Qaliboğlu E.
Azərbaycanda miniatür sənəti
Arif Hüseynov:
"Ölkəmizdə Beynəlxalq Miniatür
Mərkəzinin yaradılmasına ehtiyac var"
Azərbaycanda
miniatür sənətinin qədim və zəngin inkişaf
tarixi var. Bu sənətin
indi daha geniş və yaradacı səviyyədə
inkişaf etdirilməsinə
ciddi ehtiyac yaranıb. Azərbaycan Rəssamlar İttifaqının
miniatür və kitab qrafikası bölməsinin sədri, xalq rəssamı Arif Hüseynovla Azərbaycan miniatür sənətinin dünəni,
bugünü, həmçinin
çağdaş dövrdə
kitab qrafikasının
durumu barədə söhbətləşdik.
Arif Hüseynov
1943-cü ildə anadan
olub. Əzimzadə adına Rəssamlıq məktəbində təhsil
alıb. İncəsənət
İnstitutunu bitirib.
40 ildir ki, ardıcıl olaraq yaradıcılıqla məşğuldur.
Bu dövrə kimi əsasən dəzgah və kitab qrafikası ilə məşğul olub. İndiyə kimi Moskva, Praqa,
İstanbul, Tokio, Bakıda fərdi sərgiləri olub. O, yaradıcı mühitə
kifayət qədər
bələddir. Tez-tez
Arif Hüseynovu Rəssamlar İttifaqının
xəttilə təşkil
edilən tədbirlərdə
görmək olar. Rəssam Azərbaycan rəssamlığının sovet
dövrü haqqında
qənaətlərini bizimlə
belə bölüşür:
"Bizim yaradıcı
nəsil 60-cı illərin axırları,
70-ci illərin əvvəllərində
sənətə gəlib.
Bu mənada o dövrün sovet ideologiyası istər-istəməz yaradıcı sahədə
çalışan bütün
şəxslərə sirayət
etməyə bilməzdi.
Sovet dövründə
Azərbaycan rəssamının
keçmiş SSRİ-nin
bütün nöqtələrinə
getmək, yaradıcılıq
sarıdan təcrübəsini
artırmaq, daim püxtələşmək imkanı
vardı. Yaradıcılıq
enerjimiz təbiidir ki, belədə daim bir kökdə
qalırdı. Getdiyimiz
yerlərdə emalatxana
ilə təmin olunurduq, sonda da sərgi keçirilirdi.
Yaxşı əsərlər
alınırdı, digər
nüfuzlu sərgilərə
göndərilirdi. Mənim
yaradıcılıq universitetim
əslində Moskvada keçib. Praktikanı əsas sayıram. Yaradıcı əlaqələr
istər-istəməz
keçmiş SSRİ miqyasında
tanınmağımıza təkan
verirdi. Müstəqillikdən
sonrakı dönəmdə
təbii olaraq Azərbaycanda vəziyyət
çətinləşdi. Son
illər sənətin
inkişafı sarıdan
irəliləyişlər hiss
olunmaqdadır. Amma gənclərin inkişafı
sarıdan mənəvi
təkanlara daha çox ehtiyac var. Belə təkanlar ardıcıl xarakter almalıdır. Düzdür, Gənclər
və İdman Nazirliyi gənclərlə
bağlı forumlar keçirir, lakin gənclərin yaradıcı
imkanlarının aşkarlanması
üçün daha yaxşı ideyalar düşünülməli və
gerçəkləşdirilməlidir".
Rəssam bu gün gənc rəssamların həvəsləndirilməsinin
bir yolunu onların əsərlərinin
ardıcıl şəkildə
alınmasında, muzeylərdə
sərgilənməsində görür: "Sovet dövründə gənc
rəssamlar ardıcıl
olaraq keçirilən
sərgilərdə iştirak
edirdilər. Mədəniyyət
Nazirliyi sərgidən
sonra bu əsərləri alırdı,
muzeylərə verirdi.
