El­çin Əzi­zov Mosk­va­da Bö­yük Te­at­rın so­lis­ti tə­yin olu­nub


Mosk­va­da Bö­yük Te­at­rın di­rek­to­ru A.İk­sa­nov El­çin Əzi­zo­vun bu te­at­rın trup­pa­sın­da so­list ol­maq üçün əmr im­za­la­yıb. Be­lə­lik­lə, o, Ru­si­ya­nın Döv­lət Aka­de­mik Bö­yük Te­at­rı­nın ilk azər­bay­can­lı so­lis­ti olub. Bu haq­da E. Əzi­zov be­lə de­yib: "Bir ne­çə ay müd­də­tin­də mən id­dia­çı­lar ara­sın­da se­çim mər­hə­lə­sin­dən keç­dim. Nə­ti­cə­də uğur mə­nə nə­sib ol­du". Sent­yabr ayın­dan eti­ba­rən mü­ğən­ni­nin in­ten­siv məşq­lə­ri baş­la­ya­caq. Ye­ni möv­süm­də o, bir ne­çə ta­ma­şa­da əsas par­ti­ya­la­rı ifa edə­cək. Xa­tır­la­daq ki, son iki il­də El­çin Əzi­zov Qa­li­na Viş­nevs­ka­ya­nın ya­nın­da təh­sil alıb. Bun­dan əla­və, o, bir ne­çə bey­nəl­xalq vo­kal mü­sa­bi­qə­lə­rin fes­ti­val­la­rın lau­rea­tı­dır.

 

Səs.- 2008.- 15 iyul.- S. 12.