İbrahimova S.
Azərbaycanda teatrlar direktorların adı ilə tanınır
Rövşən Almuradlının fikrincə,
özünə hörmət
edən reyissor dəyərsiz əsər
çəkməz
Azərbaycanda son illər çəkilən
filmlərdən bir neçəsi tanınmış
reyissor Rövşən
Almuradlının payına
düşür. Hazırda
o, ölkədə kifayət qədər maraq doğuran, ssenarisi Sabir Rüstəmxanlıya məxsus
"Cavad xan" filmi üzərində çalışır. "Hücum", "Yük"
bədii filmlərinə,
"Yaz yuxusunun işığı", "Bəsdir,
ağlama" film dastanlarına və 20-yə qədər sənədli filmə ekran həyatı verən R.Almuradlı
1991-ci ildə "Hücum"
filmiylə Kiyevdə,
1996-cı ildə isə "Yük" filmi ilə Berlin festivalında Azərbaycanı təmsil
edib. Reyissor
"Kaspi"yə həm artıq istehsalı başa çatan "Cavad xan" filmi, həm də Azərbaycanın müasir
kino və teatr sahəsindəki vəziyyətindən danışdı:
- "Cavad xan" filmi 2006-cı ildə istehsalata buraxıldı, 2007-ci ildə
isə çəkilişə
başlanıldı. Çəkilişlər
Zaqatala, Gəncə və Şəkidə aparılıb. Biz çəkiliş dövrünü
tamamilə bitirmişik,
montay da bitib. Sözlərin dəqiqləşdirilməsi, səsləndirilməsi
işi qalıb. Səsləndirilmə Moskvada
olacaq. Ondan sonra isə filmin etalon surəti
çıxarılmalıdır. Çəkiliş dövründən
narazıçılığım yoxdur. Film Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə "Bizim kino" prodüser mərkəzində çəkilib.
Kino elə sahədir ki, bir adamın deyil, böyük yaradıcı kollektivin işidir. Rəssamlar, operatorlar, reyissor köməkçiləri, redaktorlar
və b. işçilər burada çalışır. Bu
dövrləri artıq
keçmişik. Hazırda
"Cavad xan" filminin tamamlanma işləri gedir.
- Çəkiliş
və sonrakı proseslərdə müasir
texnikanın olmaması
problemi yarandı?
- İnqmard Berqmandın gözəl sözü var: "Filmi insan çəkir, insanlarla birgə çəkir və insanlar üçün çəkir. İnsan amili öndədir. Film hər bir
yaradıcı insanın,
reyissorundur. Düzdür,
son zamanlar telekanallarda yayımlanan reklamlarda görürük
ki, müəllif hüquqları pozulur. Tutaq ki, məsələn,
reklam olunur ki, Cəlil Məmmədquluzadənin "Ölülər"
tamaşası təqdim
olunacaq. Axı Cəlil Məmmədquluzadənin
tamaşası olmur, onun əsəri var. Tamaşa reyissorundur. "Anna Karenina" üç dəfə çəkilib.
Tolstoyun "Hərb və Sülh" əsəri ruslarla yanaşı, Hollivudda da ekranlaşdırılıb.
İnsanlara, yaşadığımız
cəmiyyətə bu
yanaşma var. "Cavad xan"dan isə danışmaq
hələ tezdir. Bu filmin çəkiliş
prosesindən film özü ortaya çıxandan sonra danışacağam. Müasir
Azərbaycan film palitrasını açsaq,
bu məsələyə
müxtəlif yanaşmalar
var. Bu da
təbiidir. Texnikaya gəlincə, təbii ki, Azərbaycanda bu iş çox
zəifdir. Gəlin Baltikyanı ölkələri
götürək. Onların
imkanları var, amma texniki avadanlıq
almırlar. Çünki
kirayədən istifadə
edirlər. Tutaq ki, o bahalıqda
texnikanı alıb istifadə etdikdən sonra ən azı
50 film çəkilməlidir
ki, onun pulunu çıxarasan. Yəni pul boş
yerə gedir. Bundansa texniki avadanlığı icarəyə
götürmək sərfəlidir.
Biz İrandan kameralar və başqa texniki avadanlıqları götürürük.
- Hazırda xarici təcrübədən
istifadə etməklə
filmlərdə səsin
birbaşa yazılması
prosesini Azərbaycanda
da tətbiq etmək istəyirlər.
- Bu, mümkün
olan bir şey deyil. Daha doğrusu, bu təcrübəni filmin müəyyən səhnələrində
etmək olar. Belə olsa, quşun, ağacın, ətrafdakı
uşaqların hamısının
səsi filmə çıxacaq. Mikrofon ultrasəsləri
qəbul edir. Eləcə də aktyorun danışığından çox
onun fəaliyyətinə
fikir verilir. Ola bilər ki,
aktyorun səsi cırdı. Belə olan
halda onu başqa aktyorun səsi ilə əvəz edirlər.
