Elmin

 

"Hidayət qapısı" oynanıldı

 

"Zaman" teatrının növbəti tamaşası Musiqili Komediya Teatrının səhnəsində tamaşaçılara təqdim olundu. "Zaman" teatrının "Hidayət qapısı" adlanan bu tamaşası da digər tamaşaları kimi yaxşı qarşılandı. Tamaşa Fatimeyi Zəhranın mövlud gününə həsr edilmişdi. Öncə teatrın rəhbəri Hacı Nizami Mirsalayev tamaşaçıları salamladı, Məhəmməd peyğəmbərin sevimli qızı xanım Fatimeyi-Zəhranın mövlud günü haqqında danışdı. Tamaşanın quruluşçu rejissoru Samir Qulamovdur. Akademik Milli Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərən Samir "Zaman" teatrının əvvəlki bir neçə tamaşasına da quruluş vermişdir. Tamaşalarda baş rolu Mahir Mirişov ifa edirdi. Digər rolları aktyorlardan Aybəniz Əhmədova, Ramil Zeynalov, Rasəf Mehdiyev, Tural Məhərrəmov, Bayram  Məmmədov,  Etibar Məmmədov və başqaları oynayırdılar. Tamaşa Hüseynin  (Mahir Mirişov) haqqa, hidayətə qovuşub,  rahatlıq tapması ilə başa çatır.

 

Mədəniyyət.- 2008.- 3 iyul.- S. 6.