"Sara Xatun" "Azərsun" Mədəniyyət Mərkəzində
nümayis olundu
Tamaşada əsərin
qəhrəmanı mərdliyin, sülhsevərliyin rəmzi
kimi canlandırılır
İyulun 11-də
Gənc Tamaşaçılar Teatrı "Azərsun
Holdinq"in dəstəyi ilə "Sara xatun"
tamaşasını nümayiş etdirdi. "Azərsun" Mədəniyyət
Mərkəzində göstərilən tamaşada
peşəkar aktyor oyunu, aktyorların yüksək geyim və
səhnə tərtibatı, döyüş
səhnələri səhnəni daha da canlandırdı. Bu barədə məlumatı qəzetimizə
"Azərsun Holdinq"in mətbuat xidməti verib. Məlumata görə, tamaşanın quruluşçu
rejissoru əməkdar
incəsənət xadimi
Rəhman Əlizadə,
rəssamı Vüqar
Əlidir. Tamaşada Fikrət Əmirovun musiqilərindən istifadə
olunub. Rolları əməkdar artist Ayşad Məmmədov, Asiya Atakişiyeva, Anar Səfıyev kimi peşəkar aktyorlar canlandırıb. Tamaşada əsərin baş qəhrəmanı Sara Xatun
mərdliyin, sülhsevərliyin
rəmzi kimi canlandırılır.
Üç nöqtə.- 2008.- 15 iyul.- S. 13.