Mədəniyyətlərin
dialoqu vacibdir
Avropa
Şurası Nazirlər Kabinetinin mədəniyyət
və mədəni irs direktorluğunun rəhbəri Robert
Palmer Bakıda səfərdədir. AŞ PA-nın Bakı
ofisində SİA-ya verilən məlumata görə, R.Palmerin səfəri çərçivəsində bir
sıra dövlət rəsmiləri ilə görüşəcəyi gözlənilir. Həmçinin, R.Palmerin Azərbaycanın işğal olmuş ərazilərindəki mədəni abidələrin siyahısını AŞ PA-ya təqdim edəcəyi barədə də məlumat verilib. AŞ-nin rəsmisi mətbuata açıqlamasında bu
ilin dekabrın 2-də Bakıda
keçiriləcək mədəniyyətlərarası
dialoq barədə də məlumat verib. Qeyd edək ki, keçiriləcək tədbirdə
qonşu ölkələrdən də nümayəndələrin iştirakı da gözlənilir.
Səs.- 2008.- 9 iyul.- S. 12.