Behbudqızı S.

 

“Eurovision” ermənilərin soyqırımını təbliğ edə bilərmi

Cavablar birmənalı olmadı

 

"System Of A Down" rok-qrupunun lideri Serj Tankyan "Eurovision-2009"da uydurma dəlillərə əsaslanan "ermənilərin soyqırımı" hadisəsinə həsr olunmuş kompozisiya ilə çıxış etmək niyyətində olduğunu bildirib. Bəstəkar Cavanşir Quliyevin bu məsələyə münasibəti belədir: "İdeyanın özünün heç bir perspektivi ola bilməz. "Eurovision" müsabiqəsinin rəhbərliyi nüfuzunun qeydinə qalaraq tarixin saxtalaşdırılmasına xidmət edən cəhdlərə yol verməməlidir. Müsabiqənin təşkilatçıları nəzərə almalıdırlar ki, əks halda erməni təxribatının qurbanına çevrilə biləcək iştirakçı ölkələrin kəskin neqativ reaksiyası ilə qarşılaşa bilərlər. Söhbət Türkiyə Azərbaycandan gedir. Əgər müsabiqədə belə bir kompozisiyanın səslənməsi ehtimalı yaranarsa, bu ölkələr, sözsüz ki, orda iştirakdan imtina edəcəklər. Düşünmürəm ki, "Eurovision"un rəhbərliyi hansısa təxribat ruhlu kompozisiyaya görə öz nüfuzunu risk altına ata bilər. Mən həmişə ümid edirdim ki, Ermənistandan kənarda, Avropa Amerika kimi inkişaf etmiş məmləkətlərdə yaşayan ermənilər daha demokratik düşünməyi öyrəniblər. Amma ABŞ-da fəaliyyət göstərən "System Of A Down" qrupunun bu bəyanatı belə düşünməyə heç bir əsas qoymur. Mən bütün erməni ictimaiyyətinə ürəkdən acıyıram. Çünki o yerə çatıb ki, artıq "Eurovision" kimi sülhpərvər musiqi müsabiqəsinin arenasından ötən əsrin əvvəllərində baş vermiş hadisələrin saxtalaşdırılması üçün istifadə etməyə ümid edirlər". C.Quliyevin orta yaş nəslinə mənsub həmkarı Rəşad Haşımov isə "Həftə içi" eksklüziv açıqlamasında fərqli mövqedən çıxış etdi: - Erməniəsilli musiqiçilərin bu ideyası gerçəkləşə bilərmi? - Niyə gerçəkləşə bilməz ki... Tamamilə mümkündür. "Soyqırım" adı altında olmasa da, erməni musiqiçilər nəzərdə tutduqları mövzunun yaxşı bir musiqili həllini meydana çıxara bilərlər. - Hesab edirsiniz ki, "Eurovision" müsabiqəsini təşkil edən 4 böyük Avropa dövləti belə bir kompozisiyanın müsabiqənin səhnəsində ifasına imkan verər? - Məncə, bəli. Bir sıra ağlasığmaz hərəkətlərin ermənilərin adı ilə bağlı olduğunu biz yaxşı bilirik. Bu müsabiqədə onlar hiylə işlədib çox görə bilərlər. C.Quliyevin məsələyə münasibətinə qayıdıb qeyd edək ki, "Eurovision" müsabiqəsinin görünən tərəfi qədər sülhpərvər mahnı bayramı təəssüratı bağışlayırsa, səsvermə prosesi onun nəticələri bir o qədər bu təəssüratı kölgə altına salır. Unutmaq olmaz ki, bəzi ölkələr, məsələn, İtaliya ifaçılarını "Eurovision"a göndərib qəribə səsvermə mexanizmi nəticəsində onların psixikasını zədələməkdən vaz keçib. Bu il isə müsabiqənin nəticəsi ona gətirib-çıxardı ki, "Eurovision"u illərdən bəri şərh edən "BBC"nin musiqi redaktoru peşə yolunun bu "səhifəsini bağladığını" bəyan etdi...

 

Həftə içi.- 2008.- 1 iyul.- S. 8.