Sənət sevgisindən yoğrulan illər
Sədayə
Mustafayeva teatr sənətindən kino aləminə
vəsiqə alan sənətkarlar sırasındadır
Zamanın
bütün dönəmlərində Azərbaycan qadınlarının
fədakarlığı, qəhrəmanlığı
olmuş, onların yaradıcılıq potensialı
və ideyalarından doğan müxtəlif kəşflər
yenilikçilik toxumunu səpmişdir. Bu mənada ki,
bir çox əsrlərdə qadın
düşüncəsinin məhsulu olan əsərlər, eləcə də, yadelli və xarici düşmənlərə qarşı
mübarizə əzmi Azərbaycan qadınlarının,
müsbət mənada, portretinin bütövlükdə cizgilərini zənginləşdirmiş, onun zahiri və daxili dünyasında qadınlığa məxsus olan
cəhətləri əks
etdirmişdir. Hər
bir qadının peşəsindən, vəzifəsindən asılı olmayaraq, qəlbində
analıq və vətənə övladlıq borcu yer almışdır. Müasir milli kiomuzun və teatr sənətimizin inkişaf mərhələsində sənət fəadisinə çevrilən və bütün maneələri dəf etməyi bacaran
Azərbaycan qadınlarının da rolu müstəsnadır.
O qadınların ki,
zamanla Azərbaycan qadını - aktyoru arasında
böyük bir uçurum yarandığı vaxt heç bir maneəyə baxmadan zəncirləri qıraraq,
özünü çox
böyük imtahanla
üz-üzə qoymuşdur. Bu gün belə
aktyorlar sırasında
adını hallandırdığımız simalardan biri də Sədayə Mustafayevadır. Teatr və kino sənətini sevənlər bu ad altında yaranan
neçə-neçə obrazlara yaxşı bələdirlər.
Onun peşəkarlığı
sənətə olan vurğunluğu
Sədayə Mustafayevanın fədakarlıq göstərməsinə
səbəb olmuşdur. Qeyd edim ki, Sədayə Mustafayeva
16 iyul tarixində dünyaya gəlmişdir. Bu gün böyük
sənətkarın, respublikanın xalq artisti
Sədayə Mustafayevanın doğum günüdür. Belə sənətkarları yad edib,
onların yaradıcılıq qalereyasında yer
almış rollara diqqət
yetirib, sənətində
müəyyən cizgiləri nəzərdən keçirməklə, aktyorun kino və teatr
səhnəsindəki
uğurlarını göz önündə canlandırmış olardıq. Zamanın tələbi və
təkidi ilə Sədayə Mustafayeva
Azərbaycanın bir çox
bölgələrində
çıxış
edərək, teatr səhnələrini öz maraqlı repertuarı ilə zənginləşdirmiş, bir-birindən fərqli olan psixoloji
məqamları Azərbaycan qadınlarının
timsalında canlandıraraq, mənəvi dünyasına qida bəxş
etmişdir. Qeyd edim ki, Sədayə Mustafayeva
Şəki, Ağdaş, Göyçay
rayonlarında maraqlı
obrazların yaradıcısı kimi tamaşaçıların yaddaşına iz salmışdır. Onun ismi ilk dəfə Cəfər Cabbarlı adına Gəncə
Dövlət Dram Teatrında
çəkilmişdir. Belə
bir teatrda təcrübə keçən
teatr sənəti ilə bağlı nəzəriyyələrini burada gerçəkləşdirən
Sədayə xanım
Sara, Gültəkin, Həyat,
Bənövşə, Nargilə,
Aliyə, Zərri kimi Azərbaycan qadınlarının həyat
yolunu və yaşantılarını əks
etdirməklə yanaşı,
Vilyam Şekspirin
"Otello"sunda Emilya
obrazını da yaratmaqla, bəşər
xanımlarına məxsus
olan ümumi cizgiləri, məhz roldan-rola keçid alarkən yaratmağa
nail olmuşdur. Sözsüz ki, hər xalqın
özünəməxsus mənəvi dəyərləri
vardır. Lakin buna
baxmayaraq, bütün
qadınların daxilində
yatan ümumi cizgiləri birləşdirərək,
qadın dünyasının
ən ülvi anlarını, qəlb çırpıntılarını bir neçə dəqiqə ərzində
səhnədə körpü
saldığı tamaşaçısına
təqdim edə bilmişdir. Sədayə Mustafayeva belə aktyorlardandır. Rolunun irili-xırdalı
olmasına baxmayaraq,
o, hər bir rolun böyük dəyərlərini ustalıqla
yaradaraq, obrazlarına
məhəbbət hissini
gücləndirmişdir. Bu aktyordan dəqiqlik,
güclü kalorit tələb edir. Roluna və sənətinə
məsuliyyət hissi
aktyorun böyük
imkanları sayəsində
çox böyük
çətinlikləri dəf
etməsinə səbəb
olur. Sədayə
Mustafayeva teatr sənətindən kino
aləminə vəsiqə
alan sənətkarlar
sırasındadır. Bu
mənada ki, hər bir teatr
aktyora kinofilmlərdə
rol almaq, taleyini yaşamaq nəsib olmur. Səs tembri daxili və xarici görkəmi, eləcə
də, rolları dinləndirmək və
yaşatmaq bacarığı
aktyorun kino sənətində yaşamasına
təsir göstərir.
Sədayə Mustafayeva uzun
illər teatrda çalışdıqdan sonra
Azərbaycanda istehsal
olunan bir çox filmlərə dəvət almışdır.
Sözsüz ki, o filmlərin
rejissorları müxtəlif
zövq və tələbkarlığa malik
ziyalılar idi.
Onun "Qanun naminə", "Şərikli
çörək", "Gün keçdi",
"Qaynana" kimi
Azərbaycanın Qızıl
Fonduna daxil olan filmlərdə çıxışı, sözsüz
ki, sənətkarın
yaradıcılıq potensialının
hansı səviyyədə
olduğunu göstərir.
Sədayə Mustafayeva yaratdığı
bu obrazlarda Azərbaycan kinosunun çox nəhəng simaları ilə tərəf-müqabili olmuş,
onların müxtəlif
jest və mimikalarla
dil ilə ifadə olunmayan fikirlərini həssascasına
qəbul etmiş, mükəmməl obrazların
yaradıcısı kimi
kino aktrisası olduğunu sübuta yetirmişdir. Kino ilə teatr sənəti arasında
müəyyən yaxınlıq
və oxşarlıq
olsa da, amma bu sahələrin
çox fərqli cəhətləri var ki, hər bir
aktyor öz yaradıcılığında onların həllini tapa bilməyib, elə teatr aktyoru olaraq sənət yolunu yaşayırlar. Amma Sədayə
Mustafayeva sənətin
çox tələbkar
və qaynar bir dövründə, qadın aktyorlara ehtiyac duyulduğu bir zamanda gəlib
özünün bu aləmdə yerini tapa bilmişdir. Bu gün onun
sənət qalereyasına
diqqət yetirdikdə,
görürük ki,
Sədayə Mustafayeva
böyük rejissorların
və aktyorların
sevilən və seçilən simalarından
olmuşdur. Uzun və
gərgin yaradıcılıq
yolu keçmiş bir aktrisanın sənət yolundakı
bu ştirixlər onun sənət sevgisindən yoğrulan
illərinin bəhrəsidir.
Səs.- 2008.- 16 iyul.- S. 12.