Həştərxandan gələn gəmi
İrina
və Elina Əliyevalar: "Ən böyük arzumuz
Azərbaycanda çıxış etməkdir"
Sizi
Rusiya Federasiyasının Həştərxan
şəhərində yaşayan həmyerlilərimiz İrina
və Elina Əliyeva bacıları ilə tanış
etmək istəyirik. Bakıya budəfəki səfərləri
zamanı onlar redaksiyamızın da qonağı oldular. İrina Saratov Hüquq Akademiyasının
məzunudur. Ümumrusiya
Azərbaycanlıları Konqresinin
Həştərxan vilayəti
üzrə təşkilatının
Gənclər Komitəsinin
sədridir. Bundan savayı, Türk Xalqları Assosiasiyasının
tolerantlıq üzrə
cəmiyyətinə rəhbərlik
də ona həvalə edilib. Elina isə hazırda paralel olaraq 2 ali məktəbdə təhsil alır - Həştərxan Dövlət
Texniki İnstitutunda və Həştərxan Dövlət Konservatoriyasının
akademik vokal sinfində. Onların hər ikisi mükəmməl ibtidai musiqi təhsili alıb. Həştərxan
vilayəti Mədəniyyət
və İncəsənət
Mərkəzinin solistidirlər.
Elina: - Uşaqlıqdan mahnı oxumağa
həvəsliyik. Əsasən
estrada mahnılarını.
4 il öncə bacımla duet yaradaraq müxtəlif tədbirlərdə çıxış
etməyə başladıq.
2 il əvvəl isə repertuarımızı
Azərbaycan xalq mahnıları ilə də zənginləşdirdik.
S.: - Hansı mahnıları
seçdiniz? (Bu sualın cavabında müsahibimiz xalq mahnıları ilə bir sırada Fikrət Əmirovun "Reyhan" mahnısının
da adını çəkdi.) E.: - "Bağdagül",
"Reyhan", "Aman
ovçu", "Bu
qala daşlı qala" və bir neçə başqa mahnı. Doğrudur, Azərbaycan dilində danışmağa
vərdiş etməməyimiz
bu mahnıları oxuyanda hiss olunur.
Amma görürük
ki, insanlar həvəslə dinləyirlər.
İrina: - Çalışırıq
Rusiya ərazisində
mahnılarımızı tanıdaq,
sevdirək. Bütün
tədbirlərdə mütləq
onları ifa edirik. Ordakı azərbaycanlılar doğma
musiqi üçün
çox darıxırlar.
E.: - Əvvəllər biz
Azərbaycan mahnıları
oxumaq istədiyimizi bildirəndə konsert təşkilatçıları bunu çox da həvəslə qəbul etmirdilər. Amma indi özləri
təklif edirlər ki, mahnıların ikisini rus müəlliflərindən
oxuyanda ikisini də Azərbaycan müəlliflərindən oxuyaq.
S.: - Bu mahnıları
öyrənməkdə kim
sizə kömək etdi? E.: - Atam. Ümumrusiya Azərbaycanlıları
Konqresinin Həştərxan
vilayəti üzrə
təşkilatının sədr
müavini Arif Əliyev. O bizim həm prodüserimizdir, həm menecerimizdir, həm də çox ciddi tənqidçimizdir. Əlbəttə,
Azərbaycan mahnıları
yazılmış kaset
və disklərin Rusiya ərazisində defisit olması çətinlik törədir.
Amma atamızın sayəsində biz bu çətinliyi o qədər də hiss etmirik.
O özü mahnıların
düzgün ifasını,
ifadələrin tələffüzünü
bizə öyrədir.
S.: - Korifeylərimizdən kimlərin
ifasını dinləmisiniz,
kimlərlə tanışsınız?
E.: - Rəşid Behbudovun,
Zeynəb Xanlarovanın,
Fidan və Xuraman Qasımovaların, Müslüm Maqomayevin və əlbəttə ki Brilyant Dadaşovanın
ifalarını həvəslə
dinləyirik. Fidan xanım və Xuraman xanım hətta disklərinin eksklüziv nüsxəsini
bizə hədiyyə
ediblər. Müslüm
Maqomayevlə isə ötən il Bakıda baş tutan Dünya Azərbaycanlılarının II qurultayında tanış
olduq. S.: - Bəs son dövrdə fəaliyyət göstərməyə
başlayan müğənnilərdən
kimi bəyənirsiniz?
