Əsil musiqi estetik tərbiyədir
Oqtay Zülfüqarov: Azərbaycan
teleməkanında gün
ərzində yarım
saat uşaq verilişlərinə yer
verilməlidir"
Müasir Azərbaycan musiqisinin bir qolunu uşaq musiqisi təşkil edir. Bu
musiqinin tərbiyəvi
əhəmiyyəti olduqca
böyükdür. Uşaq
musiqisi yetişən nəslin formalaşması və milli ruhda tərbiyə olunması yönümündə dəyərlər aşılayır. Bu gün
Azərbaycanda, təəssüflər olsun ki, uşaq
musiqisinə olan münasibət ürəkaçan şəkildə deyildir.
Bu mənada ki,
televiziya ekranlarında və
radio efirlərində
səslənən musiqilər sırasında
uşaq musiqisinə, demək
olar ki, yer ayrılmır və əks-halda isə uşaq musiqisi adı altında
olduqca bəsit bir formada
nümunələr səsləndirilir. Ötən illərlə müqayisədə görərik ki, Azərbaycanda uşaq ruhuna uyğun, onun düşüncə və davranışına təsir edə
biləcək musiqi nümunələri yox
dərəcəsindədir. Bu, o
demək deyil ki, Azərbaycanda uşaq musiqisi yazılmır. Uşaq musiqiləri bəstələnsə də, onun təbliğinə ayrılan diqqət
həmin nümunələrin geniş
bir şəkildə təbliğinə imkan vermir. Azərbaycan uşaq musiqisinin görkəmli nümayəndələrindən olan
respublikanın xalq artisti, bəstəkar Azərbaycan
Dövlət Uşaq Filarmoniyasının direktoru Oqtay Zülfüqarovla söhbətimiz də elə uşaq musiqisi ilə bağlı oldu. Bəstəkar müasir dövrümüzdə
uşaq musiqisinin televiziya ekranlarında yer
verilməməsindən
çox narahat olduğunu bildirdi:
"Azərbaycan teleməkanında gün
ərzində yarım
saat uşaq verilişlərinə yer
verilməlidir. Bu dövlət səviyyəsində reallaşmalıdır. Sovet məkanında
yaşadığımız zamanda uşaq musiqisinə həsr olunmuş xüsusi verilişlər var idi.
Bu verilişlər vasitəsilə
uşaqların dünyagörüşünə təsir edir, onlarda
musiqiyə, sənətə olan maraq
hissini artıra bilirdik.
Mənim rəhbərlik etdiyim Uşaq
Filarmoniyasında 1200 nəfər uşaq musiqi təhsili alır. Onlar dünya ölkələrində keçirilən müxtəlif məzmunlu festival və müsabiqələrdə iştirak edir, uğur qazanırlar. Əvvəllər Mədəniyyət
Nazirliyi tərəfindən
müsabiqələr keçirilirdi ki, bu müsabiqələrdə ən layiqli uşaqlar yer qazanır,
əsərlərini geniş
ictimaiyyətə təqdim edə bilirdilər. Lakin bu gün, demək olar
ki, bu hallar
məhdudlaşdırılıb, uşaq musiqisinə qayğının olmaması, məhz qeyri-professional musiqilərin yer
almasına, eləcə
də, uşaqların öz yaş hədlərinə
uyğun olmayan mahnıları ifa etməsinə
səbəb olmuşdur. Türkiyə, Avropa musiqisinə olan meyil milli
elementləri yavaş-yavaş sıradan çıxarır". Xatırladım
ki, Azərbaycan uşaq musiqisinin inkişafında rol
oynayan Oqtay Zülfüqarov uzun illərdir
ki, balacalarla yaradıcılıq əlaqəsindədir. Onun yaratdığı uşaq kollektivləri böyük
uğurlar əldə etmişdir. O, bu gün qədər 130-dan artıq uşaq musiqisi bəstələyib. Bu musiqilərin hər birində Oqtay Zülfüqarov uşaqların dilinə və təfəkkürünə yaxın ola
bilcək notlardan istifadə etmiş, bu nümunələr vasitəsilə
uşaqlarda vətənə, anaya, ataya olan məhəbbət hissini aşılaya bilmişdir. Son günlərdə bəstəkar "Oqtayın bir bağı
var", "Papaq",
"Babam təsbeh çevirir",
"Azərbaycan bayrağı" kimi musiqi nömrələrii yazmışdır. Qeyd edim ki,
Oqtay Zülfüqarovun
bütün əsərlərinin mətnin müəllifi özüdür.
Hətta operalarına belə
liberottonu bəstəkar özü
yazmışdır. Oqtay Zülfüqarov onu da qeyd etdi
ki, o bütün
janrlarda özünü
sınamaq arzusunda olduğundan, hətta bu
yaxınlarda "İntizar"
simfoniyasını bəstələmişdir. Simfoniya Qarabağla bağlıdır. Belə klassik
və akademik səviyyədə yazılan musiqi nömrələrimiz olduğu halda, görəsən, balacalara qeyri-peşəkar səviyyədə əsərləri təqdim etməkdə səbəb nədir?
Səs.- 2008.- 2 iyul.- S. 12.