmasaydı, o zaman həyatın da qaydası pozulardı. İnsanın
yerə-göyə sığmayan arzuları onun qısa ömründə gerçəkləşmək
istəyir. Di gəl ki, vaxtın
azlığını anlayan
üçün qısa
ömür müddəti
dəhşətli bir
imtahan olur. Az ömürdə yadda qalan işlər
görməyi bacaranlar
əslində hünər
göstərirlər. Az
ömürdə yaşarı
işlər görmək
əslində ölümdən
üstün olmaqdır.
Arzu cəmi
25 il (1981-2006) yaşadı.
O, yaşamaq istəyirdi!
Onun hər bir eskizində,
ilməsində yaşamaq
ehtirasının çırpıntılarını,
gerçəklikdən, taledən
ardıcıl üstün
olmaq istəyini duymaq olur.
Ötən ilin martında Vəcihə Səmədova adına sərgi salonunda Arzunun əsərlərindən
ibarət açılmış
xatirə sərgisində
çoxsaylı əsərləri
sərgiləndi. Kataloqda
təqdim oluan xatirəli şəkillər
də Arzunun insanlara, dostlarına necə doğma olduğunu əyani şəkildə sübut
edir. Arzu Bakı İncəsənət
Gimnaziyasının xalçaçılıq
sinfini bitirmişdi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
teatr-dekor ixtisası üzrə bakalavr, rəngkarlıq ixtisası
üzrə magistr pillələrini fərqlənmə
diplomu ilə bitirmişdi. 3 ildən çox Pantomim Teatrında butaforçu rəsssam olaraq çalışırdı.
Bakıda keçirilən
çoxsaylı sərgilərdə
iştirak etmişdi.
Sənətşünaslıq
doktoru Kübra Əliyeva onun ömrünü "əbədiyyət
nəğməsi" sayır:
"Arzu 2006-cı ilin baharında açılmağa macal tapmayan qızılgül qönçəsi kimi bir ayın ərzində
soldu, aramızdan çox qəfil getdi. Erkən yaşlarından incəsənətin
əzablı yollarına
qədəm qoyub rəssamlığı özünə
sənət seçən
Arzu artıq Pantomim Teatrında püxtələşmiş rəssam
kimi fəaliyyət göstərirdi. "Kölgə",
"Maska" tamaşalarında
səhnələrin bədii
tərtibatı sadə
olsa da, süjetin açılmasına
məharətlə xidmət
edirdi. Qarşıdan gələn magistr pilləsinin müdafiəsi
və bir də xəstəliyi olmasa idi, o,
"Maska" tamaşasının
butaforçu rəssamı
kimi Trabzonda keçirilən Qara dəniz dövlətlərinin
teatr festivalında iştirak edəcəkdi. Lakin təəssüf ki, acı taleyi
onun bütün arzularını heç etdi, sənətindən, bacılarından, onu tanıyan, sevən müəllimlərindən, sənət
dostlarından həmişəlik
ayırdı".
Arzunun babası Balakişi Haşımov Azərbaycanın tanınmış
zərgərlərindən idi. 1937-ci ildə Fransada keçirilən Beynəlxalq müsabiqənin
laureatı olub: "Bu səbəbdəndir ki, Haşımovlar ailəsində milli sənətlərə, o cümlədən də zərgərliyə, xalçaçılığa
xüsusi hörmət
həmişə olub.
Sonradan müəllimi Fəxrəddin
Əliyevdən xalça
sənətinin klassik
irsi, onun bədii ornamental kompozisiyalarını, sənətin
sirlərini dərindən
öyrənən Arzu
bədii layihələr
üzərində işləyərkən
milli ənənə ilə müasirliyin sintezinə daha artıq meyl edirdi".
Sənətşünas Arzunun
yaratdığı xalçaların özünəməxsus
sənətkarlıq cəhətlərindən bəhs edir:
"Arzu əyri xətlərdən yaranmış
ornamentləri xalça kompozisiyalarında tətbiq
edərək "Balalı buta", "Simurq quşu",
"Bülbül" kimi yüksək texniki və bədii
xüsusiyyətlərə malik xalçalar yaradıb. Rəssamlıq məktəbini
bitirərkən toxuduğu
xalça Azərbaycan
musiqi korifeylərindən
olan Bülbülə
həsr edilmişdi. Bu xalçada rəssam Bülbülün obrazını
miniatür sənətinə
xas olan şərti-deklorativ üslubda ustalıqla yaratmışdı. Arzunun
xalça yaradıcılığında
zərif nəbati ornamentlərdən, o cümlədən də qönçə, yarpaq və budaqlardan istifadə edilib. "Bülbül" xalçasında müğənninin
obrazında nə qədər sakitlik, təmkinlilik, rahatlıq hökm sürürsə,
onun "Balalı buta", "Simurq quşu" xalçalarının
bədii tərtibatında
istifadə edilən naxış və rəsmlərdə sonsuzluğa
doğru uçuş
effekti təsəvvürü
daha qabarıq nəzərə çarpır. Sanki hər iki xalçanın
elementləri tekstilin fonundan kənara çıxaraq səmaya doğru istiqamətlənir".
Kübra Əliyeva Arzunun Simurq
obrazının daha yeni çalarlarını belə
xarakterizə edir: "Günəşin parlaq
şüasından alovlanıb yanan Simurq sanki komozisiyanın
mərkəzində özünün son ölüm rəqsini
edir. Rəssamın hər iki xalça işində əksliklərin vəhdətindən
doğan ahəngdarlığı,
uyarlıq Arzunun yüksək professonallığına
dəlalət edir. Əksliklərin vəhdəti,
o cümlədən olum və ölüm,
cənnət və cəhənnəm, o dünya ilə bu dünya,
bunların mübarizəsindən
yaranan harmoniya Arzunun kurs və
baxış işlərində
də əksini tapıb".
Həmçinin Arzunun "Teatr-dekor"
bölümündə oxuduğu illərdə Cüzeppe
Verdinin "Traviata", Qara Qarayevin"
İldırımlı yollarla", Akutaqava Runoskenin "Kesa
və Morito", axırıncı diplom işi olan Sartrın
"İblis və Allah" tamaşalarına işlədiyi
səhnə tərtibatı bunu bir daha sübuta yetirir:
"Arzu canlı, ifadəli rənggarlıq
əsərləri ilə də seçilirdi. Onun "Ağ paltarlı qız" portreti öz romantikliyi, incə, zərif rəng keçidləri ilə xarakterikdir. Rəssamın
karandaş və kömürlə işlədiyi
portretləri, obrazların
mürəkkəb daxili
aləminin açılmasında
ifadə etdiyi ştrixlərdə özünü
göstərir".
Xalq cəbhəsi.- 2008.- 10 iyul.- S. 14.