Ölkəmiz "Dədə Qorqud" festivalında təmsil olunur

 

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumata görə, iyulun 16–da Türkiyənin Bayburt şəhərində başlayan ənənəvi "Dədə Qorqud" festivalında Azərbaycan da təmsil olunur.
Belə ki, Bayburtun Masad kəndində təşkil olunan festivalda dünyanın müxtəlif ölkələrindən yaradıcı kollektivlər iştirak edir. Bayburtluların böyük həvəslə gözlədikləri festivalda əvvəlki illərdə ölkəmizi Dövlət Mahnı Rəqs Ansamblı, "Göygöl" Mahnı Rəqs Ansamblı, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı Rəqs Ansamblı, başqa kollektivlər layiqincə təmsil ediblər.
Bu ilə gəlincə, iyulun 20–dək davam edəcək sözügedən festivalda Dövlət Musiqili Komediya Teatrının balet truppası, əməkdar artist Xanım Qafarova gənc ifaçı Ramil Qasımov iştirak edirlər.

 

Yeni Azərbaycan.- 2008.- 17 iyul.- S. 8.