Milli estradada yadlaşma sindromu yaşanır
Yalçın
Rzazadə gənclərə düşünməyi
tövsiyə edir
Köhnə mahnılarını
yenidən gözdən
keçirib onları təzələməyi düşünən
Xalq artisti Yalçın Rzazadə bu addımı estrada mühitində yaranan boşluğu doldurmaq üçün atdığını söylədi.
Son illər yaranan mahnıların əksəriyyətini ruhuna
yaxın hiss etməyən Yalçın
müəllimin qənaətinə
görə, onlarda yad ladlar eşidilir.
Milli esdrada sənətində yadlaşma
sindromunun yarandığından
narahatlıq keçirən
sənətkar gənclərə
bu barədə bir qədər düşünməyi tövsiyə
etdi: "Səhnə
onların ixtiyarındadır.
Ekranda, ictimaiyyət arasında daha çox görünən
gənclərdir. Amma onları müşahidə
edərkən bəzilərinin
danışıqları, sənət
yenilikləri məni məyus edir. Çoxlu qüsur aşkar edirəm. Amma onlar bunu
görmürlər və
ya görmək istəmirlər. Mənim sənət təcrübəm
uzun illəri əhatə etməsinə
baxmayaraq, bir mahnını bəzən
bir-iki aya hazırlayıram. Amma gənclər nə üçünsə tələsirlər.
İki günə mahnı yazdırıb efirə buraxırlar. Lakin tənqidləri qəbul etmək istəmirlər. Belə hallar onları uçuruma aparır. Təvazökarlıq olmasın,
gəlin keçmişə
nəzər yetirək.
Mənim repertuarımda
olan mahnıların tarixi 70-80-ci illərə gedib çıxır. Hələ də həmin mahnılar sevilir və dinlənilir. Hətta müğənnilərin repertuarını
bəzəyir. Amma indiki mahnıların ömrü ancaq 2-3 ayı əhatə edir. Heç biri tarixə düşmür. Çünki
gənclər tarixi nəzərə almırlar.
Ancaq bu gün üçün çalışırlar".
Xatırladaq ki, Əməkdar artist Brilliant Dadaşova Yalçın Rzazadənin
"Gecə yaman uzundur" mahnısına
bu günlərdə yeni nəfəs verib. Müğənninin ifasına münasibətini
bildirən Yalçın
Rzazadə bunları dedi: "Mahnını ya mənim kimi,
ya da məndən
yaxşı oxumaq lazımdır. Əks təqdirdə mahnıya olan sevgi azalacaq.
Bu səbəbdən Brilliant xanımın bu addımını qiymətləndirmək olar".
Kaspi.- 2008.- 15 iyul.- S. 15.