Bədii filmlərimizin fotoşəkillərinin elektron versiyası hazırlab

 

Dövlət Film Fondunun təşəbbüsü ilə Azərbaycan filmlərinin fotoşəkillərinin elektron versiyası hazırlanıb. Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev elektron versiyasının təqdimatının payızda keçiriləcəyini bildirib: "Elektron versiyada 110 il ərzində Azərbaycənda cəkilmiş 252 bədii filmdən 5628 foto yerləsdirilib". Onun sözlərinə görə, bu elektron format Azərbaycan filmlərinin fotolarının uzun illər xalqımıza xidmət etməsinə və uzun illər qorunub saxlanmağına imkan yaradacaq. Qeyd edək ki, bu elektron versiyada yer alan fotoların əksəriyyəti yenidən bərpa olunub.

 

Zaman.- 2008.- 17-18 iyul.- S. 9.