Emin Ağalarov solo albomunu təqdim edib

 

"Crocus İnternational"ın rəhbəri Araz Ağalarovun oğlu Emin Ağalarov özünün üçüncü solo albomunu təqdim edib. "life.ru" saytının məlumatına görə, təqdimat mərasimi iyulun 17-də Moskvanın elitar ticarət mərkəzlərindən birində keçirilib.

Verilən məlumata görə, solo albom "Emin Obsession" adlanır. Rusiyalı tənqidçilər "rusiyalı Elvis" adlandırdıqları Emin Ağalarovun uğurlu biznesmendən əlavə kifayət qədər istedadlı müğənni olduğunu da vurğulayıblar. Gecədo Rusiya estradasının televiziyasının Andrey Malaxov, Ksenya Sobçak, İosif Priqojin, Tatyana Arno, İqor Matviyenko. Saşa Savelyeva, Yulya Mixalçuk s. kimi ulduzları, eləcə bəzı siyasətçilər iştirak ediblər.

Qeyd edək ki. Emin Ağalarov özünün '"Stick Together" klipinı təqdim edib. Klipdə Ağalarovun tərəf müqabili rolunda həyat yoldaşı Leyla Əliyeva çıxış edib.

 

Vətəndaş həmrəyliyi.- 2008.- 20-22 iyul.- S. 16.