Azərbaycan
himnini canlı ifa edən ilk əcnəbi opera müğənnisi
Bildiyimiz kimi, Amerikanın
opera müğənnisi Demetra Mustafaoğlu Azərbaycanda səfərdədir. Paytaxta səfər edən müğənni konsert
proqramına dünyanın
məşhur bəstəkarlarının
əsərlərini daxil
edib. Dünyaşöhrətli müğənni Azərbaycan musiqilərinin
də mahir ifaçısı kimi tanınır. Bir çox fəxri mükafatlar sahibi olan opera müğənnisi
2002-ci il "Miss Amerika" yarışmasında
"Miss Oklahoma"
titulunu qazanıb.
Həmçinin, 2002-ci il onun üçün
daha bir əlamətdar hadisə
ilə yadda qalıb. Belə ki, Demetra Mustafaoğlu "Gremmy"
mükafatına da
namizəd olub.
Qeyd edim ki, Demetra
Mustafaoğlu Azərbaycan
himnini canlı ifa edən ilk əcnəbi opera müğənnisidir.
Bu milli musiqimizə,
eləcə də, muğama olan böyük maraq və sevgidən irəli gəlir. Azərbaycanın Los-Angeles şəhərindəki
baş konsulluğunun
təşkil etdiyi Respublika Günü mərasimlərində müğənni
böyük alqışlarla
qarşılanıb. Amerikanın tanınmış opera müğənnisinin paytaxtımızdakı
çıxışı uğurla qarşılanıb.
Bakıda ilk konsert və
ilk ünsiyyət onun
üçün çox
məsuliyyətli olub.
Amma buna baxmayaraq müğənni təəssüratlarını
bölüşməyə vaxt tapıb. Türk dünyasının qədim
mədəniyyətinə böyük heyranlığını
gizlətməyən musiqiçi,
Türkiyə ilə
Azərbaycanın bir-birinə
çox yaxın və doğma olduğunu bildirib.
Yeri gəlmişkən, Demetra
xanımın həyat
yoldaşı türk
əsillidir. Konsertdə Demetra Mustafaoğlunu
dirijor Rauf Abdullayev müşayiət
edib. İkihissəli konsertin birinci
pərdəsində vokalist
Puççini, Cüzeppe
Verdi və Franz Lehar kimi
bəstəkarların əsərlərindən
parçalar oxunub.
İkinci pərdəsində
isə müğənninin
ifasında "Argentina mənim üçün
ağlama", "Mən
səninlə bütün
gecə rəqs etməyə hazıram " kimi musiqilər
də alqışla
qarşılanıb. Ümumiyyətlə, amerikalı müğənnin
repertuarı 20-dən artıq
opera və operettalardan
parçalar, 18 müzikldən
ibarət olmaqla çox zəngindir.
Səs.- 2008.- 1 iyul.- S. 12.