Nəcəfov F.

 

Xatirələrdə yaşayan səs

 

Unudulmaz muğam ifaçısı Haşım Kələntərli Azərbaycan milli vokal sənətinin ən parlaq nümayəndələrindən biri olub. O, xalqımızın qiymətli sərvəti olan el mahnılarını müxtəlif muğamları yüksək sənətkarlıqla oxuyub ifa edərdi.

H.Kələntərli səhnəmizin kinomuzun istedadlı aktrisası olmuş bacısı Münəvvər Kələntərli ilə birgə keçən əsrin 30-cu illərində Azərbaycan radiosunun efirində səslənən bir çox konsert proqramında iştirak edərdi. Bu iki mehriban bacı qardaşın özlərinə məxsus maraqlı geniş mahnı repertuarları vardı. Onlar konsertlərdə muğamat xalq mahnılarını, o cümlədən Lənkəran-talış el nəğmələrini xüsusi incəlik məlahətlə ifa edərdilər. "Aman, nənə", "Kəşmiri şal", "Lolo" s. onların ən çox ifa etdikləri xalq mahnılarından idi.

Münəvvər Kələntərli 30-cu illərdə radioda təşkil edilmiş vokal qrupunun solistlərindən biri idi. O, eyni zamanda, musiqi tərtibatı ilə verilən radio kompozisiyaları səhnəciklərdə müntəzəm iştirak edərdi.

Həmin illərdə radionun musiqi redaksiyasının ünvanına dinləyicilərdən çoxlu sifariş məktubu gələrdi. O məktublar əsasında mətnli sifariş konsertləri verilərdi. Belə konsertlərin tərtibi adətən diktorlara həvalə olunardı.

Azərbaycan radiosunda diktor işləmiş Əməkdar artist, bədii qiraət ustası Soltan Nəcəfovun şəxsi arxivində həmin illərlə bağlı xatirələrdə belə bir yazı diqqəti çəkir: "1936- il martın 30-da gündüz saat 11- efirdə səslənən növbəti sifariş konserti dinləyicilərin məktubları əsasında təşkil olunmuşdu. Konsertdə Hüseynağa Hacıbababəyov, Cahan Talışinskaya, Yavər xanım, Münəvvər Haşım Kələntərli, tarzən Qurban Pirimov, kamançaçı Qılman Salahov, qarmonçalan Teyyub Dəmirov tütəkçilər dəstəsi iştirak edirdi. Adları çəkilən müğənnilər bu konsert proqramında el bayatılarını muğamları məlahətli səslə ifa edirdilər. Klassik xalq melodiyalarının daha yaxşı səslənməsi üçün müğənnilər sanki bir-biri ilə yarışır, hərə öz məharətini nümayiş etdirirdi. Yadımdadır, Haşım Kələntərli "Kəsmə Şikəstə"ni belə başladı:

 

Qızıl gülü biçmişəm,

Üstündə and içmişəm,

Min gözəlin içində,

Bircə səni seçmişəm.

 

Axırda Yavər xanım şikəstəyə bu sözlərlə yekun vurdu:

 

Qızıl iynənin sapı,

Görünür sizin qapı,

Yarı məndən ayıran,

Dilənsin qapı-qapı.

 

Haşım Kələntərlinin ifasının əsas üstünlüyü oxuduğu muğamların sözlərini dinləyicilərə aydın düzgün tərzdə çatdırmasında idi. O, Məhəmməd Füzuli Hüseyn Cavid poeziyasının vurğunu idi. Cavidin "Şahnaz" muğamı üstündə:

 

Bilmədim, uydum bu məcnun könlümün fəryadinə,

Eşqə dil verdim, bəladən başqa bir şey görmədim.

Ruhi-məcruhim gözəllərdən vəfa bəklər yenə,

Mən hənuz, əsla cəfadən başqa bir şey görmədim -

 

şeirinin hər bir kəlməsini elə bir lirik tonda oxuyardı ki, dinləyicilər bu füsunkar səsdən valeh olardı."

Haşım Kələntərlinin pərəstişkarlarından olan Azərbaycan MEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Əziz Mirəhmədov onun ifasına yüksək qiymət verərək xatirələrində yazırdı: "30-cu illərdə radioda səslənən konsertlərdə xanəndələrdən Xan Şuşinskinin, bir Haşım Kələntərlinin ifası mənə daha çox xoş gələrdi. Xüsusən, "Segah" muğamının o illər ən yaxşı ifaçısı Haşım Kələntərli idi. Zil səslə məlahətli, yanıqlı oxuyan, hətta "Haşım segahı" ifadəsinin yaranmasına əsas verən bu mahir xanəndəyə ailəmiz radio dalğalarında heyranlıqla qulaq asardı".

Vaxtilə H.Kələntərlinin ifasında "Şur-Şahnaz", "Qatar" muğamları, eləcə bir neçə Lənkəran-talış el havaları kütləvi tirayla qrammofon valına yazılıb satışa buraxılmışdı. Təəssüflə qeyd etmək lazımdır ki, bir vaxtlar efirdə tez-tez səslənən bir çoxlarının dillər əzbəri olan bu qiymətli sənət inciləri bizə yadigar qalmayıb.

 

Kaspi.- 2008.- 11 iyul.- S. 11.