Cəlilov K.

 

Musiqimizdə muğam təntənəsi

 

Hələ yeniyetmə çağlarımdan məndə musiqiyə, xüsusilə muğama böyük maraq oyanmışdı. Elə bu məhəbbət məni Asəf Zeynallı adına musiqi məktəbinə gətirib çıxardı bu təhsil ocağını müvəffəqiyyətlə bitirdikdən sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının nəfəsli alətlər fakültəsinə daxil oldum.
A.Zeynallı adına musiqi məktəbində təhsil aldığım zamandan "Bayatı kürd", "Bayatı Şiraz", "Segah", "Zəminxarə", "Rəhab", "Zabul", "Humayun", "Şur" "Çahargah" muğamlarımızı mənimsəmişəm. Konservatoriyada muğamlarımızdan əlavə klassik bəstəkarlardan Bax, Motsart, Hendel, Çaykovski, Haydn, Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəyov, Q.Qarayev, F.Əmirov, A.Məlikov başqalarının xəzinələrindən incilər mənimsəyib, ifa etmişəm.
Əlli ildən artıqdır ki, ecazkar qaboydan ayr
ıla bilmirəm. İllər ötdükcə bu alətin sayəsində ifalarım məni ruhlandırır, insanlarda duyduğum sevgi fərəhimi artırır.
Ü.Hacıbəyov adına Konservatoriyanı əla qiymətlərlə bitirib əvvəlcə Azərbaycan Dövlət Kamera Orkestrinin, sonra isə Azərbaycan Respublika Televiziyasının Simfonik Orkestrinin solisti olmuşam. Sonralar isə Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan ulduzu" instrumental ansamblında 30 ildən artıq solist kimi çalışmışam.
Qaboyda ifa etdiyim muğamların sədası Suriya, Livan, Əlcəzair, İsveçrə, Finlandiya, Hindistan, Şri-Lanka, İtaliya, Polşa, Çexoslovakiya başqa ölkələrin konsert salonlarında eşidilib.
1970-ci ildə Filippinin paytaxtı Manilada keçirilən Asiya Afrika xalqlarının IV beynəlxalq musiqi müsabiqəsində qaboyda ifa etdiyim "Çahargah" muğamı birinci mükafata layiq görülmüş YUNESKO-nun musiqi şurası tərəfindən dünyanın bütün radiostansiyalarında ifa olunmaq üçün təkliflər edilmişdir. Bu müsabiqə münsiflər heyətinin sədri, Hindistanın görkəmli bəstəkarı Menonun rəhbərliyi ilə keçirilmişdir.
Bir sənətkar kimi sevinirəm ki, qaboyda ifa etdiyim bütün musiqilər, xüsusilə "Azərbaycan təranələri" ulu öndər Heydər Əliyevin diqqətindən yayınmamışdır. Həmişə riqqətlə xatırlayıram ki, ümummilli lider dövlət tədbirlərindən verilən konsertlərdən sonra bizimlə görüşərdi. Ömrüm boyu o nəvazişi, diqqəti unutmaram.
Bu gün ümummilli liderin yolunu uğurla davam etdirən İlham Əliyevin fəaliyyəti biz mədəniyyət işçilərinin böyük sevincinə səbəb olub. Mədəniyyətimiz həqiqətən geniş inkişaf yolundadır. Xüsusilə milli ənənələrin qorunması müasirliklə əlaqələndirilməsi çox təqdirəlayiqdir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna xidmətləri ölkə əhalisində böyük razılıq doğurub. Bölgələrdə Bakı şəhərində yeni müasir tipli məktəblərin tikilməsi müasir avadanlıqlarla təmin olunması insanlarda qürur hissini artırır. Xəstəxana müalicə mərkəzlərinin tikintisinə, müasir tibb avadanlıqları ilə təmin edilməsinə böyük səy göstərilir.
Vaxtı ilə musiqiçiləri narahat edən bir mühüm məsələyə toxunmaq istəyirəm. Xalqımızın müqəddəs milli sərvəti olan muğamlarımıza münasibətdə etinasızlıq baş alıb gedirdi. Doğrudur, Azərbaycan radiosu həftədə bir dəfə muğamları səsləndirir bəzi telekanallarda ara-sıra muğam saatları keçirilirdi. Amma muğamın təbliğinə marağın azalması bayağı mahnıların baş alıb getməsinə imkan yaradırdı. Halbuki xalq artisti Habil Əliyev Bəstəkarlar İttifaqının katibi, xalq artisti Ramiz Zöhrabov şəxsən mən özüm, habelə başqa peşəkar muğam ustaları telekanallarda çıxış edərək, bu sənətə biganə yanaşılmasını ürək ağrısı ilə bildirirdik.
