Sevda
Gürcüstanda
Azərbaycan teatrının vəziyyəti
yaxşılaşdırılıb
Yaxın aylar üçün sənət
ocağının açılışı
gözlənilir
Tbilisi-Azərbaycan Teatrında ciddi təmir işlərinə
başlanılıb. Uzun
illər vəziyyəti
qənaətbəxş olmayan
teatr yeni görkəmdə və yeni avadanlıqlarla tamaşaçılarının ixtiyarına veriləcək.
Bu xəbəri "Kaspi"yə Gürcüstan Azərbaycanlıları
Konqresinin həmtəsisçisi
Əli Babayev verib. O bildirib ki, Gürcüstan prezidentinin sərəncamı
ilə teatra ümummilli lider Heydər Əliyevin adı verilib və hazırda sənət ocağında
yenidənqurma işləri
aparılır. Xəbərin
davamında təmir işləri ilə Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin maraqlandığı
bildirilir. Söhbətinin
davamında Əli Babayev teatrın açılışının qeyd olunacağını və burada dövlət başçılarının
iştirakının gözlənildiyini
bildirdi: "Hazırda
Gürcüstan meriyası
əsas gücünü
teatrın yenidənqurma
işlərinə səfərbər
edib. Təmir işləri yekunlaşandan
sonra teatra yeni avadanlıqların gətirilməsi planlaşdırılır.
Eyni zamanda, yaxın gələcəkdə
azərbaycanlı teatr
adamları ilə gürcüstanlıların sözügedən
teatrda birgə tamaşa hazırlayacaqları
planlaşdırılıb". Hər iki dövlətin
aktyor heyəti birgə səhnəni bölüşəcəklər.
Əli Babayev gələcəkdə azərbaycanlı
mütəxəssislərin teatra işə cəlb olunacağını
da diqqətə çatdırdı. Xatırladaq
ki, zəngin keçmişi olan Azərbaycan teatrının
təməli 1872-ci ildə
Tbilisidə qoyulub. Lakin son illər
teatrda avadanlıq, truppa və şəraitsizlik problemi meydana çıxmışdı.
Eyni zamanda sənət ocağının
maddi durumu da qaydasında deyildi. Əli Babayevin xatırlatmasına
görə, uzun illər öncə Gürcüstanda azərbaycanlıların
bir sıra mədəniyyət ocaqları
olub. Son illər isə onlardan haqqında danışdığımız teatr, Mədəniyyət Mərkəzi və M.F.Axundov muzeyi fəaliyyətini qoruyub saxlaya bilib
Kaspi.- 2008.- 11 iyul.- S. 15.