Azər­bay­can film­lə­ri Asi­ya Pa­ci­fic Scre­en Awards fes­ti­va­lın­da

 

Fes­ti­val­da dün­ya ki­no re­gio­nu­nun üç­də bir his­sə­si­nin 70-dən çox öl­kə­sin­dən olan film­lər mü­ka­fat­lan­dı­rı­la­caq

 

"Na­ri­man­film" ki­no­şir­kə­ti­nin mət­bu­at xid­mə­tin­dən al­dı­ğı­mız mə­lu­ma­ta əsa­sən, Cə­nu­bi Qaf­qaz Ki­no Xa­dim­lə­ri As­so­sia­si­ya­sı (İFA-SC) Asi­ya Pa­ci­fic Scre­en Awards Bey­nəl­xalq Ki­nop­ro­dü­ser­lər As­so­sia­si­ya­lar Fe­de­ra­si­ya­sı (Fİ­APF) ilə bir­gə ke­çir­di­yi Asi­ya Pa­ci­fic Scre­en Awards Fes­ti­va­lın­da iş­ti­rak üçün Azər­bay­can film­lə­ri­nin qə­bu­lu­nu elan edir.

Ar­tıq iki il­dir ki, İFA-SC Asi­ya Pa­ci­fic Scre­en Award­sla bu sa­hə­də əmək­daş­lıq edir. Asi­ya Pa­ci­fic Scre­en Awards Fİ­APF-ın dəs­tə­yi ilə dün­ya ki­no re­gio­nu­nun üç­də bir his­sə­si­nin 70-dən çox öl­kə­sin­dən olan film­lə­ri mü­ka­fat­lan­dı­ra­caq­dır.

İFA-SC 4 ka­te­qo­ri­ya (bə­dii film, tam­met­raj­lı ciz­gi fil­mi, tam­met­raj­lı sə­nəd­li film, tam­met­raj­lı uşaq fil­mi) üz­rə se­çim apa­ra­caq­dır. Film­lər bu il av­qus­tun 15-dək qə­bul edi­lə­cək­dir. Se­çil­miş film­lər sent­yab­rın 1-dək Asi­ya Pa­ci­fic Scre­en Award­sa (fes­ti­va­la) təq­dim edi­lə­cək­dir. Fes­ti­va­lın no­mi­nant­la­rı no­mi­na­si­ya­lar üz­rə Müs­tə­qil Şu­ra tə­rə­fin­dən se­çi­lə­cək­dir. Şu­ra film sa­hə­si­nin eks­pert­lə­rin­dən, di­rek­tor­lar­dan, fes­ti­val təş­ki­lat­çı­la­rı, ki­no tən­qid­çi­lə­ri Asi­ya-Sa­kit Oke­an aka­de­mik­lə­rin­dən ibarətdir.

Bü­tün ka­te­qo­ri­ya­lar üz­rə no­mi­nant­lar mü­ka­fat­lan­dır­ma mə­ra­si­min­dən bir ay əv­vəl elan olu­na­caq­dır. Mü­ka­fat­lan­dır­ma 10 no­mi­na­si­ya (Æury Grand Pri­ze, ən yax­şı bə­dii, ciz­gi, sə­nəd­li, uşaq film­lə­ri, ən yax­şı ki­şi ro­lu, qa­dın ro­lu, ən yax­şı re­jis­sor işi ki­ne­ma­toq­ra­fi­ya­da nai­liy­yət­lər) üz­rə ke­çi­ri­lə­cək­dir.

Ki­ne­ma­toq­ra­fi­ya­da nai­liy­yət­lə­rə gö­rə iki mü­ka­fat - fil­min kö­mə­yi ilə mə­də­ni müx­tə­lif­li­yin sax­la­nıl­ma­sı irə­li­lə­yi­şi­nə gö­rə YU­NES­KO mü­ka­fa­tı, Asi­ya Sa­kit Oke­an re­gio­nu­nun ki­ne­ma­toq­ra­fi­ya­da nai­liy­yət­lə­ri­nə gö­rə isə Fİ­APF mü­ka­fa­tı nə­zər­də tu­tul­muş­dur.

Asi­ya Pa­ci­fic Scre­en Award­sın mü­ka­fat­lan­dır­ma mə­ra­si­mi no­yab­rın 11-də Avs­tra­li­ya­da Qı­zıl Sa­hil­də ke­çi­ri­lə­cək­dir.

 

Səs.- 2008.- 16 iyul.- S. 12