Rəssamlamızın əsərləri "100 ən yaxşı karikatura" arasında

 

Azərbaycan karikaturaçılarının əsərləri Fransada keçirilən Beynəlxalq Karikatura Bennalisində "100 ən yaxşı karitkatura" kataloquna daxil edilib. Bu barədə APA-ya Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri, karikaturaçı rəssam Bayram Hacızadə məlumat vefib. Həmin bennalidə iştirak edən karikaturaçıalr Elman Mirzəyev və Bayram Hacızadənin əsərləri 2000 karikatura arasından seçilərək 100 karitkatura əsərindən ibarət hazırlanan kataloqa daxil ediləcək. Bununla bərabər, Azərbaycan karikaturaçılarının əsərləri Avstriyada da keçirilən beynəlxalq karikatura müsabiqəsində seçilmiş ən yaxşı əsərlər sırasına daxil edilib. Bu il ərzində isə yerli karikaturaçılarımız İspaniya, Almaniya, Argentina, Braziliya və Türkiyədə keçiriləcək beynəlxalq müsabiqələrdə iştirak edəcəklər.

 

Xalq cəbhəsi.- 2008.- 2 iyul.- S. 13.