Dahi Üzeyir Hacıbəyov "Leyli Məcnun" operasında muğamlarımızın bütün növlərindən olduqca məharətlə diqqətlə istifadə edərək, Şərqdə böyük şöhrət qazanmışdır. Üzeyir Hacıbəyovun "Koroğlu" operasının üverturasının əzəməti insanı heyran edir. O, bu üverturasında beş muğamdan istifadə etmişdir. Əvvəl əsər "Şur"la başlayır, sonra "Segah"a keçid alır, ardıcıllıqla "Bayatı-şiraz"a, "Çahargah"a, sonra isə "Rast" muğamı üzərində təntənəli surətdə bitir. Bax budur sənət əsəri. Dünya şöhrətli bəstəkar Qara Qarayev "Yeddi gözəl" baletində "Üçüncü simfoniya"sında muğamlardan aşıq musiqisindən bəhrələnmişdir.
Fikrət Əmirov "Şur" "Kürd ovşarı", maestro Niyazi isə "Rast" muğamını simfonikləşdirmişlər. Soltan Hacıbəyov "Karvan" simfonik lövhəsini "Şur" muğamının üzərində bəstələmişdir. O, bu əsərdə hicaz şöbəsindən məharətlə fleyta alətindən istifadə etmişdir. Arif Məlikovun da "Məhəbbət əfsanəsi" baletində muğamlardan layiqincə istifadə olunmuşdur.
Bu əsərlər ABŞ-ın başqa inkişaf etmiş ölkələrin möhtəşəm konsert salonlarında indi səsləndirilməkdədir. Bütün bunları yazmaqda məqsədim muğamlarımızın dünya miqyasında xalqımıza necə baş ucalığı gətirməsini xatırlatmaqdır. Bu bizim tariximiz, keçmişimiz gələcəyimizdir. Əslində hörmətli Mehriban xanım Əliyeva muğamlarımıza biganə münasibət bəsləyənləri qəflət yuxusundan oyatdı. Onun təşəbbüsü ilə Bakının görkəmli yerində tikilməkdə olan "Muğam evi"nin binası gələcəkdə muğam ifaçılarının yetişdirilməsində böyük rol oynayacaqdır. Yaşlı nəsildən olan muğam bilicilərinin sıraları getdikcə azalmaqdadır. Bu həyatın qanunauyğunluğudur. Onları əvəz edəcək gənc xanəndələrin aşkara çıxarılması olduqca vacib məsələdir. Bu baxımdan 2007-2008-ci illərdə Bakı şəhərində gənc muğam ifaçılarının aşkara çıxarılması məqsədilə keçirilən müsabiqələrin çox müsbət nəticəsi olmuşdur. Xüsusilə, həmin müsabiqələrin geniş ictimaiyyətin iştirakı ilə keçirilməsi telekanal vasitəsilə ölkəmizin muğamsevərlərinə göstərilməsi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Son müsabiqənin yekunlarının telekanalla nümayiş etdirilməsi bir növ bayramı xatırladırdı. Belə müsabiqələrin keçirilməsi ənənəyə çevrilməlidir. qədər ki, Azərbaycan xalqı mövcuddur, muğamlarımız da yaşayacaqdır.
Biz musiqiçilər mütləq bu faktı etiraf etməliyik ki, bəşəriyyətin mənəvi sərvəti sayılan Azərbaycan muğamlarını üzləşdiyi ağır durumdan xilas edən məhz Mehriban xanım Əliyeva oldu. Ölkənin birinci xanımı bu nəcib hərəkəti ilə sübut etdi ki, milli sərvətə ögey münasibət bəsləmək modernləşmək yox, geriləməkdir. Mehriban xanımın xeyirxahlığı, qayğısı nəticəsində Azərbaycanda muğam erası başladı. Sevinirəm ki, musiqi mədəniyyətinin yaşlı nümayəndələri olan bizlər bu yüksəlişi, diqqəti gördük. Muğamlarımızın başının üstündə əsən soyuq küləklər dayandırıldı, laqeydliyə son qoyuldu. Sanıram ki, dahi Üzeyir bəyin ruhu dinclik tapdı. Mehriban xanım Əliyevanın həssas münasibəti qayğısı sayəsində muğamlarımız yenə dünyanı heyrətə gətirməkdədir.

Azərbaycan.- 2008.- 10 iyul.- S. 7.