O dövrdə alınan
işlər indi də İncəsənət
Muzeyinin fondunu təşkil edir. Amma indi cavan
rəssamların iişlərini
alan yoxdur ki, sabaha qalsın,
habelə muzylərdə
sərgilənsin. İndi
bu cavanların hansı zirəkdirsə, onların əsərləri
satılır. Yəni
ildə bir və ya bir
neçə dəfə
sərgi olsa, bu əsərlərin də satışı keçirilər. Bu yaxınlarda Azərbaycan Xalq Cümhuriyyətinin 90
illiyi qeyd edildi. Rəssamlar İttifaqının bu mövzuda sərgiləri həyata keçirməsi
üçün vəsaiti
gərəkdir. Bu tipli böyük sərgilərin gerçəkləşdirilməsi
bir neçə cəhətdən yaxşı
olardı. Gənc rəsssamlar Azərbaycan tarixinin əlamətdar dövrlərinə aid tarixi əsərlər yaradardılar. Rəssamlıqda
tarixi mövzuda əsərlərin yaradılması
ənənəsi qədimdir
və çox gərəklidir. Müstəqilliyimizdən
ötən dövrdə
təəssüf ki, hələ tarixi mövzuda əsərlərin
sərgisi olmayıb. İntibah dövründə
yaradılan əsərlər
həmin o qiymətli inciləri yaradanların öz maddi imkanlarıyla gerçəkləşməyib. Məhz bu mövzuda əsərlərin ortaya qoyulması üçün
maliyyə ayrılması
yeni-yeni həmişəyaşar
əsərlərin meydana
çıxmasına səbəb
olardı. Tutalım, yazıçının yaradıcılıq
prosesini sürətləndirmək
üçün əsasən
kompüter problemi olursa, rəssamların işi bir az
çox çətindir.
Rəssam geniş müşahidəçilikdən savayı həm də müxtəlif yaradıcılıq vasitələrinə,
texniki imkanlara malik olmalıdır. Bu gün dediyim
yöndə əsərlər
az da olsa,
yaranır. Amma bu sahədə sistemlilik gərəkdir. Haradasa, bir ildir
Mədəniyyət və
Turizm Nazirliyi rəsssamlardan iş almayıb. Düzdür, hansısa qonağa bağışlanmaq üçün
əsər alınır,
amma sistemli xarakter kəsb edən xətt üzrə inkişaf olmalıdır. Gərək
milli bir ideya ətrafında rəssaslara mövzu verilsin, onlar da işləsinlər. Yaxşılarını seçək,
həmin işlərə
pul verilsin və muzeylərdə sərgilənsin. Azərbaycan
sənətini xaricdə
bu gün görəsən, necə
təmsil edirik? Nə qədər xaricdə köhnə işlər nümayiş
etdiriləcək? Yeniləri
yaranmalı və dünyaya təqdim olunmalıdır. Bu yolla da yeni
istedadlar üzə çıxacaq".
Sənət daim əlvanlığı sevir.
Rəssamlıqda ayrıca
bir özünəməxsus
xətt olan miniatür sənəti tarixən zəngin ənənələrə malik
olub, bu gün də onun yeni-yeni inkişaf yönləri yaranmaqdadır. Rəssam deyir: "20-ci yüzilin
30-cu illərinə kimi
Qəzənfər Xalıqov,
Salam Salamzadə kimi rəssamlar miniatür sahəsində
əsərlər yaratmışdılar.
Amma 30-cu illərin ikinci yarısından sonra sosializm realizminin qabarması, bu mövzuda əsərlərin yaradılması
üçün hətta
inzibati metodlardan istifadə edildi. Dəhşətli 37-c il buna gözəl sübutdur. Uzun müddət bu sahədə xüsusi əsərlər yaradılmadı".
