Şahtaxtı S.

 

İranda çıxan Musiqi jurnalında Azərbaycanın xalq artisti Alim Qasımovla geniş müsahibə dərc olunmuşdur

 

Xəbər verilir ki, İranda çıxan Musiqi jurnalında tanınmış jurnalist Mehdi Sitatişgərin Azərbaycanın xalq artisti, istedadlı muğam ifaçısı Alim Qasımovla geniş müsahibəsi dərc edilmişdir.
Şərq musiqisinin dahisi sərlövhəli müsahibədə xalq artisti A.Qasımov xalqımızın zəngin milli muğam və musiqi sənəti, onun ecazkar qüdrəti ilə bağlı fikirlərini açıqlamış, öz ifaçılıq sənəti barədə ətraflı məlumat vermiş və bununla bağlı sualları cavablandırmışdır.
Eyni zamanda, jurnalın üz qabığında A.Qasımovun irihəcmli fotoşəkli verilmişdir.

Xalq qəzeti.- 2008.- 27 iyul.- S. 6.