Yəni aktyorun səsinə fikir vermədən onu kinoya çəkirlər.
Burda səsin bir təsir vasitəsi olmur. Ona görə də
deyirəm ki, bu təcrübənin yayılması kimi fikirlər real olan şey deyil. Bunsuz da keçinmək olur. Çox sevinirəm ki,
3 ildə dövlət
sifarişi əsasında
bir neçə film çəkilib. Prodüser
mərkəzlərində də
film çəkilişləri
gedir. Gələn il yeddi film
istehsalata buraxılmalıdır.
İldən-ilə filmlərin sayı artır, əsas budur.
- Son ildə çəkilən
filmlərin mövzularına
münasibətiniz necədir?
- Məsələyə iki cür yanaşma var. Mədəniyyət və Turizm Nazirliyinin şurası var və bu
şura ssenarini qəbul edir, həmin ssenari ekran həyatını tapır. Elə də ola bilər
ki, yaradıcı insan özü materialı məqbul sayırsa, onda həmin film çəkilir. Həm də bədii şurada profesionallar otururlar və işə daha diqqətlə yanaşırlar.
Özünə hörmət
edən reyissor dəyərsiz əsər
çəkməz. Kimsə
hansısa marağa görə belə hallara yol verirsə,
bu onun öz
günahıdır.
- Tutaq ki, Kann festivalına
film göndərmək
fikrinə düşdük.
O zaman necə film çəkilməlidir
ki, Azərbaycanı təmsil edə bilsin? Hazır məhsulların heç biri şərtlərə
cavab vermir.
- Çox qəribədir ki, istər musiqi, istərsə də kino festivallarından
danışarkən, hamısı
zirvəni fəth edib, qələbə çalmaq istəyir. Mən də
- Mədəniyyət
və İncəsənət
Universitetində kino və teatr sənətini
əvvəlkitək inkişaf
etdirəcək kadrları
görürsünüz?
- İncəsənət İnstitutunda
əvvəllər Ədil
İsgəndərov, Mehdi
Məmmədov, Rza Təhmasib müəllim idi, onlar dillər
bilirdilər, savadlı
idilər. Həmçinin
də Tofiq Kazımovun adını çəkə bilərəm.
İndi bu institutda kimlər dərs deyir? Reyissor da birdən-birə yetişmir. Birinin yetişməsi üçün 20-30 il vaxt lazımdır. İndi belə müəllimlər yoxdur.
Sözsüz ki, problem təkcə müəllimlərdə deyil.
Amma Azərbaycan teatrının sütunlarından
biri təhsildirsə,
o bizdə indi yoxdur. Teatr
dünyada bütün
incəsənət axarlarının
başlanğıcıdır. Teatrda rəssamlıq, rəngkarlıq, musiqi, ədəbiyyat, aktyor, reyissura var. Sanki böyük bir laboratoriyadır, hamısı
burda yoxlanılır,
sonra istehsalata buraxılır. Əgər
başlanğıcda on
illiyi əhatə edəcək axın öz əksini tapacaqsa, o zaman
inkişaf olur. Əgər tapmırsa, bu, sənət axınını dayandırır.
Teatr bütün incəsənətin kökü
olan laboratoriyadır. Kinonun, televiziyanın kadrları da ordan gəlir. Teatrların özündə
bir təəssübkeşlik
var. Dünyanın heç bir yerində direktorun adı ilə teatrı tanımırlar.
Azərbaycanda isə teatrlar direktorların adı ilə tanınır. Yaradıcı,
əsl lider olan və truppanı
formalaşdıran, onu
yönəldən insanların
əl-qolunu zəncirləyib, yalnız
pul saymağı bacarana təşkilati işi tapşırırlar.
Nə qədər mənim üçün sevimli olsa da, deməliyəm
ki, teatrda işləmək ən ağır işdir. Çünki sən həm truppadan, həm də inzibati heyətdən asılısan. Ümumiyyətlə,
bizdə çox gərgin vəziyyət yaranıb.
- "Cavad xan"dan sonra
böyük ekran əsəri yaratmağı
düşünürsünüz?
- Təbii ki, nəzərdə tutmuşam.
İşlədiym layihələr
var. Amma bu haqda danışmaq
hələ tezdir. Öncə diqqətdə
"Cavad xan"dır. Bu filmlə
bərk məşğul
olduğumuzdan başqa
heç bir işə vaxt ayırmırıq. Bizim məqsədimiz o deyildi ki, filmi
çəkib təhvil
verək. Əsas odur ki, düşündüklərimizi,
çatdırmaq istədiklərimizi
göstərə bilək.
Düşünürəm ki, buna nail
oluruq. Bir şey ki, sabah
Azərbaycan tamaşaçısı
tərəfindən qəbul
olunmayacaq, o nəyə lazımdır?
Nəzərdə tutulub
ki, film Türkiyə və ABŞ-da da nümayiş olunsun.
Kaspi.- 2008.- 8 iyul.- S. 11.