Həmidqızı S.

 

“Nə­si­mi akt­yor­luq kar­ye­ram­da əsas rol oy­na­yıb”

 

Ra­sim Ba­la­yev: "Ki­no­mu­zun dur­ğun­luq il­lə­rin­də 30-a ya­xın film itir­dim"

 

A­zər­bay­can ta­ma­şa­çı­sı onu "Nə­si­mi" fil­mi ilə ta­nı­dı və sev­di. Son­ra­lar da can­lan­dır­dı­ğı bü­tün ob­raz­lar­la bu sev­gi­ni ya­şat­dı. Ta­ri­xi film­lər­lə ya­na­şı, məi­şət film­lə­ri­nə çə­ki­lən və müs­bət qəh­rə­man ob­raz­la­rı ya­ra­dan xalq ar­tis­ti Ra­sim Ba­la­yev­lə həm­söh­bət ol­duq. Akt­yor in­di­yə qə­dər çə­kil­di­yi fil­mlər­dən və pər­dəar­xa­sın­da baş ve­rən bə­zi ha­di­sə­lər­dən bi­zə söh­bət aç­dı.- Ra­sim müəl­lim, in­di­yə qə­dər say­sız-he­sab­sız ob­raz­lar ya­rat­mı­sı­nız. Bəs ta­ma­şa­çı tə­rə­fin­dən qə­bul olun­ma­yan ro­lu­nuz olub­mu? - Əgər ta­ma­şa­çı­nı qa­ne et­mə­yən rol­la­rım ol­sa da, ça­lı­şı­ram ki, öh­də­mə dü­şən işi la­yi­qin­cə gö­rüm. Ola bil­sin ki, bu, bə­zən mən­də alı­nıb, bə­zən isə yox. Bəl­kə də bu­nun sə­bə­bi­ni sse­na­ri­də, re­jis­sor işin­də və ya elə mə­nim oyun tər­zim­də ax­tar­maq la­zım­dır. Am­ma can­lan­dır­dı­ğım film­lər haq­qın­da hə­lə mən­fi fi­kir eşit­mə­mi­şəm. Onu da qeyd edim ki, bax­maya­raq, yad­da­qa­lan qəh­rə­man ob­raz­lar oy­na­mı­şam, şəx­sən mə­nim akt­yor­luq ta­le­yi­mi həll edən film "Nə­si­mi" olub. Bu film mə­nim üçün bir sı­naq idi. Oyu­num uğur­lu alın­say­dı, akt­yor­luq kar­ye­ram da­vam edə­cək­di. Xoş­bəxt­lik­dən ta­ma­şa­çı­lar bu fil­mi yax­şı qar­şı­la­dı­lar. Hət­ta bu fil­mə baş­qa öl­kə­lər­də ba­xıb mə­ni heç bir sı­naq çə­ki­li­şi ol­ma­dan ro­la təs­diq edib­lər. - Ən son çə­kil­di­yi­niz film­lər­dən olan "Ca­vid öm­rü"­nü ta­ma­şa­çı­lar de­mək olar ki, qə­bul et­mə­di. Hət­ta bu film ve­ri­liş­lə­rin bi­rin­də mü­za­ki­rə olun­du. Ora­da ta­ma­şa­çı­lar be­lə bir fi­kir səs­lən­dir­di ki, Ca­vid ro­lun­da Ra­sim Ba­la­ye­vi gör­mə­dik. Özü­nüz bu­nu ne­cə qiy­mət­lən­di­rir­si­niz? - Film­də üzə­ri­mə dü­şən işin öh­də­sin­dən gəl­mə­yə ça­lış­mı­şam. Am­ma ta­ma­şa­çı­la­rın da fik­ri­nə hör­mət­lə yana­şı­ram. Həm də de­məz­dim ki, bu­ra­da mə­nim ro­lu can­lan­dır­ma­ğım zə­if alı­nıb. Sa­də­cə ola bil­sin ki, ta­ma­şa­çı o rol­da mə­ni gör­mə­yib. Bun­dan əla­və, fim­də da­ha çox re­jis­sor və sse­na­ri işi bə­yə­nil­mə­di. Ta­ma­şa­çı tə­rə­fin­dən söy­lə­nil­di ki, Ca­vi­din hə­ya­tı sse­na­ri­də tam açıq­lan­ma­yıb. Bu isə re­jis­sor­la sse­na­ri müəl­li­fi­nə aid­dir. Yə­qin on­lar fil­mi be­lə gö­rüb­lər. Bir mə­qa­mı da qeyd edim ki, film­də Ca­vi­din Si­bir­də çək­di­yi əzab­la­rı da can­lan­dır­maq is­tə­yər­dim. Film­də bu his­sə yox