Qadir T.

 

135 illik teatr ömrü...

 

Ümummilli lider Heydər Əliyev: "Azərbaycan xalqının min  illərlə qazandığı mənəvi sərvətləri o qədər güclü və zəngindir ki, bu mənəvi xəzinələr sarsılmaz bir qaladır. Elə bu qalanın sarsılmazlığıdır ki, tarixlər boyu cahangirlərin qılıncı onun divarında parçalanmış, bu qala Azərbaycan xalqını bütün fəlakətlərdən qoruyub varlığını saxlaya bilmişdir".

Məlumdur ki, "Odlar yurdu" Azərbaycanın milli teatrının 135 il tarixi var. 1873-cü il mart ayının 10-da və aprelin 17-də H.B.Zərdabinin təşəbbüsü, eləcə də Nəcəf bəy Vəzirovun və Əsgər Goraninin bilavasitə iştirakilə Mirzə Fətəli Axundovun "Vəziri-xani-Lənkəran" və "Hacı Qara" komediyaları Bakıda səhnəyə qoyuldu. Bu tamaşaların həyata qədəm qoyması ilə yaranan milll teatr anlayışı sonradan geniş vüsət almağa başlayıb. 1875-ci ildə Qubada, 1879-cu ildə Şəkidə, 1882-ci ildə Naxçıvanda fəaliyyətə başlayan teatrlar o dövrün məşhur əsərlərinə səhnə həyatı qazandırdı.

XX əsr həqiqətən də Azərbaycan mədəniyyətinin intibah dövrü sayıla bilər. 1908-ci il yanvarın 12-də səhnəyə qoyulan görkəmli bəstəkar Ü.Hacıbəyovun "Leyli və Məcnun" operası əsil hadisə idi. Şərqin ilk operası məhz ölkəmizdə səhnəyə qoyuldu. Bu tarixi hadisə Hacı Zeynalabdin Tağıyev teatrında (indiki Musiqili Komediya Teatrının səhnəsində) gerçəkləşdi. Opera sənəti ilə yanaşı inkişaf götürən dramaturgiya Azərbaycan teatr sənətinin inkişafına yol açdı 30-cu illərdə Azərbaycan teatrı Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı digər görkəmli şəxsiyyətlərin simasında, demək olar ki, pik nöqtəsinə çatdı.

Arxada qalan 135 il ərzində milli teatr tarixin siyasi oyunlarına sinə gərdi bəzən müxtəlif səbəblərdən hətta tarixdən silinmək təhlükəsi ilə üzləşdi. Buna baxmayaraq, millətin vicdanlı ziyalılarının gücü əzmkar səyləri milli teatr sənətini qoruyub saxladı. Teatr bu gün var olmaqla kifayətlənmir, dünyanın böyük səhnələrində uğurlu çıxışları ilə yadda qalır. Teatrın belə kəskin döngələrdə dolanmasının bir səbəbi qayğı, dövlətin diqqəti məsələsidir.

1993-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkəmizdə həyat yenidən dirçəlməyə başladı. Bütün digər sahələr kimi teatr da öz ikinci gəncliyini yaşamağa başladı. Bu zamandan sonra ölkə mədəniyyətinin əsas tərkib hissəsindən olan teatrların işinə xüsusi önəm verildi. Bu qaygı nəticəsində nəinki teatr sənəti inkişaf etdi, hətta bir sıra yeni teatr qruplarının yaranması prosesi başlandı. Son illərdə isə dövlət tərəfindən teatr sənətinə diqqət xüsusilə artıb. Azərbaycan Prezidenti İlham Əliyevin teatr binalarının bir sıra mədəniyyət ocaqlanın əsaslı təmir-bərpa olunması istiqamətində tapşırıqları buna əyani misaldır.

Milli teatrın yaranmasının 135 illiyi ərəfəsində bir sıra aparıcı teatrların əsaslı təmir işlərinə dövlət tərəfindən 40 milyon manata yaxın maliyyə vəsaiti ayrılıb. Son iki ildə Azərbaycan teatrlarının yüksəlişinə, maddi-texniki bazasının möhkəmlənməsinə, binaların köklü, əsaslı şəkildə yenidən qurulmasına bu qədər diqqət ayrılması, ölkə başçısının milli dəyərlərimizə teatr ənənəsinə hörmətindən irəli gəlir.

