Azərbaycan kinosuna dövlət qayğısı günü-gündən artır
Rafiq
Əzimov: Milli filmlərin çəkilişi
üçün dövlət
büdcəsindən lazımi
vəsait ayrılır.
Filmdə dünya ölkələrinin - Makedoniyanın, Fransanın, Portuqaliyanın, Almaniyanın və digər
dövlətlərin aktyorları rol almışlar
Respublikanın xalq artisti,
Prezident təqaüdçüsü, teatr
və kino aktyoru Rafiq Əzimov Azərbaycan sənətinin inkişafında rolu olan
simalardan biridir. Onun yaradıcılıq potensialı kifayət qədər olduğundan aktyor Azərbaycan səhnəsində müxtəlif kişi
obrazlarının yaradıcısına çevrilmişdir.
Rafiq Əzimovun sənət aləmindəki
fəaliyyəti hər
zaman uğurla qarşılanmış, müasir dövrümüzdə də aktyorun sənətkarlıq
xüsusiyyətlərinə
diqqət artmaqdadır. O, hazırda
yaradıcılıq fəaliyyətini davam etdirir
və bir çox yaddaqalan obrazları ilə sənətsevərlərin görüşünə gəlir. Rafiq Əzimovun istər
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, istərsə də yeni çəkilən filmlərdə gənclik illərində
olduğu kimi böyük məsuliyyətlə çalışır, xarakterlərin açılmasına
cəhd göstərir. Bildiyimiz
kimi, Rafiq Əzimov təkcə Azərbaycanda istehsal olunan filmlərdə deyil, eyni zamanda, dünya ölkələrində çəkilən kinofilmlərə dəvət alır. Sənətkar bir
neçə filminin artıq
çəkilişlərini sona
yetirib. Rafiq Əzimovun Azərbaycan və və xarici rejissorların istehsal etdiyi filmlərdəki çıxışlarla bağlı aktyora müraciət etdik: "Məlumdur ki, Azərbaycanın tarixi ilə əlaqədar olan
"Cavad Xan" filminin çəkilişləri sona yetmişdir.
Filmin ssenari müəllifi Sabir Rüstəmxanlı,
rejissoru Rövşən Almuradlıdır. "Cavad Xan"da əsas rolu
- Cavad Xanı respublikanın xalq artisti
Nurəddin Mehdixanlı yaratmışdır. Mən isə o filmdə
Cavad Xanın mirzəsi rolunda çəkilmişəm. Filmin çəkilişləri Şəki, Zaqatala, Gəncə və digər
rayonlarda aparılmışdır. İki hissəli
film Cavad Xanın həyatı və
fəaliyyəti ilə
sıx bağlıdır. Bununla yanaşı, mən alman rejissoru Xenner Faytın
çəkdiyi
"Absurdissan" ("Susuzluqda
məhəbbət") filmində baş rollardan birinə çəkilmişəm. Həmin filmin
təqdimatı Azərbaycanda iyul ayının 11-də keçiriləcəkdir. Bu film
deyərdim ki, mənim yaradıcılığımda əlamətdardır. Çünki
filmdə dünya ölkələrinin - Makedoniya, Fransa, Portuqaliya, Almaniya və digər dövlətlərin aktyorları rol almışlar. Başqa ölkələrlə müqayisədə azərbaycanlı aktyorlar bu filmə
daha çox dəvət almışlar. Belə
ki, Kazım
Abdullayev, Elxan Quliyev, Mübariz Əlixanlı,
Nurəddin Mehdixanlı, Mətanət Atakişiyeva,
Ədalət Ziyadxanov və başqaları filmə çəkilmişlər. Filmin çəkilişləri Azərbaycanda
da aparılmışdır. Rejissor Lahıcda və Şəkidə çəkilişlərini davam etdirmişdir.
Bu filmin artıq xarici
dövlətlərdə təqdimatı keçirilmiş,
Amerikada xüsusi mükafata layiq görülmüşdür. Hazırda
film Moskva şəhərində nümayiş
olunur. Bu günlərdə Azərbaycanda təqdimatının
keçirilməsi nəzərdə tutulan filmin tamaşaçılar tərəfindən uğur
qazanacağına şübhə etmirəm.
Onu da deyim
ki, film Mingəçevirdə, Gəncədə, Lahıcda
və Azərbaycanın digər bölgələrində nümayiş
olunacaq. Onu da vurğulayım ki, belə geniş bir tərkibdə filmdə
dünya miqyasında aktyor
ansamblının çıxışı ilk dəfədir. Film internet
saytına yerləşdirilib və onun yaradıcı heyəti haqqında ayrı-ayrılıqda geniş məlumat verilmişdir. Məqsəd aktyor axtarışında olan rejissorlara
şərait yaratmaqdır. Bu yaxınlarda İran-Azərbaycan rejissorlarının birgə
istehsalı olan "40-cı qapı" filmində də çəkilmişəm. Bu filmdə
Sabir rolu mənə həvalə
olunmuşdu. Qəhrəman papaqçıdır. Uşaqların həyatından bəhs edən
filmin montajı və səsləndirilməsi üzərində işlər gedir. Yəqin ki,
yaxın bir zamanda respublikamızda təqdimatı keçiriləcəkdir. Azərbaycan kinosu inkişaf mərhələsini yaşayır. Kinomuza dövlət qayğısı günü-gündən artır.
Milli filmlərin çəkilişi üçün
dövlət büdcəsindən lazımi vəsait ayrılır. Bunun müqabilində çəkilən filmdər
dünya standartları səviyyəsində olmalıdır
Səs.- 2008.- 1 iyul.- S. 12.