idi. Am­ma bu film Ca­vi­din xa­ti­rə­si­nə gö­zəl hə­diy­yə­dir. Ey­ni za­man­da gənc­lər üçün dərs ro­lu­nu da oy­na­ya bi­lər. -İn­di­yə qə­dər çə­kil­di­yi­niz han­sı fil­mi bə­yə­nir­si­niz? - Dü­zü­nü de­səm, öz çə­kil­di­yim film­lə­ri nor­mal ta­ma­şa­çı ki­mi iz­lə­yə bil­mi­rəm. Çün­ki çə­kil­di­yim bü­tün film­lə­ri iz­lə­yən za­man çə­ki­liş vax­tı baş ve­rən ha­di­sə­lə­ri, söh­bət­lə­ri xa­tır­la­yı­ram. Bir də ba­xıb gö­rü­rəm ki, film qur­ta­rıb. - Bəs akt­yor­luq kar­ye­ra­nız­da ən yad­da qal­dan ro­lu­nuz han­sı olub? - Əl­bət­tə ki, "Ba­bək". Bu fil­min çə­ki­liş­lə­ri za­ma­nı ba­şı­ma qə­ri­bə bir əh­va­lat da gə­lib. Nax­çı­van­da fil­min son kadr­la­rı­nı çə­kir­dik. Pal­ta­rı­mı də­yiş­mək üçün bö­yük bir qa­ya­nın ar­xa­sı­na keç­dim. Ora­dan çı­xan­dan son­ra ət­ra­fım­da heç ki­mi gö­rə bil­mə­dim. Bü­tün ya­ra­dı­cı he­yət çı­xıb get­miş­di. Çə­ki­liş apar­dı­ğı­mız mə­kan isə av­to­mo­bil da­ya­na­ca­ğın­dan xey­li uzaq idi. Ha­va da ar­tıq qa­ral­ma­ğa baş­la­mış­dı. Hə­min an­da çox əsə­bi­ləş­dim. Xey­li müd­dət­dən son­ra yol­daş­la­rım mə­nim yan­la­rın­da ol­ma­dı­ğı­mı gö­rüb ge­ri qa­yı­dıb­lar. Son­ra­lar bu ha­di­sə­ni xa­tır­la­yıb on­la­rı tən­beh edir­dim. Əs­lin­də hə­yat özü də be­lə­dir. İn­san la­zım­lı olan­da onun ət­ra­fı­na çox adam­lar yı­ğı­lır, son­ra isə hə­min in­san­lar gö­zə dəy­mir. - Ra­sim müəl­lim, siz­cə akt­yor çə­kil­di­yi fil­mə və ya­xud da ta­ma­şa­ya öz na­xı­şı­nı ne­cə vur­ma­lı­dır? Bu­ra­da da­ha çox is­te­dad va­cib­dir, yox­sa, şans? - Mən hə­mi­şə sse­na­ri­dən çı­xış edə­rək re­jis­sor yo­zu­mu­na xid­mət et­mi­şəm və akt­yor ba­ca­rı­ğım­la rol­la­rı can­lan­dır­mı­şam. Ta­ma­şa­dan, teatr­dan fərq­li ola­raq ki­no­da akt­yo­run sər­bəst­li­yi məh­dud­laş­dı­rı­lır. Teatr­da oy­na­dı­ğın rol­la­ra öz na­xış­la­rı­nı vu­ra bi­lir­sən. Özüm bir ne­çə də­fə te­atr səh­nə­sin­də yer al­mı­şam və bun­la­rın can­lı şa­hi­di ol­mu­şam. Ki­no­da isə be­lə de­yil. Hər səh­nə­ni bir ne­çə dub­la çə­kir­lər və son­da ən yax­şı­sı­nı se­çə­rək fil­mə da­xil edir­lər. Film­də son sö­zü hə­mi­şə re­jis­sor de­yir. Ümu­miy­yət­lə, film­də yük­sək pe­şə­kar­lıq ol­ma­sa, ta­ma­şa­çı­nı ələ al­maq müm­kün de­yil. Ona gö­rə də is­te­dad va­cib­dir, am­ma har­da­sa şan­sın da ol­ma­lı­dır. Biz­də bə­sit və zövq­süz film­lər o qə­dər­dir ki, bu­nun­la heç nə əl­də edə bil­mi­rik. Bu, o de­mək­dir ki, is­te­dad­lı in­san­lar az­dır. Eti­raf edək ki, çox vaxt ta­ma­şa­çı­la­rı əc­nə­bi film­lə­ri seyr et­mək­də qı­na­yı­rıq. Da­ha fi­kir­ləş­mi­rik ki, biz nə çə­kib or­ta­ya çı­xa­ra bil­mi­şik ki, ta­ma­şa­çı da bax­sın. Mə­sə­lən, son dövr­lər­də çə­ki­lən "Mə­həl­lə" fil­mi­ni heç bə­yən­mi­rəm.