Təmir olunan mədəniyyət ocaqlarında bütün akustika, quraşdırma, səsləndirmə Avropa standartlarına uyğundur. Dövlət Kukla Teatrının açılışı ötən ilin sonlarında reallaşdı. Dövlət Gənc Tamaşaçılar Teatrının açılışı isə bu ilin sentyabr-oktyabr aylarına nəzərdə tutulub. Akademik Dövlət Opera Balet Teatrında isə gələn ilin əvvəllərində yenidənqurma işlərinə başlanılacaq.

Ölkə başçısının sərəncamı ilə "Savalan" kinoteatrı qaçqın statusu olan Şuşa teatrının ixtiyarına verilib. Bununla yanaşı, Prezidentin başqa bir sərəncamı ilə Dövlət Neft Şirkətinə məxsus möhtəşəm bir mədəniyyət sarayı bütün əmlakı ilə birlikdə illər boyu qaçqınlıq statusunda fəaliyyət göstərən İrəvan teatrının ixtiyarına verilib.

Uzun illər durğunluq yaşayan mədəniyyət ocaqlarında yenidənqurma işləri tək paytaxtda aparılmır. Bu tədbirlər bölgələrdə intensiv şəkildə inkişaf etdirilir. Dövlət qayğısı, mədəniyyət ocaqlarına tamaşaçı axını, normal şəraiti yaradıcı heyətin əzmlə çalışmasına stimuldur. Bu baxımdan müasir ədəbi əsərlərin yeni quruluşda səhnə həyatı qazanmasında həmin stimulun böyük rolu var. Ötən il teatrlarımızda dövlət hesabına 22 tamaşa səhnələşdirilib. Ümumilikdə isə bu rəqəm 96-dır. Ötən il həm teatrlarımızın bir çox xarici ölkələrə uğurlu səfərləri ilə yadda qalıb desək, yanılmarıq.

Həmçinin, 2006- ildə Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi "Teatr teatr fəaliyyəti haqqında" Qanun da bu sənətin inkişafında mühüm məqamlardandır. Sözügedən qanun yalnız teatr sənətinin inkişafına xidmət edəcək. Prezident İlham Əliyevin "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 19 fevral tarixli sərəncamına əsasən xalqın ictimai-siyasi həyatında, mədəniyyətimizin inkişafında böyük rol oynayan dolğun fəaliyyəti ilə milli sərvətə çevrilən Azərbaycan teatrının maddi-texniki bazası möhkəmləndirilib. O cümlədən, sərəncamdan irəli gələrək yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə teatr təhsili sisteminin yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Mədəniyyət Turizm Nazirliyi sərəncamın 1.6 bəndinə uyğun olaraq "Azərbaycan teatrı 2008-2018-ci illərdə" Dövlət Proqramının layihəsini hazırlayıb. Bu proqramda teatrların maddi-texniki bazasının möhkəmləndirilməsilə yanaşı, teatr şəbəkəsinin bugünün tələblərinə uyğun olaraq fəaliyyətini tənzimləmək yaradıcı gənclərin dəstəklənməsi üçün beynəlxalq festivalların, dünya miqyasında tanınmış rejissorların iştirakı ilə ustad dərslərinin, treninqlərin keçirilməsi, xarici dövlətlərdə təhsil ustad dərslərinin keçirilməsi nəzərdə tutulub.

Bu gün respublikamızda 28 dövlət teatrı fəaliyyət göstərir. Bu sənət ocaqlarının 9-u paytaxt Bakıda, 19-u isə respublikanın digər şəhər regionlarında yerləşir. Bunlardan Akademik Milli Dram Teatrı, Akademik Opera Balet, Musiqili Komediya, Gənclər, Pantomima, Kukla teatrları fəaliyyətini bütün rəngarəngliyi canlı palitrası ilə müvəffəqiyyətlə davam etdirirlər.

 

Yeni Azərbaycan.- 2008.- 23 iyul.- S. 6.