Arif Hüseynov xüsusən son illərdə Azərbaycanda
miniatür sahəsində
inkişafın olduğunu
bildirir: "Hazırda
Azərbaycanda muğam
sənəti, eləcə
də xalçaçılığın
inkişafına dövlət
səviyyəsində təkan
var. Fikirləşirəm
ki, etnos mədəniyyətimizin inkişafında
miniatür sənətinin
inkişafı məsələsi
də ciddi şəkildə nəzərə
alınmalıdır. Tarixən
zəngin ənənələrə
malik Təbriz miniatür məktəbi olub. Muğamı,
xalçanı və
miniatür sənətini
Azərbaycan mədəniyyətinin
kökləri saymaq olar. Hazırda Rəssamlıq Akademiyasında
dərs deyirəm. Arzu edirəm ki, bu akademiyada
miniatür bölməsi
olsun. Həmçinin
də Rəssamlıq
Kollecində bu yöndə bölmə olmalıdır. Tələbə
əvvəlcə miniatür
sənətinin inkişaf
tarixini geniş şəkildə öyrənməli,
sonra isə bu mövzuda əsərlər yaradılmalıdır.
Bu gün qloballaşma dalğası
sənətə də
xeyli sirayət edib. Bu mənada
sənətdə qloballaşmanın
qarşısının saxlanılmasında
hesab edirəm ki, miniatür sənətindən xeyli bəhrələnə bilərik.
Məsələn, indi
demək olar, hamı qalstuk taxır, maşın sürür və s. Amerikada da,
Yaponiyada da, Rusiyada da belədir.
Ancaq sənət millətimizin özünəməxsuluğunu
saxlayır, musiqi mili ruhumuzu qoruyur.
Azərbaycan Miniatür
Mərkəzinin açılması
bu mənada Azərbaycan mədəniyyətinin
dünyada tanıdılması
yönündə yeni
bir mərhələ olardı. Əlyazmalar İnstitutunda, Nizami muzeyində, İncəsənət
muzeyində çoxlu
miniatürlər, əlyazmalar
var. Dediyim beynəlxalq Miniaür Mərkəzi yaradılsa,
həmin işlər daim sərgilənər, həmin mərkəzdə
miniatür sənəti
ilə bağlı tədbirlər keçirilər,
yaradıcı əlaqələr
genişlənər".
Rəssam bildirir ki, hazıra bu sahədə Rafiz İsmayılov, Altay Hacıyev, Hüsrət Hacıyev, Orxan Hüseynov ciddi çalışırlar:
"Payızda sərgi
açmaq istəyirik.
Arzum odur ki, müasir Azərbaycan təsviri sənətini millilik zəminində inkişaf etdirək". Hazırda Arif Hüseynovun Rəssamlar İttifaqında
rəhbərlik etdiyi bölmənin onlarla üzvü var. Kitab qrafikası ilə bağlı danışan rəssam deyir ki, adətən
dərsliklərin üz
qabığının dizaynı,
həmçinin içərisindəki
müxtəlif mövzulu
şəkillər qeyri-peşəkar hazırlanır:
"Kitablardakı müxtəlif
mövzulara aid obrazların milliliyi ifadə etmədiyinə də rast gəlmək
olur. Şagird dərslikdəki obrazın
simasında haradasa öz dostunu görməlidir. Nə qədər məzmunsuz şəkillər olar? Bu sahədə peşəkar rəssamlar olmalıdır. Bir özəl nəşriyyat
ittifaqa gəlib demir ki, bizə
kitab işini bilən peşəkar rəssam lazımdır. Sovet dövründə isə hər nəşriyyatda baş rəssam vardı. Uşaq kitabları gərək böyük zövqlə buraxılsın.
Bu mənada rusların uşaqlar üçün buraxdıqları
kitabların keyfiyyəti
yüksəkdir. Gərək
hər bir kitab uşaqların mental düşüncəsinin
inkişafında iz qoysun, təsirini göstərsin".
Xalq qəbhəsi.- 2008.- 1 iyul.- S. 14.