­ Ta­ma­şa­çı­nı be­lə ət­tö­kən yu­mor­la ələ al­maq ol­maz. Bu iş­lə cid­di məş­ğul ol­maq la­zım­dır. - Am­ma ta­ma­şa­çı­la­rın ək­sə­riy­yə­ti be­lə film­lə­ri se­və-se­və iz­lə­yir. - Çün­ki ta­ma­şa­çı­nın zöv­qü­nü kor­la­yıb­lar. Xü­sü­sən də ca­van­lar be­lə film­lə­ri iz­lə­yir və dü­şü­nür ki, əsl sə­nət bu­dur. La­kin on­lar əsl sə­nə­ti gör­sə­lər, yax­şı­nı pis­dən se­çər­lər. - Sö­zün yax­şı mə­na­sın­da si­zi hey­rət­lən­di­rən və ya­rat­dı­ğı ob­raz­la­ra gö­rə mə­həb­bə­ti­ni­zi qa­za­nan akt­yor­lar olub? - Bu gün özü­nü sə­nə­tin zir­və­sin­də gö­rən, tə­kəb­bür­lü, löv­ğa in­san­lar­dan qat-qat is­te­dad­lı akt­yor­la­rı iz­lə­mi­şəm və on­la­rın oyun tər­zi mə­ni hə­mi­şə hey­rət­lən­di­rib. Mə­sə­lən, Ələs­gər Ələk­bə­rov, Şah­mar Ələk­bə­rov, Hə­sən Tu­ra­bov, Sə­mən­dər Rza­yev, in­di­ki­lər­dən isə Fu­ad Po­la­do­vun adı­nı çə­kə bi­lə­rəm. Dün­ya sə­viy­yə­sin­də də bə­yən­di­yim bir ne­çə akt­yor­ var. Am­ma özüm üçün ideal say­dı­ğım ak­tyor ol­ma­yıb. - So­nun­cu də­fə han­sı fil­mi iz­lə­mi­si­niz? - Əsa­sən, rus film­lə­ri­ni iz­lə­yi­rəm. Öl­kə­miz­də təş­kil olu­nan fes­ti­val­lar­da da yax­şı film­lər nü­ma­yiş olu­nur. On­la­ra da ma­raq­la ba­xı­ram. - Bəs kom­mer­si­ya fil­mi­nə çə­kil­mi­si­niz? - Bir-iki də­fə olub. Əgər bu­nun kom­mer­si­ya tə­rə­fi­ni gö­tür­sək, mə­lum­dur ki, akt­yor­lar mad­diy­yat­la əla­qə­dar ola­raq be­lə film­lə­rə çə­ki­lir. Əv­vəl­lər sse­na­ri bi­zə tək­lif olu­nan­da ba­xır­dıq, əgər o rol­da özü­mü­zü gör­mür­dük­sə, çə­kil­mir­dik. İn­di isə təəs­süf ki, bu­nun fər­qi­nə va­rıl­mır, ki­mə han­sı ob­raz ve­ri­lir­sə, ona da çə­ki­lir. Di­gər tə­rəf­dən, akt­yo­ru bu mə­sə­lə­də qı­na­maq düz­gün de­yil, ney­lə­sin, məc­bur­dur ki, is­tər mad­di du­ru­mu ilə bağ­lı, is­tər­sə də di­gər sə­bəb­lər­dən çə­kil­sin. Bu iş­lər­lə məş­ğul ola bi­lə­cək şu­ra təş­kil olun­ma­lı­dır və on­lar aşa­ğı sə­viy­yə­li film­lə­ri ek­ran­la­ra bu­rax­ma­ma­lı­dır. Çün­ki bu gün is­te­dad­lı akt­yor və re­jis­sor­lar­la ya­na­şı, eti­raf et­mə­li­yik ki, ümu­miy­yət­lə, bu sə­nə­tə dəx­li ol­ma­yan adam­lar da var. Ona gö­rə də bu ki­mi prob­lem­lər ara­dan qal­dı­rıl­ma­lı­dır. - Ra­sim müəl­lim, siz­cə in­di­ki nəsil akt­yor­la­rı və re­jis­sor­la­rı bir-bi­rin­dən fərq­lən­di­rən cə­hət nə­dir? - Vax­ti­lə bi­zim güc­lü sə­nət­kar­la­rı­mız olub. On­lar dün­ya­sı­nı də­yiş­dik­dən son­ra yer­lə­ri­ni bir baş­qa­la­rı tu­tub və uzun müddət be­lə də da­vam