"El yolunda... Aşıq Sakir"...

 

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində "El yolunda...Aşıq Şakir" sənədli televiziya filminin istehsalına yekun vurulub. Film adından da göründüyü kimi, Şirvan aşıq məktəbinin tanınmış nümayəndəsi Aşıq Şakir Hacıyevin həyat və yaradıcılığına həsr olunub.

Qeyd edək ki, Aşıq Şakir rəngarəng mahnı yaradıcılığı və xoş avazı ilə yaddaşlara həkk olub. Onun söylədiyi dastanlar, ifa etdiyi "Şirvan şikəstəsi", "Sarıtorpaq şikəstə" qeyri-adiliyi ilə fərqlənib. Bu fərqlilik də sonrakı nəsil ifaçıları üçün örnəyə çevrilib. Bundan başqa, muğam sənətilə aşıq yaradıcılığı arasında vəhdət yaradan Aşıq Şakir Hacıyev yaradıcılığı dövrünün sənətkarları tərəfindən hər zaman yüksək dəyərləndirilib. Bu günlərdə televiziya tamaşaçılarına təqdim olunacaq ekran işinin ssenari müəllifi Eldar İsgəndərzadə, quruluşçu rejissoru Vasif Məmmədzadə, quruluşçu operatoru isə Mahir Cahangirovdur.

 

Yeni Azərbaycan.- 2008.- 10 iyul.- S. 8.