Avropa Şurası
Mədəniyyət nazirləri
Bakı Konfransının
Təşkilat Komitəsi
tədbirlə bağlı məsələləri müzakirə
etmişdir
Xəbər verdiyimiz
kimi, bu il dekabrın 2-3-də Bakıda Avropa Şurası
Mədəniyyət Nazirlərinin
"Mədəniyyətlərarası dialoq - Avropa və onun
qonşu regionlarında sülhün və davamlı
inkişafın əsasıdır" mövzusunda
beynəlxalq konfransı keçiriləcəkdir.
Tədbirə Avropa Şurasına üzv dövlətlərin
Mədəniyyət nazirləri ilə yanaşı, İSESKO
və ALEKSO təşkilatlarına üzv olan
dövlətlərin, mədəniyyət sahəsində
fəal əməkdaşlıq həyata keçirən
beynəlxalq hökumətlərarası və
qeyri-hökumət təşkilatlarının
nümayəndələri də dəvət olunacaqlar.
lyulun 23-də
Azərbaycanın Mədəniyyət və Turizm naziri
Əbülfəs Qarayevin rəhbərlik etdiyi təşkilat
komitəsinin iclası keçirilmişdir. İclasda
konfransın gündəliyi, konfrans
çərçivəsində nəzərdə tutulan
mədəni proqramlar, keçiriləcək tədbirlərə
hazırlıq və digər təşkilati məsələlər
müzakirə olunmuşdur.
Azərbaycanın
məqsədi eyni zamanda həm Avropa Şurasına, həm
də İSESKO-ya üzv olan yeganə dövlət kimi konfransın
açacağı imkandan bəhrələnərək Avropa
ilə islam dünyası arasında mədəniyyət
körpüsü rolunu oynamaq və iki sivilizasiya arasında
dialoqun inkişaf etdirilməsini nəzərdə tutan
"Bakı prosesi"nin əsasını qoymaqla özünün
beynəlxalq nüfuzunu daha da gücləndirməkdir.
Respublika.- 2008.- 24 iyul.- S. 1.