"Ave Mariya" təqdim olundu
Dünən
Muğam Teatrında Arif Qazıyevin rəhbərliyi ilə
klassik janrda mahnılar ifa edən Lətifə
Bəndəliyevanın yeni klipinin təqdimatı
keçirildi. "Ave Mariya" adlı bu klipin rejissoru
Fuad Əlişov, prodüseri Sevinc Əlişova, aranjemançısı
Yaşar Baxışdır.
Çox maraqlı süjet xətti olan klipin araya-ərsəyə gəlməsi
barədə klipmeykerlə
söhbət etdik:
"Çoxdan idi həmişə aktual olan dinlərarası münaqişə mövzusu
məni düşündürürdü. Ümumiyyətlə,
bu məsələ həmişə mənim üçün maraqlı
olub. Nəhayət, Lətifə xanım bu mahnını mənə təqdim edəndə bildim ki, bu mənim
axtardığım bir
musiqidir və mövzu barədə düşüncələrimi bu
klip vasitəsilə tamaşaçılara çatdıra
bilərəm". Klipdə
2 ayrı dinə mənsub olan gəncin bir-birini sevməsi, lakin valideynlərin onların bu sevgisinə qarşı çıxması
göstərilir. Səbəb
isə oğlanın müsəlman, qızın
xristian olmasıdır:
"Mariya" xristianlarda
anaya aid olan bir duadır.
Klipin sonunda qız bu duanı
oxuyaraq deyir: "Həzrəti-Məryəm,
biz günahkar bəndələrinə dua
et". F.Əlişov
bu ekran işinin 1 günə çəkildiyini, eyni zamanda izləyicilərdə
maraq oyadacağına
əmin olduğunu bildirdi. Lətifə xanımı ilk təqdimat günündə
media nümayəndələri
ilə yanaşı, bir sıra sənət
və elm adamları da təbrikə gəlmişdilər.
Onlar klipə baxandan sonra öz ürək sözlərini söyləyərək
klipdən və mahnıdan razı qaldıqlarını bildirdilər.
Onu da qeyd
etdilər ki, mənasız, zövqsüz
musiqilərin baş alıb getdiyi bu dövrdə belə düşündürücü
əsərlərə çox
ehtiyac var.
Həftə içi.- 2008.- 18 iyul.- S. 8.