edib. Axır vaxt­lar­da bu bağ qop­du və ye­rin­də boş­luq əmə­lə gəl­di. Sə­viy­yə­li re­jis­sor­lar və akt­yor­lar üzə çıx­ma­dı. Film çək­mək ba­ca­rı­ğı olan­lar da in­di klip çə­kir. Klip və ya rek­lam çarx­la­rı çək­mək in­di da­ha mən­fəət­li­dir. Təəs­süf­lər ol­sun ki, bu gün bö­yük ki­no on­la­ra be­lə qo­no­rar vəd edə bil­mir. Ki­no­ya gəl­mək üçün bu sə­nə­tin vur­ğu­nu ol­maq la­zım­dır. - Hə­yat­da nə­yi ba­ğış­la­ya bil­mir­si­niz? - Ri­ya­kar­lı­ğı. Ey­ni za­man­da, tə­kəb­bür­lü in­san­la­rı sev­mi­rəm. Hə­yat­da bö­yük uğur­lar qa­za­nan­da və nor­ma­dan ar­tıq ru­zi ve­ri­lən­də də onu adi qə­bul et­mə­li­sən və Al­la­ha şü­kür et­mə­li­sən, mə­nəm-mə­nəm de­mə­mə­li­sən. Mən fi­kir ver­mi­şəm, lov­ğa­lıq hə­mi­şə is­te­da­dı az olan in­san­lar­da olur. - Sə­nət­də tut­du­ğu möv­qe­yə və ya­rat­dı­ğı ob­raz­la­ra gö­rə xoş­bəxt akt­yor­lar sı­ra­sı­na da­xil olan Ra­sim Ba­la­ye­vin fik­rin­cə, yax­şı akt­yor ol­maq üçün ilk növ­bə­də in­san­da nə la­zım­dır? - Sev­gi, eşq və dö­züm­lü­lük la­zım­dır. İn­san­da bu üç xü­su­siy­yət ol­ma­sa, ob­ra­zı ya­ra­da bil­məz. Çün­ki ob­ra­zı oy­na­yar­kən onu özü­nün­kü et­mə­li­sən və qəl­bi­ni, ürə­yi­ni ya­rat­dı­ğın ob­ra­za ver­mə­li­sən, ora­da sü­ni­lik ol­ma­ma­lı­dır. - Ta­nın­mış si­ma­la­rı adi in­san­lar­dan fərq­lən­di­rən nə­dir? - Yal­nız po­pul­yar­lıq­la­rı və is­te­dad­lı ol­ma­la­rı. Bə­zən bi­zi ideal­laş­dı­rır­lar, am­ma əsiln­də biz adi in­san hə­ya­tı ya­şa­yı­rıq. Şəx­sən mən də adi in­san­lar ki­mi öv­lad, nə­və se­vin­ci hiss et­mi­şəm. - Hə­yat­da sürp­riz­lər­lə çox qar­şı­laş­mı­sı­nız? - Ol­duq­ca çox. Am­ma yax­şı sür­piz­lər­lə da­ha çox qar­şı­laş­mı­şam. Ar­zu­la­dı­ğım və heç ağ­lı­ma be­lə gə­tir­mə­di­yim rol­la­ra təs­diq olun­mu­şam. "Ba­bək", "Nə­si­mi" ki­mi film­lər­də baş ro­lu oy­na­mı­şam. 70-ci il­lər­də çox­lu film­lər çək­dik. Bu film­lə­rin ək­sə­riy­yə­ti­ni mən can­lan­dır­mı­şam. İn­di ge­ri­yə dö­nüb ba­xan­da müəy­yən iş­lər gör­dü­yü­mü ba­şa dü­şü­rəm. SSRİ-nin za­ma­nın­da Or­ta Asi­ya öl­kə­lə­rin­də də film­lə­rə çə­ki­lir­dim. 34 ya­şım­da xalq ar­tisti adı­nı al­dım və da­ha nə­lər, nə­lər. Am­ma acı sür­piz­lər də olub. Müəy­yən qə­dər ağ­rı­lı-acı­lı gün­lə­rim olub. Va­li­deyn­lə­ri­mi, ya­xın dost­la­rı­mı və Qa­ra­ba­ğı itir­mi­şəm. Ki­no­muz dur­ğun­luq mər­hə­lə­sini yaş­adı və bu da biz akt­yor­la­rın hə­ya­tı­na tə­sir et­di. İn­di ye­ni­dən film­lər çə­kil­mə­yə baş­la­sa da, he­sab edi­rəm ki, ki­no­mu­zun dur­ğun­luq il­lə­rin­də təx­minən 30-a ya­xın film itir­dim.

 

Üç nöqtə.- 2008.- 5-7 iyul.- S. 13.