- E.: - Tünzalə Ağayevanın,
gənc muğam ifaçısı Eldənizin
ifasını çox
bəyənirik. S.: - Müğənniliklə
məşğul olduğunuz
bu 4 ildə hansı müsabiqələrdə,
festivallarda iştirak etmisiniz? E.: - 2005-ci ildə Ulyanovskda keçirilən gənc ifaçıların ümumrusiya
müsabiqəsində, 2007-ci ildə Moskvada keçirilən "Gözəllik
dünyanı xilas edəcək" adlı müsabiqədə - bu müsabiqədə münsiflər
heyətinin sədri Rinat İbrahimov, Soçidə baş tutan "İnkişaf"
festivalında isə münsiflər heyətinin
sədri Rüstəm
İbrahimbəyov idi.
Hər yerdə Azərbaycan mahnılarını
ifa edərək laureat adını qazanmışıq. Keçən
il keçirilən
"Yalta - Moskva - Tranzit" müsabiqəsinin
şərtlərinə görə
isə iştirakçılar
rus mahnıları ifa etməliydilər. Biz bu müsabiqədə
1-ci yerə layiq görüldük. İ.: - Bizim
üçün bir şey aydındır ki, incəsənət sahəsi ilə həmişə məşğul
olacağıq. S.: - Sizin
rəhbərlik etdiyiniz
təşkilatın əsas
vəzifəsi nədən
ibarətdir? - Başlıca vəzifəmiz Həştərxanda
yaşayan azərbaycanlı
gəncləri vaxtaşırı
bir araya toplayıb onların təşəbbüslərinə, layihələrinə dayaq
olmaq, Azərbaycanda baş verən dəyişikliklər barədə
gənc azərbaycanlıları
xəbərdar etmək,
burdakı siyasi, ictimai ab-havanın
nədən ibarət olduğu barədə gəncləri
məlumatlandırmaqdır. Oxumaq isə bu işləri yerinə yetirməkdə əsas stimul verən amildir. S.: - İstər bəstəkar,
istərsə də xalq mahnılarımızın
ermənilər tərəfindən
tez-tez özününküləşdirilməsi
halları baş verir. Siz həm
gənc bir hüquqşünas, həm
də müəyyən
səlahiyyətlərə malik azərbaycanlı kimi belə halların qarşısını
almaqdan ötrü nə edə bilərsiniz? İ.: - Sözün
düzü, Rusiyada mahnılarımızın özününküləşdirilməsi
halları ilə rastlaşmamışam. Ümumiyyətlə
isə belə halların aradan qaldırılması Müəllif
Hüquqları Agentliyinin
səlahiyyətində olan
məsələdir. Bizim
təşkilat yalnız
düzgün məlumatı
çatdıra bilər,
saxtakarlığı aradan
qaldırmaq isə bizim səlahiyyətimizdə
deyil. Bir məqamı nəzərinizə
çatdırım ki,
Rusiya Federasiyasında
bu yaxınlarda yeni əsasnamə qəbul olundu. Həmin əsasnaməyə
görə, rus xalq və ya
bəstəkar mahnısını
ifa etmək istəyən müğənni
müvafiq quruma üzvlük haqqı ödəməlidir. Demək
istəyirəm ki, əqli mülkiyyətin müəllifliyinin saxtalaşdırılmasının
qarşısını almaqdan
ötrü tətbiq ediləsi bir neçə qayda tapmaq olar. ı
Söhbətimizin sonunda
qızlar özlərinin
də bir neçə bəstəsinin
olduğunu, onlardan hələlik yalnız üçünü yazdırdıqlarını
qeyd etdilər. Ataları Arif Əliyev isə İrina ilə Elinanın muğam adlarına köklənmiş
Azərbaycan mahnısı
ərsəyə gətirmələrini
arzu etdiyini bildirdi. Bacılar vurğuladılar ki, ən böyük arzuları Azərbaycanda, doğma auditoriya qarşısında çıxış
etməkdir. Söhbətdə
iştirak edən İrina ilə Elinanın anası Natalya xanım (əslən Qroznıdan olan bu xanım-xatın qadının babası iranlı imiş) Bakı əhalisinin davranışının
daha sərbəst olduğunu qeyd etdi. Onu da
dedi ki, yeni təzahürlərə
açıq olan paytaxtımızın sakinləri
əzəli keyfiyyətləri
olan ünsiyyətcilliyi,
nabələd adama xoş münasibəti yadırğamayıblar.
Həftə içi.- 2008.- 22 iyul.- S. 8.