Qarmon ifaçılığı və
onun Azərbaycanda tədrisi adlı kitab
"Qarmon ifaçılığı
və onun Azərbaycanda tədrisi"
adlı kitab işıq üzü görüb. Nəşrin müəllifi qarmon
ifaçısı, 50-dən
çox mahnı, 10-dək muğam dəramədləri və
rənglərin müəllifi
olan Əhsən Rəhmanlıdır. Əhsən
Rəhmanlı ali və orta ixtisas
musiqi məktəblərində
qarmon ifası və muğam tədrisindən dərs deyir.
Kitabda qarmon
alətinin tarixindən
və onun Azərbaycan musiqisindəki
rolundan bəhs edilir. Ə.Rəhmanlı qarmonun Azərbaycanın milli musiqi aləti olmasa da onun
incəsənətimizdə çox böyük yer tutduğunu vurğulayıb: "Kitabımız
qarmon ifaçılığı,
qarmon sənətinin bir ensiklopediyası sayılır. Qarmon Azərbaycana 17-ci əsrin
40-50-ci illərində gəlib.
Kiçik formada, bəsit şəkildə
Volqa çayı ilə Xəzərə gələn gəmilərdə
gətiriblər. Bakıda
müxtəlif padvallarda,
xüsusilə kömürçü
bazarında bu alətin satışına
başlayıblar. Bunun
səsini eşidən
azərbaycanlılar da
alıb evlərinə
aparıblar, öyrənməyə
başlayıblar. Qeyd
edim ki, xüsusilə qızlar və gəlinlərin, ev xanımlarının sevimli aləti olub".
380 səhifəlik nəfis tərtibatla çap olunan kitabı müəllif opera sənətçisi,
xalq artisti mərhum Baba Vəziroğlunun xatirəsinə
ithaf edib.
Ədalet.- 2008.- 1 iyul.- S. 6.