Cəfərova V.

 

Yuğun bu mövsümdə sonuncu tamaşası Yar oldu

 

"Yuğ" Dövlət Teatrında 19-cu mövsümün sonuncu tamaşası olan "Yar" tamaşaçıların ixtiyarına verilib. Tamaşa Mədəniyyət Turizm Nazirliyinin dövlət proqramı çərçivəsində gerçəkləşdirilməsi nəzərdə tutulan "Mən, Məhəmməd Füzuli ..." səhnə divanı layihəsinin tərkib hissəsidir. Sözügedən layihə əsasında səkkiz tamaşanın hazırlanması nəzərdə tutulub. Bunlar "Vəsl" "Hicr", "Rüsva", "Rəhm", "Əfğan", "Ya Rəbb!", "Bəlayi eşq" "Yar" tamaşalarıdır. Günay Səttarın rejissorluğu ilə səhnəyə qoyulan "Yar" bu teatrın 76- tamaşasıdır. Musiqi dizaynı Ramiq Mehdi, səhnə dizaynı isə Rəşid Şerifə məxsus tamaşa Fərhad İsrafilov Gülzar Qurbanovanın ifasında nümayiş etdirilib. Tamaşadan doğan əsas məna "Yar" yolunda ölmək "Ölüm"ə qalib gəlməkdir. Burada sevginin, istedadlarının tükəndiyini duyan yaradıcı insanlar könüllü olaraq edam kürsüsünün ətrafına toplaşırlar. Lakin "can şirindir" prinsipi bu canda olan ölüm qorxusu, həyəcan onları müxtəlif bəhanələrlə öz qərarlarından daşındırır. Ölüm kürsüsünün ətrafında yalnız "mən qərarımda möhkəməm" fikrini dilə gətirən Fərhad Gülzar qalır. Canlarını qorxu həyəcan bürüməsinə baxmayaraq, onlar öz qərarlarını təsdiqləyirlər. Ancaq burada Tanrının onlara rəhmi gəlir. Aydın olur ki, əslində onların istedadı tükənməyib hələ yaradıcı insan kimi var olmalı, yaşayıb-yaratmalıdırlar. Fərhad Gülzarın bu qələbəsindən ruhlanan digər "könüllülər" sonda kürsü ətrafında toplaşaraq həmin "Ölüm" ipindən cansız müqəvva asır beləliklə, ölüm üzərində qələbə çalırlar.
   Maraqlı, baxımlı bir tərzdə tamaşaçılara təqdim olunan əsərin müəllifi öz fikirlərini belə ifadə etdi: "Füzuli yaradıcılığında "can vermək", yara yetmək, fədakarlıq etmək, özünü unudub sevgiyə pərəstiş etmək intensiyası məni hər zaman maraqlandırıb. Mən bundan faydalanaraq, "Yar" candır... eşqdir... həyatdır... fikrini qəbul edirəm. Yar yolunda fədakarlığı "Ölüm"ə qalib gəlmək kimi qiymətləndirirəm".

 

525-ci qəzet.- 2008.- 3 iyul.- S. 7.