Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş markalar İndoneziyanın rəsmi şəxslərinə göndərilmişdir

 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi ilə bağlı Azərbaycanın İndoneziyadakı səfirliyi tərəfindən buraxılmış markalar bu ölkənin Prezidentinə, nazirlərinə, siyasi ictimai xadimlərinə, təhsil, elm KİV nümayəndələrinə göndərilmişdir.
Səfirlikdən verilən məlumata görə, “Cakarta Postqəzetinin 2008-ci il 30 iyun nömrəsində marka barədə məlumat dərc olunmuşdur. Yazıda ümummilli lider Heydər Əliyevin həyat fəaliyyətindən bəhs edilmiş, onun müstəqil Azərbaycana Prezidentliyi dövründə ölkəni vətəndaş qarşıdurmasından, parçalanmasından xilas etməsi, müstəqilliyin qorunub saxlanmasında əvəzsiz xidmətləri önə çəkilmişdir.


Xalq qəzeti.- 2008.- 2 iyul.- S. 4.