"Cənnətim
Qarabağ" albomu işıq üzü görüb
Alboma
"Cənnətim Qarabağ", "Qarabağ
şikəstdsi", "Mənsuriyyə", "Yar
bizə qonaq gələcək", "Qatar"
muğamı kimi musiqi nömrələri daxil edilib.
Bildiyimiz kimi,
Azərbaycan musiqi sənəti tarixində mühüm rol
oynamış Cabbar Qaryağdıoğlunun yubileyi ilə
əlaqədar Prezidentin Sərəncamı əsasında
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin
xətti ilə "Salnamə" sənədli filmlər
studiyası tərəfindən "Cabbar
Qaryağdıoğlu" filmi istehsal olunmuşdur.
Sənədli film 42 dəqiqədən ibarətdir. Filmin yaxın günlərdə təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur. Qeyd olunan ekran əsərinin rejissoru Kəmalə Musazadə, ssenari müəllifi Aydın Qurbanov və Kəmalə Musazadə, operatoru Köçəri Məmmədovdur. Azərbaycan musiqi xadimlərinə olan diqqət və məhəbbətin davamı kimi Kəmalə xanım milli sənət nümunələrinin həyata keçirilməsi məqsədilə yeni bir layihə ilə çıxış etmişdir. Belə ki, o, bu günlərdə "Cənnətim Qarabağ" adlı diskin işıq üzü görməsinə nail olmuşdur. Diskdə Cavidan Qəhrəmanlının ifasında muğam, təsnif, xalq mahnıları daxil edilmişdir. Belə ki, "Cənnətim Qarabağ", "Qarabağ şikəstəsi", "Mənsuriyyə", "Yar bizə qonaq gələcək", "Qatar" muğarriı və başqa musiqi nömrələri daxil olunmuşdur. Diskə Cənnətim Qarabağ adının verilməsi təsadüfi deyildir. Çünki mahnıların ifaçısı Cavidan Qəhrəmanlı Bakıda doğulsa da, əslən Qarabağdandır. Valideynləri Qarabağın Tərtər kəndində yaşayıb-yaratmış, tarixi hadisələr dövründə öz el-obalarından uzaq düşmüşlər. "Bizim kəndimiz işğal olunmayıb. Mən hər il öz kəndimizə gedirəm. Qarabağ torpağının suyundan içib, havasından uduram" - deyən Cavidan Qəhrəmanlı Ağdama, Şuşaya, Xankəndinə də getmək arzusundadır. Belə böyük bir arzularla yaşayan balaca musiqiçi "Cənnətim Qarabağ" albomuna Azərbaycanın gözəlliyini vəsf edən musiqi nömrələrini daxil etmişdir.
Qeyd edim ki,
balaca xanəndə bir çox musiqi festivallarında
iştirak etmiş, bir çox fəxri fərmanlarla təltif
olunmuşdur. Hazırda o, Muğam Teatrının
nəzdində fəaliyyət göstərən R.Babayev
adına 25 saylı musiqi məktəbində təhsil
alır. Bu balaca Cavidanın təsnif və xalq mahnılarından
ibarət ilk albomudur. Belə bir musiqi nömrələri
ilə sənət aləmində addımlarını atan Cavidan
Azərbaycanın çoxəsrlik tarixini yaşadan və
dünyada özünə nüfuz qazandıran muğamların
mahnı
ifaçısı olmasına şübhə etmirik. Albomla
bağlı bir məqamı da qeyd etmək istərdim ki,
"Cənnətim Qarabağ" albomu nəfis bir
şəkildə təltif olunmuşdur. Belə ki, albomun
üz qabığında milli ornamentlər əsasında
Azərbaycan bayrağının rənglərini əks etdirən
qırmızı,
yaşıl və göy boyalardan istifadə olunmuşdur. Bu, təsadüfi
deyildir. Eyni zamanda, Cıdır düzünün təsviri
albomun
orijinallığına müsbət təsir göstərir.
Səs.- 2008.- 8 iyul.- S. 16.