Sadıqov P.

 

110 yaşlı Azərbaycan Kinosu: tarixin retrospektivi və perspektivə

 

1885-ci ildə Fransada Ogüst və Lui Lümyer qardaşlarının yaratdığı kino ümumbəşər mədəniyyətinin tezliklə ən böyük təqdimat vasitəsinə çevrildi. Qısa zamanda kino bütün dünyaya yayıldı. Kinonun bir ciddi sənət kimi inkişafında teatr, musiqi, ədəbiyyat, rəssam işi digər incəsənət janrla, eləcə texnoloji yeniliklər mühüm rol oynamışdı. Kinonun təbliğatı isə televiziya vasitəsilə daha mükəmməl quruldu. Məhz televiziyada kino erasının başlanmasından təbii ki, televiziya sürətlə inkişaf edəndən sonra ən ucqar rayonlarda belə, böyük zəhmətlə ərsəyə gətirilmiş, saysız kinofilmlər maraqla izlənilməyə başladı. bu gün televiziyaların efirindəki boşluqları doldurmaq naminə deyil, əsl sənətin ekranda nümayişi naminə kino televiziyanın aylmaz hissəsinə çevrildi.

Azərbaycanda da kino sənətinin yaranması, yüksəlişi, zirvə təəssüf ki, enmə mərhələləri olub. bugünkü kinomuz artıq yenidən dirçəliş dövrü keçirir, bir dəfə adladığı maneələri növbəti dəfə aşır.

Milli kinomuzun yaranması Avropadakından heç uzun müddət gec baş verməyib. Bu işdə kino tariximizə öz adını əbədi həkk etmiş Mişonun müstəsna rolu olub. Onun 1898-ci ildə nümayiş olunan qısametrajlı ekran işləri milli kinomuzun başlanğıc mərhələsini təşkil edir. Bunlar primitiv filmlər olsa da, fakt budur ki, Azərbaycan kinosu dünyada kinonun yaranmasından cəmi bir neçə il sonra təşəkkül tapıb. Bu hadisə barədə "Kaspi" qəzetində elan məlumat verilib. Kino-süjetlər "Canlı fotoşəkillər kolleksiyası" adı altında 1900- ildə Parisdə Ümumdünya Sərgisində nümayiş etdirilərək uğur qazanıb. Bundan başqa bir neçə xronikal süjetlər sərgidə nümayiş olunub. Sonra həmin kino-süjetler Paris kinoarxivinə verilib bu günə kimi saxlanmaqdadır.

1915-ci ilə qədər "Bakı camaatının həyatı", "Bakı bazarlarının tipləri", "Daş kömür daşınması", "Balaxanı" başqa bədii-sənədli qısametraj filmlər çəkilib. 1915-ci ildə neft sənayeçilərinin pulu ilə İ.Musabəyovun "Neft milyonlar səltənətində" əsəri əsasında eyniadlı ilk tammetrajlı Azərbaycan filminin çəkilişləri başlayıb. Peyzaj epizodları Bakıda çəkilsə , pavilyon çəkilişləri Tiflisdə aparılıb. Filmdə məşhur aktyor Hüseyn Ərəblinski kinoda ilk son rolunu oynayıb.

1916- ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk kinokomediyamız çəkilir. Filmdə titrlər Azərbaycan dilindədir. Bu ekran işi ilk dəfə Bakıdakı "Forum" kinoteatrında nümayiş etdirilib. Filmin keyfiyyəti çox aşağı olduğu üçün Ü.Hacıbəyovun təkidiylə bəzi yararsız epizodlar çıxarılıb, yenidən dörd hissəli film kimi nümayiş etdirilib. Filmin hər bir hissəsinin xüsusi adı vardı: 1950-ci illərdə nisbətən durğunluq müşahidə olunan Azərbaycan kino sənəti 60- illərdən etibarən yüksəliş mərhələsinə qədəm qoydu. Xüsusən 1960-70-ci illər ərzində milli kinomuz böyük nailiyyətlərə imza atdı. Görkəmli kinorejissorlamız Həsən Seyidbəyli, Əlisəttar Atakişiyev, Arif Babayev, Kamil Rüstəmbəyov, Tofiq Tağızadə, Şamil Mahmudbəyov başqaları bir-birindən maraqlı baxımlı ekran əsərləri yaratdılar.

1980-ci illərin ortalarından etibarən və bütün 90-cı illər boyu Azərbaycan kinosunda iri miqyasda diqqəti cəlb edən elə bir kino nümunəsi ortaya qoyulmadı. Əlbəttə, Ayaz Salayevin məşhur "Yarasa" filmi bu baxımdan istisna sayıla bilər.

Son zamanlar kinomuzda müəyyən dirçəlmə hiss olunsa da, vəziyyət hələ də böhranlı olaraq qalır. Mütəxəssislərin qeyd etdiyinə görə, əvvəla, bu sahədə sanballı kinodramaturq, rejissor və prodüser çatışmazlığı var. Əsasən ucuz, bayağı, gündəlik zövqə hesablanmış kinokomediyalar çəkilir. Bu isə qətiyyən böyük kinonun inkişafı demək deyil.

Son dövrlərin ən uğurlu kino nümunələrindən olan "Cavid ömrü", "Hökmdarın taleyi" və "Cavad xan" filmləri sübut edir ki, səviyyəli ssenarist, rejissor, prodüser və aktyor işinin vəhdəti ortaya dəyərli ekran işləri qoymağa imkan verir. Ona görə də məhz bu yolu tutaraq irəliləməklə zəngin tarixə malik, 110 yaşlı Azərbaycan kinosunun davamlı inkişafına nail olmaq mümkündür.

 

525-ci qəzet.- 2008.- 16 iyul.- S. 7.